Azərbaycanda reallaşdırılan uğurlu su-kanalizasiya

layihələri insanların rifahına xidmət edir

 

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 14 may 2014-cü il tarixli Sərəncamı ilə hər il iyun ayının 5-i su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.   İstehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  kollektivi bu gün növbəti peşə bayramını qeyd edir. Bu əlamətdar gündə  son illər  içməli su təchizatı və kanalizasiya sektorunda görülmüş işlər və qazanılmış uğurlara qısaca nəzər salmaq yerinə düşər.

 

Şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. XX əsrin əvvəllərində xeyriyyəçi neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə dövrünün mürəkkəb mühəndis kommunikasiyalarından sayılan Şollar su kəmərinin tikintisi ilə başlayan içməli su tarixinin sonrakı dövrlərində daha böyük layihələr icra olunub. SSRİ vaxtında yeni mənbələrin və infrastrukturun yaradılması ilə su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin problemlərinin mərhələlərlə həllinə başlanılıb.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra su təsərrüfatında ciddi dönüş  yaranıb, problemlərin kompleks həlli məqsədilə böyük layihələr sürətlə icra edilib. Kür su kəmərləri sisteminin birinci növbəsi üzrə  30 aya görülməli işlər 12 aya başa çatdırılıb və 1970-ci ilin sentyabrında Bakı Kür suyunu qəbul edib. Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 1980-ci ildə tikintisinə başlanmış Kür su kəmərləri sisteminin ikinci növbəsi 1988-ci ildə təhvil verilib. Beləliklə, bu layihənin hesabına paytaxta salınmış yeni yaşayış massivlərinin su təchizatı təmin edildi. Ceyranbatan sutəmizləyici qurğularının 3-cü mərhələsinin inşası da dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, onun rəhbərliyi altında məhsuldarlığı saniyədə 2,22 kubmetr olan qurğu 1978-ci ildə istismara verilib.

Paytaxt Bakının tullantı infrastrukturunun inkişafını  nəzərdə tutanBöyük kanalizasiya” layihəsinin işlənib hazırlanması və reallaşdırılması da 1970-80-ci illərə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın ən böyük çirkab sutəmizləyici qurğusu olan Hövsan Aerasiya Stansiyası, həmçinin bu günpaytaxtda yaranan tullantı sularının kənarlaşdırmasında əsas arteriya rolunu oynayan “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları inşa edilib.

Azərbaycanın əksər şəhər və rayon mərkəzlərində içməli sukanalizasiya infrastruktunun yaradılması Ulu Öndərin 1969-82-ci illəri əhatə edən birinci hakimiyyəti dövrünə təsadüf edir. Həmin illərdə bölgələrdə yeni su mənbələri yaradılıb, su anbarları, sukanalizasiya xətləri, nasos stansiyaları tikilib.

Ulu Öndər 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra içməli su təchizatının yaxşılaşdırılmasını yenə də diqqət mərkəzində saxladı. Azərbaycanda siyasi sabitlik bərqərar edildikdən dərhal sonra beynəlxalq maliyyə qurumlarından su sektoruna kredit cəlbi ilə bağlı danışıqlara başlandı. Danışıqların nəticəsi olaraq Dünya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayırdılar. Bu, nəinki Azərbaycanda, hətta postsovet məkanında infrastruktur layihələrinin icrası məqsədilə xarici banklardan alınmış ilk böyük məbləğli kredit idi. 1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində KürCeyranbatan sutəmizləyici qurğular kompleksləri yenidən quruldu, bununla da təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı. Eyni zamanda Bakı şəhərinin su təchizatının dayanıqlığını təmin etmək üçün  mərkəzi nasos stansiyalarında reablitasiya tədbirləri görüldü.

Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin ideya müəllifi də dahi rəhbər Heydər Əliyevdir. Məhz onun rəhbərliyi ilə 2002-ci ilin dekabrında bu məsələ hökumət səviyyəsində müzakirə edildiyeni su kəmərinin tikintisi üzrə araşdırmalara başlanıldı.

2003-cü ilin oktyabrında İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə ölkəmizin həyatında yeni mərhələ başlandı. Ulu Öndərin memarı olduğu sosial-iqtisadistruktur islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ölkə başçısı əhalinin içməli su təchizatının kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına qərar verdi. 2004-cü ilin 11 iyununda Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Prezident Sərəncamı imzalandı. Sənədə əsasən buna qədər sərbəst qurumlar kimi fəaliyyət göstərən Abşeron Regional Səhmdar Su Cəmiyyəti, Dövlət TikintiArxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Kanalizasiya İstehsalat Birliyinin əsasında “Azərsu” ASC yaradıldı. Bununla da içməli su təchizatı və kanalizasiya xidmətləti sahəsində fəaliyyət göstərən vahid qurum formalaşdırıldı.

