Heydər Əliyev Fondu ParisdəAzərbaycan şəhərciyi

 

Heydər Əliyev Fondu tərəfindən avqustun 29-dan Parisin Pale Royal meydanındaAzərbaycan şəhərciyitəşkil olunacaq. Azərbaycan Parisin ürəyindəadlanan şəhərcik sentyabrın 9-dək fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, Parisdə artıq ikinci dəfə təşkil olunanAzərbaycan şəhərciyi”ndə ölkənin tarixi, mədəniyyəti, xalq sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunacaq.

Milyonlarla ziyarətçisi olan Luvr Muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında yaradılanAzərbaycan şəhərciyi”ndəki bölmələrin hər biri ölkəmizi hərtərəfli tanımağa, xalqların bir-birinə daha da yaxınlaşmasına geniş imkanlar yaradacaq.

Şəhərcikdə Azərbaycanın xalçaçılıq, dulusçuluq digər sənətkarlıq məmulatlarının, milli geyim musiqi alətlərimizin yer aldığı sərgi təşkil ediləcək. Qonaqlar bu sənət nümunələrinin yaradılma prosesini isəEmalatxanabölməsində yaxından izləyə biləcəklər. Ölkəmizi təmsil edən ustalar mis qab, şəbəkə, xalça digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini qonaqlara təqdim edəcəklər.

Şəhərcikdə, həmçinin Fransada yaşayan məşhur azərbaycanlı Azərbaycanda yaşayan fransızların əsərlərindən ibarət fotosərgi təşkil olunacaq. Azərbaycanlılar fransızlar: tanışlıq tarixiadlı bu sərgi xalqlarımızın ölkələrimizin həyatını tərənnüm edəcək.

Azərbaycan şəhərciyi”ndə milli mətbəximizi nümayiş etdirən köşklər qurulacaq. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən müxtəlif yerli şirkətlərə aid köşklərdə milli şirniyyatlar, içkilər təqdim olunacaq. Şəhərciyin qonaqları üçün, həmçinin milli mətbəximizin ləziz xörəkləri hazırlanacaq.

Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri təqdim olunacaq.

Azərbaycan şəhərciyi”ndə quraşdırılmış səhnədə, həmçinin konsert proqramları təşkil ediləcək. Konsertlərdə Azərbaycan musiqisi rəqsləri təqdim olunacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindənAzərbaycan şəhərciyiParisdə ilk dəfə 2014-cü il sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilmişdi. İzləyicilərin maraqla qarşıladıqları bu layihə Azərbaycanla əlaqələrin genişlənməsinə böyük imkanlar yaratmışdı. Bu maraqdan irəli gələrək Heydər Əliyev Fondu Parisin daha bir məşhur məkanında - Pale Royal meydanında ölkəmizin tarixini, milli mənəvi dəyərlərini, turizm imkanlarını tərənnüm edən növbəti belə bir şəhərciyi təşkil edir.

 

İki sahil.- 2015.- 29 avqust.- S. 3.