Xocalı soyqırımı:

Tariximizin qan yaddaşı

 

Prezident İlham Əliyev: “Təəssüflər olsun ki, bu günə kimi Ermənistan bu hərbi cinayəti törətdiyini etiraf etməyib. Onlar heç üzr də istəməyiblər. Onlar Xocalıda törətdikləri ilə bağlı beynəlxalq ictimai rəyi səhv istiqamətə yönəltmək istəyirlər.”

 

“Tarixdə, dünyanın bir çox yerlərində günahsız insanlara qarşı soyqırımı, faciələr törədilib. Azərbaycana qarşı Ermənistan qəsbkarları, təcavüzkarları tərəfindən edilən soyqırımı belə dəhşətlilərindən biridir” söyləməklə Xocalı soyqırımına ilk dəfə siyasihüquqi qiymət verən, bu qətliamın bəşəriyyətə qarşı törədilən cinayət olduğunu vurğulayan ümummilli lider Heydər Əliyev bildirirdi ki, ermənilər təkcə Azərbaycanın torpaqlarına göz dikməmiş, xalqımıza qarşı siyasi, mənəvi, fiziki soyqırımı törətmişlər.

Bəşər sivilizasiyasında insanların kütləvi qətliamı ilə tarixə yazılan soyqırımlar çox olub. Xatın, Xirosima, Naqasaki, Uqanda... Amma onların içərisində Xocalı soyqırımı dəhşəti etibari və qəddarlığı ilə fərqlənir.

... Antuan Fukuanın rejissorluğu, dünyanın tanınmış kino ulduzları Brus VillisinMonika Belluçinin iştirakı ilə çəkilən “Günəşin göz yaşları” filminə baxdıqca Xocalı soyqırımını xatırlamamaq mümkün deyil.

ABŞ istehsalı olan və 70 milyon dollara başa gələn filmdə cərəyan edən hadisələrlə Xocalıda törədilən soyqırımların süjet xətti eynidir: günahsız insanları qətlə yetirmək, qana hərislik.

Sovet imperiyasının dağıdılması üçün həlqə kimi seçilən millətlərarası ziddiyyətlərin gündəmə gətirilməsi ideyası yarananda ilk növbədə ermənilərin başqa millətlərlə daha sıx yaşadığı, təmasda olduğu bölgələr nəzərdə tutuldu. Çünki tarixən imperiyanın nökəri olduğunu bu gün də satqınlığı ilə təsdiqləyən ermənilər azacıq payla bütün iyrənc planların muzdlu nökərləri rolunu oynaması dəfələrlə sübut olunmuş həqiqətdir. Erməni ideoloqlarından Aqanbekyan, Silva Kaputikyan, Zori Balayan kimi daşnak tör-töküntülərinin icraçılar kimi nəzərdə tutulması hadisələri tezləşdirdi, ünvanlar bəlli oldu. Dağlıq Qarabağ münaqişəsi demək olar ki, imperiyanın süqutu üçün ən zəif həlqə olaraq müəyyənləşdirildi.

Ötən əsrin əvvəllərində Şaumyanın başçılığı ilə ermənilərin bütün Azərbaycanda apardığı soyqırımları Xocalı faciəsi ilə davam etdirildi.

... 27-28 fevral 1988-ci ildə ermənilərin törətdiyi Sumqayıt hadisələrini ciddi araşdırmağa ehtiyac yoxdur. Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün Kremlin, SSRİ DTK-nın xeyir-duasını alan ermənilərin ssenarisi əsasında Azərbaycanın ikinci sənaye şəhəri olan Sumqayıtda baş verənlərdə azərbaycanlılar günahkar hesab olunsa da əslində hadisələr ermənilərin təxribatlarına, planlarına uyğun həyata keçirildi.

Xocalı faciəsini “Sumqayıt hadisələrinə cavabkimi təqdim edən ermənilər əslində illərdən bəri hazırladıqları planlarını reallaşdıraraq, Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün əsrlərdən bəri bu ssenarilər üzərində çalışır, vəsait ayırırdılar.