Ulu Öndərin göstərişi ilə icrasına başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin aktiv tikinti fazası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. 2007-ci ilin martında təməli qoyulan kəmərin inşası Dövlət Neft Fondundan maliyyələşdirildi. Prezident İlham Əliyev bir neçə dəfə tikinti sahələrinə səfər edərək inşaat işlərini şəxsən nəzarətdə saxladı. Layihədə nəzərdə tutulan işlər 2010-cu ilin dekabrında yekunlaşdı və  yeni il ərəfəsində kəmərlə nəql olunan su Bakı sakinlərinə çatdırıldı. 2000 millimetr diametrli şüşəlifli borulardan istifadə olunmaqla tikilmiş 262 kilometr uzunluğunda özüaxımlı kəmər Abşeron yarımadasının su təminatında müstəsna əhəmiyyət daşıyır. Məhz bu kəmərin, eləcə də digər mənbələrin imkanlarından istifadə etməklə bu gün Bakı şəhərində xidmət göstərilən əhalinin 4-də 3-dən çoxu fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilir.

“Azərsu” ASC yaranandan sonra Bakı şəhərində formalaşan tullantı sularının təmizlənərək kənarlaşdırılmasına xidmət edən əhəmiyyətli bir layihə - Hövsan Aerasiya Stansiyasının yenidən qurulması layihəsi reallaşdırıldı. Fransa hökumətinin krediti hesabına stansiyada yeni qurğular tikildi, köhnə avadanlıqlar yeniləri ilə əvəz olundu. Nəticədə Stansiyanın məhsuldarlığı sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılmaqla yanaşı, tullantı suların bioloji təmizlənməsi prosesi avtomatlaşdırıldı. Layihənin tərkib hissəsi olaraq Zığ Kanalizasiya Nasos Stansiyası yenidən qurulduyeni təzyiqli kanalizasiya xətləri inşa olundu.

Əhalinin həyat səviyyəsinin yüksəldilməsini və insanların sağlamlığını prioritet elan etmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan Dövlət Proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlər öz əksini tapıb və artıq onların böyük bir hissəsi həyata keçirilib.

Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasında su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin və Dövlət Proqramının icrasının səmərəliliyini artırmaq məqsədilə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla su təchizatı,  kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlandı. 18 bölmədən ibarət sənəd su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, sektorun institusionalnormativ bazasının təkmilləşdirilməsi, təmizlənmiş tullantı suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb. Master Plana uyğun olaraq 550 km magistral,  8100 km paylayıcı su xətlərinin, həcmi 1 milyon 150 min kubmetr olan su anbarlarının, 150 km-i tunel tipli olmaqla 680 km kanalizasiya kollektorlarının, 6400 km kanalizasiya şəbəkəsinin, 900 km yağış kollektorlarının və məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğunun tikintisi  layihələndirilib. Master Planın hazırlanması ilə paralel görüləcək işlərin layihələndirilməsinə və tikintisinə başlanılıb.

Master Planın su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir. 2011-ci ilin sentyabrında təməli Prezident İlham Əliyev tərəfindən qoyulan layihə çərçivəsində Ceyranbatan gölündən suyun götürülməsi təmin edilib, subölüşdürücü kameranın, anbarların, yardımçı infrastrukturun tikintisi yekunlaşıb, qurğunun işə salınması üçün son hazırlıqlar aparılır. Məhsuldarlığı saniyədə 6 kubmetr olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi ilə Abşeron yarımadasında 1 milyondan artıq insanın su təchizatı əsaslı şəkildə yaxşılaşacaq, yarımadanın şərq hissəsində mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan qəsəbələrinyeni yaşayış massivlərinin içməli su problemi həllini tapacaq.

Eyni zamanda 84 km uzunluğunda Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral kəmərinin, həmçinin içməli suyun optimal paylanması məqsədilə kəmərin marşrutu boyu layihələndirilmiş Abşeron, Saray, Balaxanı, Ramana,  Qala və Zirə anbarlarının tikintisi yekunlaşıb.

Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan 69 Şərq və 110 Şərq anbar komplekslərində həyata keçirilən əsaslı yenidənqurma işləri nəticəsində Bakının Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib.  Ölkə başçısının əhalinin fasiləsiz su təminatı ilə bağlı tapşırığına uyğun olaraq 1000-dən dən artıq binanın daxili su təchizatı sistemləri yenidən qurulub, hər bir mənzil smart-kart tipli sayğacla təmin edilib.

