Soyqırımı və terror Ermənistanın

dövlət siyasətinin əsasını təşkil edir

 

31 mart azərbaycanlıların soyqırımı günüdür

 

Etnik təmizləmə siyasətini açıq, gizli həyata keçirən, bir əsrdə günahsız azərbaycanlıların qətli ilə nəticələnən bir neçə soyqırımı törədən ermənilər tarixdə görünməyən vəhşiliklərin müəllifləridir

 

Ermənilərin Azərbaycan xalqına qarşı ötən əsrlərdə apardıqları soyqırımı siyasəti nəticəsində 2 milyondan artıq soydaşımız, günahsız insanlar qətlə yetirilmiş, kəndlər, şəhərlər dağıdılmış, yandırılmışdır. Terroru, işğalçılıq siyasətini dövlət səviyyəsində dəstəkləyən Ermənistanın Azərbaycana qarşı zaman-zaman ərazi iddiaları səbəbilə baş verən qırğınların hələ də davam etdirilməsi nəticəsində minlərlə azərbaycanlı öldürülmüş, diri-diri yandırılmış, əlil olmuşdur.

Tarixi faktlar da sübut edir ki, Azərbaycan ərazilərinə sonradan köçürülmüş ermənilərdən imperiya siyasətinin həyata keçirilməsində vasitə kimi istifadə olunmuşdur. Bu günümüzdən dünənimizə işıq salaq.

...1721-ci ildə I Pyotr isveçlərlə Nişdat sülh müqaviləsini bağladıqdan sonra diqqətini Qafqaza, Xəzərətrafı ərazilərə yönəltdi. Bu regiona sahiblənmək üçün Bakıda, Gilanda, Mazandaranda, Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsi siyasəti başlandı və sonralar daha böyük miqyasda davam etdirildi. Satqın ermənilərə himayədarlıq edən II Yekaterina bu istiqamətdə aparılan yerdəyişmənin sürətləndirilməsi üçün 1768-ci ildə fərman imzaladı. Ənənəni davam etdirən I Aleksandrın 1802-ci ildə Qafqaz canişini N.D. Sisiyanova göndərdiyi məktubunda yerləşdirmə prosesinə xususi diqqət yetirilməsi tapşırılırdı: “Hər vəchlə ermənilərdən Azərbaycanın bu və ya digər xanlıqlarında istifadə edilməlidir.”

Gülüstan və Türkmənçay müqavilələrindən sonra isə Azərbaycan xalqı daha böyük faciələrə düçar oldu. İrəvan və Naxçıvan xanlıqları ərazisində “erməni vilayəti”nin yaradılması, bu ərazilərə erməni ailələrinin köçürülməsi kampaniyası başlandı. İmperiyanın onlara göstərdiyi dəstək və yardımdan istifadə edən daşnaklarBöyük Ermənistan” xülyalarının reallaşdırılması üçün fəallıqlarını artırdılar.

Rusiyada baş verən inqilabi proseslərdən özlərinə məxsus məkr və hiyləgərliklə istifadə edən ermənilər “ideoloqları” Şaumyanın, qulağı kəsik Andranikin, Hamazaspın, Lalayanın və bu kimi qaniçən daşnakların rəhbərliyi ilə Naxçıvanda, Bakıda, Şamaxıda, Quba qəzasında, Qarabağda... bir sözlə Azərbaycanın bütün yaşayış məskənlərində kütləvi qırğınlar, talanlar törətdilər. Eyni qırğınlar 1918-1920- ci illərdə daha geniş miqyasda təkrarlandı. 1918-ci ilin martında Bakıda azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başlanıldı. Şaumyanın başçılıq etdiyi silahlı dəstə 1918-ci ilin 30-31 mart hadisələrində təkcə Bakıda 30 min soydaşımızı amasızcasına, xüsusi qəddarlıqla qətlə yetirdi.