Beləliklə, tarixdə bir neçə dəfə baş vermiş erməni-müsəlman qarşıdurması ötən əsrin sonlarında bir daha təkrarlandı. Dağlıq Qarabağda azərbaycanlıların qonaqpərvərliyindən istifadə edərək özlərini o torpaqların sahibi görmək istəyən daşnaklar illərdən bəri arzusunda olduqları “Dənizdən-dənizə” sərsəm ideyalarının gerçəkləşməsi və yaranan fürsətdən ustalıqla istifadə etmək üçün fəallaşdılar. Dağılmaq ərəfəsində olan SSRİ-nin düşdüyü böhranlı vəziyyətindən istifadə edən daşnaklar Azərbaycanın gözəl güşələrindən olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını reallaşdırmağa çalışdılar. O vaxt sovetlər birliyinin ilksonuncu prezidenti, ermənipərəst M.Qorbaçovun məsələ ilə əlaqədar xeyir-duasını başbilənləri A.Aqanbekyan vasitəsilə alsalar da istəklərini gerçəkləşdirmək üçün stimul, təkan da lazım idi.

Bu mənfur plan Dağlıq Qarabağda başlanandaşnak siyasətinə, ideyalarına xidmət edən hadisələr, Qərbi Azərbaycanda - Vardenisdə, Qukarkda, Qacaranda, Qafanda, Gorusda, Alaverdidə törədilmiş qanlı aksiyalar 250 mindən artıq soydaşımızın doğma yurdu olan Qərbi Azərbaycanı son nəfərinə qədər tərk etməsi ilə nəticələndi.

20 Yanvar 1990-cı ildə Azərbaycanın demokratiyamilli müstəqillik uğrunda mübarizəsini silah gücü ilə yatırmaq istəyən imperiya qanlı vərdişlərini təkrarlayaraq bir daha erməni xəyanətindən yararlandığı kimi ermənilər də bu imkandan bacarıqla istifadə etdilər. Azərbaycana qarşı siyasi təcavüz olan 20 Yanvar hadisələrində hərbi hissələrin tərkibində Bakıya gələn, istefada olan qaniçən, qətliamlar törədən erməni zabitlərinin sorağı Dağlıq Qarabağda eşidildi. Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ, ona yaxın ərazidə yerləşən 7 rayon Ermənistan və havadarlarının yardımı ilə işğal edildi. Bir milyondan artıq həmyerlimiz evlərindən didərgin, qaçqın düşdü. Hadisələr zamanı minlərlə soydaşımız qətlə yetirildi, 10 minlərlə günahsız azərbaycanlı şikəst oldu, yaralandı. İnsanlara və dövlətə xeyli maddi-mənəvi zərər vuruldu.

Zaman keçdikcə, hadisələr araşdırıldıqca bəlli oldu ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı təkcə Xocalı ilə bitmir. Xocalı da daxil olmaqla əgər söhbət bir xalqın, millətin soyqırımından gedirsə, Əsgəranda, Ağdamda, Sumqayıtda...Dağlıq Qarabağ münaqişəsi başlanandan erməni vəhşiliyinin qurbanı olan bütün soydaşlarımızın xatirəsi eyni dərəcədə ehtiramla yad olunmalı, dünya ictimaiyyəti hadisələrə siyasi-hüquqi qiymət verməli, Ermənistanın təcavüzkarlığı pislənməlidir.

Artıq Xocalı soyqırımını tanıyanların sayının artması ilə ermənilərin məkrli siyasəti dünya ictimaiyyətinə çatdırılır. Xocalı soyqırımını tanıyan ölkələrdə də ictimaiyyətə çatdırılır ki, 26 fevral 1992-ci ildə yer üzündən silinən bu şəhərin 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri ahıl olmaqla 613 sakini qətlə yetirilmiş, 487 nəfər şikəst olmuş, 1275 nəfər ermənilər tərəfindən əsir götürülmüş, təhqirlərə məruz qalmışdır. Onların 150 nəfərinin taleyi barədə bu günədək xəbər yoxdur. 24 uşaq hər iki valideynini itirmiş, 130 körpə isə bir valideynindən məhrum olmuşdur. Soyqırım qurbanlarından 56 nəfəri amansız vəhşiliklə qətlə yetirilmişlər. Xarici jurnalistlərin də etiraf etdiyi kimi, hələ də can verməkdə olan yaralılara qarşı amansızlıq, insanların diri-diri tonqala atlaraq yandırılması, körpələrin süngüyə keçirilməsi yalnız ermənilərə məxsus keyfiyyətlər olmaqla dözülməz və inanılmaz vəhşiliklərdən xəbər verirdi. “Biz azərbaycanlıların meyidləri üzərindən keçirdik. Onların arasında ölməkdə olan yaralılar da var idikimi sözlərlə müşahidə etdiyi qətliamı qələmə alan xarici jurnalist erməni tərcüməçinin etinasızlıqla “Bura cəbhədir. Belə şeylərin fərqinə varma” sözlərini də insanlığa yaraşmayan hal kimi nifrətlə xatırlayır.

“Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıracaq insanlar deyillər. Biz bu stereotipə son qoyduq” söyləyən Serj Sarkisyanın başçılıq etdiyi qatillər soyqırımda iştiraklarını həyasızcasına etiraf edirlər.

Dəhşətli soyqırımlara imza atan ermənilər və keçmiş sovetlərin 366-cı alayındakı havadarları Xocalıda qətlə yetirilən azərbaycanlıları soyqırım qurbanı kimi görmək istəmirlər. Amma bir əsr bundan əvvəl satqınlıqlarının və xəyanətlərinin qurbanı olan daşnak tör-töküntülərinin “soyqırım qurbanı” kimi tanınması üçün dəridən qabıqdan çıxırlar. Fransa senatında olduğu kimi digər dövlətlərdə də “erməni soyqırımı”nın tanınması üçün məkrli siyasətlərini davam etdirirlər.

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlılarının ərazimizdə apardığı hərbi əməliyyatlar nəticəsində 20 min soydaşımız məhz azərbaycanlı olduğu üçün qətlə yetirilmiş, bir o qədər həmyerlimiz yaralanmış, 4 mini əsir düşmüş, minlərlə təhsil, səhiyyə, mədəniyyət müəssisəsi, tarixi abidələr dağıdılmışdır. XX əsrdə 2 milyondan artıq azərbaycanlı Ermənistanın və onun havadarlarının yeritdikləri soyqırım siyasətinin qurbanı olmuşlar. Ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı yönəlmiş soyqırımına ilk siyasi qiyməti 26 mart 1998-ci ildə (1918-ci il mart hadisələrinin 80-ci ildönü ərəfəsində) imzaladığı Fərmanla verən ümummilli lider Heydər Əliyev daha bir tarixi missiyanı yerinə yetirdi.

Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdıran, dünyada bu kimi hadisələrə düzgün siyasihüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli bu sənədin mahiyyəti böyükdür.

Beynəlxalq cinayət hesab olunan, sülh və bəşəriyyət əleyhinə yönəldilən soyqırımlar, terror, işğalçılıq Ermənistanın dövlət siyasətinin əsasını təşkil edir. Artıq təsdiqlənmiş faktdır ki, Xocalı soyqırımı da daxil olmaqla erməni millətçilərinin Azərbaycana qarşı yönəltdiyi, 2 əsrdən artıq davam etdirilən işğalçılıq əməllərinin bir adı var: Əsasını etnik təmizləmə, deportasiya, insanlığa qarşı bəşəri cinayət adlandırılan SOYQIRIMI.

57 ölkənin gənclər təşkilatlarını birləşdirən İƏT-nin Gənclər Forumu İdarə Heyətinin sessiyasında qurumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə Baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, bütün dünya birliyi tərəfindən dəstəklənən “Xocalıya ədalət” kampaniyasını genişləndirməkdə də məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

Xocalı soyqırımının ildönümü münasibətilə Avropa və Qərb dövlətlərində keçirilən aksiyalarda iştirak edənlərin sayının artması, Xocalı faciəsinin İsveçdə yaradılmış və virtual aləmdə geniş təbliğ olunan “Beynəlxalq Müharibə Qurbanları Memorialı”na daxil olunması da Azərbaycana dəstək kampaniyasının nümunəsidir. Ötən illərdə təkcə İstanbulun Taksim meydanında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş aksiyalarda 1 milyondan artıq insanın iştirakı Azərbaycanla həmrəylik nümunəsi olmaqla insanlığa qarşı törədilən bütün qətliamların pislənilməsi demək idi. Bu il də Avropanın bütün şəhərlərində Xocalı qurbanlarının xatirəsi hörmət və etiramla yad edilir. Ötən illərdə Evin rəsmi internet səhifəsinin “Biz xalqıq” bölməsində yerləşdirilən “Xocalı soyqırımının tanınması”, “Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizini işğalının tanınması” ilə bağlı yerləşdirilən petisiyada tələb olunan imzalar qısa müddətdə toplandı.