Beləliklə, son illər görülmüş işlər nəticəsində Abşeron yarımadasında 260 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib və fasiləsiz su alanların sayı 900 min nəfərdən 2 milyon 40 min nəfərə çatdırılıb.

Abşeron yarımadasında kanalizasiya infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. İnnovativ texnologiyalardan istifadə edilməklə Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Balaxanı-Qaraçuxur-Zığ tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. Artıq 13,2 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan kollektorunun tikintisi yekunlaşıb və Bayıl buxtasına axıdılan tullantı suların qarşısı tam alınıb. Eyni zamanda Sumqayıt, Buzovna və Şüvəlan çirkab sutəmizləyici qurğularının yenidən qurulması, Novxanı-Sumqayıt kanalizasiya kollektorunun tikintisi, mövcud kanalizasiya kollektorlarının yenidən qurulması təmizlənmədən Bakı buxtasına, eləcə də Novxanı çimərliyinə axıdılan tullantı suların qarşısını almağa imkan verib.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC-nin sifarişi əsasında hazırda 29 şəhər və rayon mərkəzində su-kanalizasiya layihələri icra olunur. Layihələrin 18-i beynəlxalq maliyyə qurumlaının krediti,  11-i isə dövlət büdcəsi vəsaiti hesabına reallaşdırılır. Layihələrin icrasını daim diqqətdə saxlayan Prezident İlham Əliyev bəzi şəhərlərdə keçirilmiş təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak edib. Dövlət başçısının diqqət və qayğısı işlərin sürətlə və keyfiyyətlə aparılması ilə nəticələnib. Görülmüş işlər nəticəsində son bir neçə ildə şəhər və rayon mərkəzlərində yaşayan 480 mindən artıq insanın su təchizatı yaxşılaşıb.

İçməli sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təminatına hesablanmış  Şirvan-Muğan və Sabirabad-Saatlı su kəmərlərinin tikintisi regionların inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Şirvan-Muğan kəmərinin 107 km uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi qısa müddətdə tikilərək istismara verilib. Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinin sakinləri 2 ildir ki, bu mənbədən su alır. Gələcəkdə SalyanNeftçala şəhərləri, həmçinin 121 kəndin sakinləri də bu layihədən faydalanacaqlar.

Kür sutəmizləyici qurğular kompleksindən Saatlı şəhərinə qədər 62 km uzunluğunda magistral su kəmərinin tikintisi isə 2014-cü ilin sonlarında yekunlaşıb, dekabr ayında Sabirabad və Saatlı şəhərlərinə bu mənbədən suyun verilməsi təmin edilib. Növbəti mərhələdə 44 kəndə suyun verilməsi nəzərdə tutulur.

Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü mənbəyi son illər reallaşdırılmış ən böyük infrastruktur layihələrindəndir. Bu layihəyə uyğun olaraq Girdimançayın yatağında suqəbuledici qurğu tikilib, Zərdab şəhərinə 72, Ucar şəhərinə 57, Kürdəmir şəhərinə 27,  Ağsu şəhərinə isə 15 km uzunluğunda magistral kəmər çəkilib və həmin şəhərlərə yeni mənbədən suyun verilməsi təmin edilmişdir. Gələcəkdə bu layihədən ətraf kəndlərin əhalisi də daxil olmaqla ümumilikdə 170 min nəfər faydalanacaq.

Xanbulançay isə Cənub bölgəsində yaşayanların içməli su təchizatında müstəsna əhəmiyyətə malik layihədir.  Lənkəran, Astara şəhərləri və 39 kəndi su ilə təmin etmək üşün Xanbulançay anbarının sahilində məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğunun inşası başa çatdırılıb, Lənkəran şəhərinə suyun verilməsi təmin edilib, Astara şəhərində isə magistral kəmərin inşası davam etdirilir.

Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, su qıtlığı müşahidə olunan yaşayış məntəqələrində də xeyli görülüb. Belə ki, kənd və qəsəbələrdə 660 kilometr su xətti quraşdırılıb, 150 subartezian quyusu qazılıb. Bütün bunlar 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatını yaxşılaşdırmağa imkan verib. Ağdam, Ağcabədi, Füzuli, Tərtər, TovuzGoranboy rayonlarının sərhədyanı yaşayış məntəqələri, həmçinin məcburi köçkünlərin kompakt yaşadığı qəsəbə və şəhərciklər daim diqqətdə saxlanılıb.