Soydaşlarımızı diri-diri oda atan, divara mıxlayan Tatevos Əmiryan, Styopa Lalayan, Andranik Ozanyan minlərlə azərbaycanlını qılıncdan keçirmiş, qadınlara, uşaqlara, qocalara belə aman verilməmişdi.

Ermənilərin törətdikləri soyqırımları zamanı qətlə yetirilənlərin, dağıdılan kəndlərin, tarixi abidələrin sayını hesablamaqla qurtarmaz. Təxmini hesablamalara görə, ermənilərin müxtəlif illərdə azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlarda ölənlərin sayı 2 milyondan artıqdır. Təkcə Çəmbərəkənd qəbristanlığında dəfn olunan bakılıların sayı 15-20 min arasında olub. Erməni vəhşiliyinin nümunəsi olan Quba məzarlığı daşnak siyasətinin qanla yazılmış bir səhifəsi kimi hər kəsi dəhşətə gətirir.

Tarixən azərbacanlılara məxsus İrəvandan köçürülən, respublikamızın aran zonalarına yerləşdirilən, vətən həsrətinə və iqlim dəyişikliyinə dözməyərək həlak olan, deportasiya qurbanları sayılan soydaşlarımızın sayı yüz minlərlədir. Daşnak ideologiyasından, monoetnik dövlət yaratmaq siyasətindən qaynaqlanan deportasiyalar da, ermənilərin azərbaycanlılara qarşı törətdikləri ayrı- seçkilik, mənəvi soyqırımı idi.

1988-ci ildə Dağlıq Qarabağda başlanandaşnak siyasətinə, ideyalarına xidmət edən hadisələr, Qərbi Azərbaycanda- Vardenisdə, Qukarkda, Qacaranda, Qafanda, Gorusda, Alaverdidə törədilmiş qanlı aksiyalar 250 mindən artıq soydaşımızın doğma yurdunu tərk etməsi ilə nəticələndi.

İ.L. Seqalın 1912-ci ildə Tiflisdə çap etdirdiyiKrestyanskoye zemlevladeniye v Zakavkazye” kitabında yazılır ki, Naxçıvanda hökmranlıq edən xəfiyyə yerli sakinlərin əllərindən xeyli torpaq sahəsini alıb Məlik Eynatyana, Karapet Adamoviçə, Muqlusiyə, Saak Yeqizarova bağışladı. Faşizm ideologiyası ilə eyni səviyyədə olan erməni siyasətinin müəllifləri olan Şaumyan, Mikoyan, Aqanbekyan, Şahnazarov kimilərinin təbliğatı nəticəsində ötən əsrdə üç dəfə törədilən kütləvi qırğınlar əsl vəhşilik idi. SSRİ-nin dağıdılması üçün xarici dövlətlər tərəfindən hazırlanan məkrli planların reallaşmasında “Qarabağ kartı”ndan istifadə nəticəsində həlak olan minlərlə şəhidimiz də erməni soyqırımının qurbanları siyasına daxil edilsə qətlə yetirilən soydaşlarımızın sayı 2 milyondan artıq olar.

Əsrlərdən bəri davam edən soyqırımları 1990-cı il yanvarın 20-də bir daha təkrarlandı. Azərbaycana qarşı siyasi təcavüz olan 20 Yanvar hadisələrində hərbi hissələrin tərkibində Bakıya gələn, istefada olan erməni zabitləri yenə də qətliamlar törətdilər. Həmin hadiəsələrdə 130-dan artıq həmyerlimiz azadlıq uğrunda mübarizlər kimi şəhidlik zirvəsinə yüksəldi.

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ, ona yaxın ərazidə yerləşən 7 rayon Ermənistan və havadarlarının yardımı ilə işğal edildi. Bir milyondan artıq həmyerlimiz evlərindən didərgin, qaçqın düşdü. Hadisələr zamanı minlərlə soydaşımız qətlə yetirildi, günahsız azərbaycanlılar şikəst oldu, yaralandı.