Bu günlərdə keçirilən 51-ci Münhen Təhlükəsizlik Konfransında Xocalı soyqırımı barədə açıqlama verən Prezident İlham Əliyev dünya ictimaiyyətini günahsız insanların qətli ilə nəticələnən terrora qarşı mübarizəyə çağırmışdır: “Elə bir vəziyyət olmalıdır ki, səhvlərdən nəticə çıxarılmalı və dünyanın digər yerlərində oxşar faciələrin yaşanmaması üçün beynəlxalq ictimaiyyət baş verənlərə biganə qalmamalıdır. Əfsuslar olsun ki, Xocalı faciəsi barədə xüsusilə Avropa ictimaiyyətində geniş məlumat yoxdur. Baxmayaraq ki, 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bu soyqırımı nəticəsində 600-dən çox günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq qətlə yetirilibbu insanların yeganə günahı ondan ibarət idi ki, onlar azərbaycanlı idilər. Təəssüflər olsun ki, bu günə kimi Ermənistan bu hərbi cinayəti törətdiyini etiraf etməyib. Onlar heç üzr də istəməyiblər. Onlar Xocalıda törətdikləri ilə bağlı beynəlxalq ictimai rəyi səhv istiqamətə yönəltmək istəyirlər. Avropa və ABŞ-dakı fəal erməni lobbisinin fəaliyyəti nəticəsində onlar beynəlxalq ictimaiyyətin bu faciədən diqqətini yayındırmağa nail olublar. Bu faciə ilə bağlı kifayət qədər məlumat yayılmamışdır, baxmayaraq ki, hər şey sənədləşdirilmişdi, lentə alınmışdı. Bu soyqırımından xilas olan adamların şahid ifadələri var. Xüsusi amansızlıqla qətlə yetirilən uşaq və qadınların lentə alınmış görüntüləri var. Ona görə də bu cür halların təkrar baş verməməsi üçün bunu törətmiş insanlar öncə ən azından üzr istəməli və bunun baş verməsini etiraf etməlidirlər. Bu hərbi cinayəti etiraf etməlidirlər ki, o yenə də təkrarlanmasın. Yalnız bundan sonra barışıq ola bilər. Belə olan təqdirdə barışmaq daha asan olacaq. Düşünürəm ki, bu, mümkündür, çünki biz bir yerdə yaşayırdıq. Biz ermənilərlə sülh şəraitində bir yerdə yaşayırdıq. İndi də Bakının mərkəzində təmir olunmuş erməni kilsəsi var. Lakin Şuşada, Ağdamda Azərbaycan məscidləri tamamilə dağıdılıb. İlk növbədə onlar bu məscidləri dağıtmamalı idi, amma indi onlar bunun yanlış olduğunu etiraf etməli və üzr istəməlidirlər. Sonra biz onlarla əlbəttə ki, barışacağıq, çünki gecya tez sülh olacaq, iki xalq yenə də birlikdə yaşayacaq.”

Bu sözlər Azərbaycan xalqına məxsus humanizm və insanpərvərlik kimi müqəddəs ideyalardan qaynaqlanır.

Ermənistan saxta faktlara əsaslanan və bir əsr bundan əvvəlki hadisələrə məkrli yanaşmaya söykənən “erməni soyqırımı”na hazırlaşdığı bir zamanda Xocalıda, Çanaqqalada törətdikləri vəhşilikləri xatırlamayaraq, ibrət götürməyərək qanlı əməllərini görməzdən gəlmələri əsil erməni xislətinin daha bir nümunəsidir. Amma artıq beynəlxalq ictimaiyyət başqalarının siyasi oyunlarının alətinə çevrilən erməni millətinə xas çirkinliklər barədə məlumatlıdırlar. Cəzası ağır olan zamanın öz sözünü deməyinin vaxtıdır. Prezident İlham Əliyevin “Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər” sözləri qatillərin ədalət məhkəməsi qarşısında əyləşəcəkləri o anın uzaqda olmadığına əminlik yaradır. Müstəqillik və torpaqlarımızın bütövlüyü uğrunda mübarizələrdə həyatlarını qurban vermiş soydaşlarımızın xatirəsi Azərbaycan xalqı üçün həmişə əziz və unudulmazdır. Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyir, “Məzarınız nurla dolsundeyirik.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2015.- 11 fevral.- S.18.