Ümumilikdə, ötən dövrdə “Azərsu” ASC tərəfindən 6300 km magistral və paylayıcı su xətti, 2130 km kanalizasiya kollektoru və xətti, 157 su anbarı, 86 sukanalizasiya-nasos stansiyası tikilib, 370 mindən artıq smart sayğac quraşdırılıb.

Su təchizatı sahəsində görülən böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılmasını zəruri edir.  Bunu təmin etmək üçün 2013-cü ildə istifadəyə verilmiş yeni Mərkəzi Laboratoriya cəmi bir il sonra Beynəlxalq akkreditasiyadan keçib. Burada içməli suyun 84, tullantı sularının isə 54 olmaqla, ümumilikdə 138 parametri təyin etmək mümkündür. Yeni laboratoriyanın yaradılması layihəsinə uyğun olaraq alınmış səyyar laboratoriyalar istənilən ərazidə və şəraitdə analizlərin aparılmasına, su mənbələrinin ilkin tədqiqinə imkan verir.

Yeni yaradılmış digər bir laboratoriya isə su sayğaclarının yoxlanması, təmiri və onlara texniki qulluq göstərilməsinə xidmət edir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada məişətdə və sənayedə istifadə olunan su sayğacları dövlət müqayisəli yoxlamadan keçirilir, xətalar müəyyən edilir, texniki göstəricilərə uyğun təzyiqə davamlılıq yoxlanılır və ehtiyac yarandıqda onların təmiri aparılır.

İnfrastruktur obyektlərinin və paylayıcı şəbəkələrin yenidən qurulması zamanı SCADA sisteminin tətbiqinə başlanılıb. Bu sistem infrastrukturun vahid mərkəzdən idarə olunmasını təmin etməklə, suyun mənbədən istehlakçıya ötürülməsini onlayn rejimdə tənzimləməyə imkan verir. Bununla paralel Coğrafi İnformasiya Sisteminin yaradılması istiqamətində fundamental işlər görülüb.  “AzərsuCİS” adlanan bu sistem bütün şəbəkə infrastrukturunun rəqəmsal xəritələrə köçürülməsi üçün yaradılıb və indiyə qədər sistemə 9700 km su, 3800 km kanalizasiya xətti, unikal kod verilmiş 400 min bina və tikili haqqında məlumatlar daxil edilib.

AzərsuCİSlayihəsi Bentley Beynəlxalq Layihə Müsabiqəsinin, Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunda  “Su resurslarının idarə edilməsi” nominasiyasının qalibi olub, SEGUS-2013 İntellektual infrastruktur və Coğrafi İnformasiya Sistemləri konfransının mükafatını qazanıb.

İcra olunan layihələr arasında Müştəri İnformasiya Sistemi xüsusi çəkisi ilə diqqət çəkir. Sistemdə texniki şərt, müqavilə, hesabat və faktura çapı və digər əməliyyatların avtomatlaşdırılması təmin edilib. İstehlakçılara  göstərilən  müştəri xidmətlərinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi məqsədilə “Asan xidmət” mərkəzlərində abunəçilərə 10 istiqamət üzrə xidmətlərin göstərilməsinə başlanılıb. Ötən müddətdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən aparılması istiqamətində də uğurlu addımlar atılıb, konsolidasiya sistemlərinin avtomatlaşdırılması üçün 1C proqramının tətbiqinə başlanılıb.

Yeni infrastruktur yaradılarkən müasir texnologiyalar və sistemlərdən istifadə bu sahədə kadr potensialının gücləndirilməsini zəruri edir. Fransanın “Suez Environnement” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq  cəmiyyətin təlim sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamərində işlərə başlanılıb. Müqavilə 34 peşə və ixtisas üzrə 4500 nəfərin  kadr hazırlığına cəlbini, 250 peşəkar təlimçinin  hazırlanmasını nəzərdə tutur. Yeri gəlmişkən, Hövsan Aerasiya Stansiyasının ərazisində Təlim-Tədris Mərkəzinin tikintisi yekunlaşıb, burada peşəkar təlimlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. “Azərsu” ASC-nin Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti  və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlığa dair razılaşmaları da kadr potensialının gücləndirilməsinə töhfələr verməkdədir.

