Astaraçay” MMC-nin Çay

Emalı Fabrikinin açılışı olub

 

Astaraçay” MMC-nin Çay Emalı Fabrikinin açılış mərasimi keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə iştirak edən kənd təsərrüfatı naziri Heydər Əsədov digər rəsmi şəxslər əvvəlcəAstaraçay” MMC- məxsus çay çəltik sahələrinə baş çəkiblər. Onlara Azərbaycanda kənd təsərrüfatının ənənəvi sahələrindən olan çayçılığın inkişaf tarixi, sovet dövründə sonralar ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkənin cənub bölgəsində bu sahədə həyata keçirilmiş tədbirlər haqqında məlumat verilib. Bildirilib ki, respublikamızda çayçılığın inkişafında daim mühüm rol oynamış Astara əməkçiləri indi bu strateji sahənin zəngin ənənələrini davam etdirirlər. Astaraçaykənd təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb. Kənd təsərrüfatının müxtəlif sahələri, ən əsası isə çayçılıqla məşğul olur. Ümumi əkin sahəsi 640 hektardır. Hazırda təsərrüfatda 400 hektara yaxın çay plantasiyası mövcuddur. Sahələrdə müasir suvarma şəbəkəsi qurulub. ƏkilənKolxidaçay toxumları Gürcüstanın Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən gətirilib yerli şəraitə uyğunlaşdırılıb. Müəssisə əsasən çayçılıq üzrə ixtisaslaşsa da, Azərbaycan kənd təsərrüfatının qədim sahələrindən olan çəltikçiliklə də məşğul olur. Ötən il ilk dəfə olaraq 20 hektar sahədə səpmə üsulu ilə çəltik əkilib. Əkini Türkiyənin Ədirnə şəhərinin Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun çəltikçilik bölməsinin elmi işçiləri azərbaycanlı mütəxəssislərlə birgə həyata keçiriblər. Yerli “Haşımi” sortu ilə yanaşı, İtaliyadan gətirilmiş məhsuldar sortlardan da istifadə edilib. Çəltik sahələrindən 102 ton məhsul toplanıb və orta məhsuldarlıq 51 sentner təşkil edib. Cari ildə 120 hektara yaxın sahənin hazırlanması planlaşdırılır. Bunun üçün xüsusi texnika da alınıb. Artıq 100 hektara yaxın sahədə çəltik səpilib. Eyni zamanda, gündəlik istehsal gücü 10 ton olan düyü dəyirmanı əsaslı təmirdən sonra istismara verilib.

Sonra mərasim iştirakçıları “AstaraçayMMC-nin inşa etdiyi Çay Emalı Fabrikinə gəlmişlər. Rəmzi düymə ilə müəssisə işə salınıb, fabrikə ilk yaşıl çayın qəbuluna başlanılıb. Mərasim iştirakçıları fabrikin istehsal prosesi ilə tanış olublar. Qeyd olunub ki, fabrik Koreya Respublikası şirkətinin layihəsi əsasında tikilib. Beş hektar ərazisi olan müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 24 tona çatdırmaq nəzərdə tutulur. Qonaqlara fabrikin istehsal texnologiyaları, çay emalının soluxma, qurutma, burma, fermentləmə, sortlaşdırma prosesləri haqqında məlumat verilib. Müasir standartlar səviyyəsində qurulmuş çəkici-bükücü sexdə çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür.

QonaqlarAstaraçayMMC-nin ofis binası, eləcə də Çay muzeyi, dequstasiya zalı və Çay evi ilə də tanış olmuşlar.

 

İki sahil.- 2015.- 30 iyun.- S.15.