1992-ci ildə erməni faşizminin azərbaycanlılara qarşı növbəti qətliamı olan Xocalı soyqırımında görünməmiş dəhşətlər yaşandı. Bir gecədə dağıdılan Xocalıda 613 dinc əhali xüsusi amansızlıqla qətlə yetirildi. 487 nəfər əlil oldu. 1275 nəfər əsir, girov götürüldü.

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən öldürülən azərbaycanlıların sayı 20 mindən çoxdur. Erməni silahlılarının ərazimizdə apardıqları hərbi əməliyyatlar nəticəsində 20 min soydaşımız yaralanmış, 4 mini əsir düşmüş, minlərlə təhsil, səhiyyə, mədəniyyət müəssisəsi ,tarixi abidələr dağıdılmışdır.

Ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı yönəlmiş soyqırımına ilk siyasi qiyməti 1998-ci il martın 26-da (1918-ci il mart hadisələrinin 80-ci ildönümü ərəfəsində) imzaladığı Fərmanla verən ümummilli lider Heydər Əliyev daha bir tarixi missiyanı yerinə yetirdi.

Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdıran, dünyada bu kimi hadisələrə düzgün siyasihüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli bu sənədin mahiyyət və əhəmiyyəti böyükdür.

Xocalı soyqırımı da daxil olmaqla erməni millətçilərin Azərbaycana qarşı 2 əsrdən artıq davam etdirilən işğalçılıq əməllərinin bir adı var: əsasını etnik təmizləmə, insanlığa qarşı cinayət təşkil edən Soyqırımı. Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılara qarşı törədilən qırğınlarda bilavasitə əli və rolu olan, qanlı ideologiyaların müəllifi kimi tanınan Ermənistanın hazırkı və sabiq prezidentləri S. Sarkisyanın, R. Köçəryanın cinayətləri artıq sübut olunub.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətlərin, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır.

Dünyanın 57 ölkəsinin gənclər təşkilatlarını birləşdirən İKT-nin Gənclər Forumu İdarə Heyətinin mədəniyyətləarası və sivilizasiyalararası dialoq məsələləri üzrə Baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, bütün dünya birliyi tərəfindən dəstəklənən “Xocalıya ədalət” kampaniyasını genişləndirməkdə də məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

Xocalı soyqırımını ötən əsrin faciəsi adlandıran dövlətlərin sayının artması, Azərbaycanın haqq işinin müdafiəsi o deməkdir ki, münaqişənin həlli üçün balanslaşdırılmış siyasətə üstünlük verən Prezident İlham Əliyevin mövqeyi dünya ictimaiyyəti tərəfindən dəstəklənir.

Xocalı soyqırımının ildönümləri ilə bağlı Avropa və Qərb dövlətlərində keçirilən aksiyalarda iştirak edənlərin sayının artması, bu qırğının İsveçdə yaradılmış və virtual aləmdə geniş təbliğ olunan “Beynəlxalq Müharibə Qurbanları Memorialı”na daxil olunması da Azərbaycana dəstək kampaniyasının nümunəsidir.

Tarixin hansı dövrünü, səhifəsini vərəqləsən orada ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınların, sayı minlərlə ölçülən terror qurbanlarının, günahsız insanların acı taleyi barədə məlumata rast gəlmək olar.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeynin, haqq işinin müdafiə olunması ermənilərin törətdikləri soyqırımların bütün dünyada tanıdılması deməkdir. 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ötən illərdə xalqa müraciət edən Prezident İlham Əliyevin vurğuladığı kimi, indi hamının bir məqsədi olmalıdır. Bu da iki yüz ildən artıq müddətdə erməni millətçilərinin apardıqları mənfur siyasətin bütün dünya dövlətləri, parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən tanınmasına, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliam və soyqırımların ümumi mənzərəsinin tam mənada, bütün dəhşətləri ilə açıqlanmasına nail olmaqdır.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2015.- 31 mart.- S.7.