Fəaliyyətində ekoloji layihələrin icrasına önəm verən “Azərsu” ASC Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ətraf mühitin qorunması  ekoloji sabitliyin təmin olunması  tədbirlərində də fəal iştirak edir. Cəmiyyətə məxsus müəssisə və təşkilatların, anbar və digər qurğuların ərazisində 280 mindən artıq müxtəlif növ ağac, kol və bəzək bitkiləri əkilib. Cəmiyyət İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilmiş “Ümumrespublika yaşıllaşdırma” marafonunda və “Hər kağızı bir yarpağa dəyişək” adlı aksiyada  fəal iştirak edib.

Yasamal rayonunda yerləşən  mərkəzi su anbarının ərazisində 6 hektardan artıq sahədə müasir park yaradılıb. Qısa müddətdə inşa edilmiş Yasamal parkında yaşıllıq zolaqları, fəvvarələr, seyrəngahlar, uşaq meydançaları və idman qurğuları inşa edilərək paytaxt sakinlərinin istifadəsinə verilib.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili məqsədilə Bakı şəhərində Olimpiya Stadionunun  tikintisi, yol infrastrukturunun yaradılması, Böyükşor gölünün təmizlənməsi layihələrinin icrası ilə əlaqədar ərazidən keçən magistral su xətləri və kanalizasiya kollektorları yenidən qurulub. İdmançıların, məşqçi korpusunun, hakimlərin və digər texniki personalın yerləşəcəyi Olimpiya kəndinin ərazisində yeni su təchizatı və kanalizasiya sistemləri yaradılıb. Ümumilikdə, Birinci Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində  Bakı şəhərində 150 km-ə yaxın su və kanalizasiya xətləri quraşdırılıb. Avropa Oyunlarına hazırlıq çərçivəsində Mingəçevir şəhərində də yeni su və kanalizasiya xətləri çəkilib, 3 ədəd kanalizasiya nasos stansiyası tikilib, nəticədə Kür çayına axıdılan tullantı sularının qarşısı alınıb.

Beynəlxalq əlaqələrini genişləndirən ASC ölkə daxilində və xaricdə keçirilən sərgi-konfransların, beynəlxalq əhəmiyyətli tədbirlərin fəal iştirakçısına çevrilib. ASC-nin təşəbbüsü və dəstəyi ilə 2013-cü ildə Bakıda ilk dəfə ixtisaslaşmış Xəzər Beynəlxalq su texnologiyaları sərgi və konfransı keçirilmişdir. Prezident İlham Əliyevin ziyarət etdiyi debüt sərgisinə 23 ölkədən 70-dən çox şirkətin qatılması tədbirə marağın yüksək olmasından xəbər verir.  Sərgi çərçivəsində təşkil olunmuş konfransa dünyanın tanınmış elm adamları, Dünya Su Şurasının, eləcə də su sektoru ilə əlaqəli bir sıra beynəlxalq qurumların rəhbərləri qatılmışdır. Bütün bunlar isə Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi-konfransının artıq beynəlxalq brendə çevrildiyini təsdiqləyir.

Eyni zamandaAzərsu”ASC Dünya Su Şurasının,  Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının üzvlüyünə qəbul edilib və 2015-ci ilin aprel  ayında Koreya Respublikasında keçirilmiş 7-ci Dünya Su Forumunda Azərbaycan uğurla təmsil olunub. Cəmiyyətin sədri Qorxmaz Hüseynov  forumda Azərbaycanda su ehtiyatlarının yaradılması və onlardan səmərəli istifadə, son illər su təsərrüfatı sektorunda həyata keçirilmiş layihələr barədə məruzə ilə çıxış etmiş, transsərhəd çayların çirkləndirilməsi məsələsini iştirakçıların diqqətinə çatdırmışdır.

Ölkə rəhbərliyi su təsərrüfatı işçilərinin əməyini hər zaman yüksək qiymətləndirib. “Azərsu” ASC-nin bir qrup işçisinin fəxri ad və medallarla təltif olunması, icrasına başlanan və istismara verilən bir çox layihələrin təməl və açılış mərasimlərində Prezident İlham Əliyevin iştirakı, nəhayət 14 may 2014-cü ildə imzalanmış Sərəncamla iyun ayının 5-nin “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi bunun bariz nümunəsidir.

Son illər əksər şəhər rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd qəsəbələrdə həyata keçirilən su-kanalizasiya layihələri müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı sosial rifahının yüksəldilməsinə hesablanmış uğurlu siyasətinin əsas istiqamətini təşkil edir. Layihələrin  vaxtında keyfiyyətli icrasını təmin etmək üçünAzərsu” ASC-nin çoxminli kollektivi bundan sonra da əzmlə çalışacaqdır.

 

Anar Cəbrayıllı

 

İki sahil.- 2015.- 5 iyun.- S.10; 12-13.