“Nağara-2015” festivalında İranınLianmusiqi qrupunun çıxışı maraqla qarşılanıb

 

Şəkidə uğurla davam edən “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının üçüncü günü axşam Yay teatrında tamaşaçılara İranınLianfolklor musiqi qrupunun mahnı ritm kompozisiyalarından ibarət rəngarəng konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl tamaşaçılara qrupun fəaliyyəti qazandığı uğurlar barədə məlumat verilib. Bildirilib ki, “Lianqrupu 1993-cü ildə Mohsen Şarifianın rəhbərliyi altında İranın Buşehr şəhərində fəaliyyətə başlayıb. Lianbu gün İranın ən tanınmış folklor qruplarından biri hesab olunur. Kollektiv dəfələrlə ABŞ, Fransa, Xorvatiya, İsveçrə, İtaliya, Bolqarıstan digər ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edib. Qrupney-anbanmusiqi alətində ən yaxşı ifaya görə 7 dəfə, ən yaxşı muğam ifasına görə 3 dəfə zərb alətlərində ən yaxşı ifaya görə 3 dəfə yerli beynəlxalq festivalların mükafatlarına layiq görülüb.

Lianmusiqi qrupunun təqdim etdiyi ruh oxşayan mahnılar, şən oynaq ritm kompozisiyaları, ayrı-ayrı musiqi alətlərində solo ifalar tamaşaçılar tərəfindən böyük maraqla alqışlarla qarşılanıb.

 

İki sahil.- 2015.- 26 avqust.- S. 24.