Ulu öndərin neft strategiyasının təntənəsi ya

Əsrin müqaviləsi”ndən bizi ayıran 20 il

 

Yola saldığımız 2014-cü il öncəki illər kimi xalqımızın tarixində əbədi yadda qalan hadisələrlə zəngin olmuşdur. Belə hadisələrdən birisentyabr ayının 20-də çağdaş Azərbaycan tarixində müstəsna əhəmiyyət kəsb edən bir hadisənin - Ulu öndər Heydər Əliyevin neft strategiyasının böyük uğuru olan “Əsrin müqaviləsi” nin 20 ilinin tamam olması və bu münasibətlə keçirilən yubiley tədbirləri olmuşdur. Məlumdur ki, “Əsrin müqaviləsi” və ya “Əsrin kontraktı”nın imzalanması1994-cü il sentyabır ayının 20-də, respublikamızın müstəqillik əldə etməsindən cəmi üç il sonra baş vermişdir. Azərbaycanın Xəzər Sektorunda yerləşən “ Azəri”, “Çıraq”, “ Günəşli” ( AÇG) neft yataqlarının birgə istifadəsini nəzərdə tutan bu kontrakt Dünyada məhşur olan bir çox neft şirkətləri (8 ölkənin 12 neft şirkəti) -”BP” (Böyük Britanya), ”Amoko” (ABŞ), “Lukoil” (RF),”Statoil”(Norveç), “Türkish Petrolium” (Türkiyə), “Unokal” (ABŞ), “İtochuco” (Yaponiya), “Ramco( B.Britaniya), “Delta”(S.Ərəbistanı), “Penzoil” (ABŞ) və “Exon” (ABŞ) şirkətləri ilə Azərbaycan Dövlət Neft şirkəti( ARDNŞ) arasında 30 il müddətinə imzalanmışdır.

Qeyd etmək vacibdir ki, “ Əsrin müqaviləsi”nə gedən yol heçasan, hamar olmamışdır. Güman edirəm ki, həmin dövrlərdə respublikamızda mövcud olan mənzərəni hamı yaxşı xatırlayır. Müstəqilliyinə yenicə qovuşmuş ölkəmiz saysız-hesabsız problemlərlə üz-üzə qalmışdı. Qeyri-sabit vəziyyətin mövcud olduğu, vətandaş müharibəsi təhlükəsinin başımızın üstünü aldığı, total böhranın hökm sürdüyü və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış problemlərin üst-üstə yığıldığı bir zamanda Azərbaycan müstəqil ölkə kimi ilk addımlarını atmağa başlamışdı.Ölkəmizin gələcəyi üçün lazımi tədbirlərin görülməsi böyük bir tarixi zərurət idi. Məhz belə bir çətin dövrdə dövlətimizin və dövlətçiliyimizin əsasları Ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində formalaşdırılmışdır. Ölkəmizin iqtisadi müstəqilliyinin əldə edilməsi üçün konkret addımlar atılmış,çox mühim iqtisadisiyasi islahatlar həyata keçirilməyə başlanmışdır.Heç şüpəsiz onların içərisində ən mühümüçox böyük tarixi əhəmiyyət kəsb edəni “Əsrin müqaviləsi “ olmuşdur. Belə ki, ulu öndər yaxşı bildirdi ki, neft strategiyasını düzgün qurmadan qarşıya qoyulmuş möhtəşəm siyasiiqtisadi vəzifələri həyata keçirmək mümkün olmayacaq,bu isə sonda böyük çətinliklər və qanlar bahasına əldə etdiyimiz müstəqiliyimizin itirilməsinə gətirib çıxaracaqdır.O, da belə idi ki, böyük miqdarda sərbəst maliyyə vəsaitlərinə malik olmadan neft yataqlarını yerli resurslar hesabına geniş miqyasda istismar etmək mümkün deyildir. Məhz bu səbəbdən həmin dövrdə Azərbaycana sərmayə axınına nail olmaq ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bir məsələ idi. Bununla belə , yuxarıda göstərilən səbəblərdən, eləcə də bəzi xarici qüvvələrin neft kontraktlarının imzalanmasına ciddi-cəhdlə mane olmağa çalışmaqları (dəfələrlə ölkədə dövlət çevrilişinə edilən cəhdlər, ulu öndərə qarşı hazırlanan sui-qəsd planları, Xəzərin sahilyanı ölkələr arasında pay bölgüsünü aparmadan neft yataqlarının istismara başlanmasının mümkün olmadığını iddia etmələri, istismarı nəzərdə tutulan yataqların perspektivzsiz yataqlar olması fikirini ortaya atmaları və.s) Azərbaycanı dünyada çox riskli bir dövlət kimi tanıtmışdı. Belə bir vəziyyətdə xarici investorların ölkəyə dəvət edilməsi və buna müsbət cavab alınması Heydər Əliyev siyasətinin çox böyük uğuru idi. “Əsrin müqviləsi” imzalanmaqla Azərbaycanda nəhəng neft siyasətinə başlanmış və bu Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev tərəfindən bu günuğurla davam etdirilir.

“ Əsrin müqaviləsi” imzalandıqdan cəmi üç il sonra (1997-ci il) ilk neft hasil olunmuş, beş il sonra (1999- cu il) isə mənfəət nefti ixrac olunmağa başlanmışdır. Bundan sonra qarşıda duran əsas vəzifələrdən biri, həm də ən mühümü çıxarılan nefti xarici bazarlara çatdırmaq üçün neft kəmərlərinin inşası idi ( Məlumdur ki, dəmiryol nəqliyyatı vasitəsilə bu işin icrası nisbətən baha başa gəlir və bəzi texniki çətinliklərlə müşaiyyət olunur). Doğrudur, bu məqsədlə Sovet dövründən qalan neft kəmərlərindən (Bakı -Novorossiysk, Bakı-Supsa) müəyyən təmir və yenidən- qurma işləri aparıldıqdan sonra istifadə edilə bilərdi və edildi də .Lakin ulu öndər gözəl bildirdi ki, Azərbaycan neftinin taleyini yalnız həmin kəmərlərin öhdəsinə buraxmaq gələcəkdə böyük problemlər yarada bilərdi. Buna görə də, neft kəmərlərinin ( sonralar isə həm də qaz kəmərlərinin) şaxələndirilməsinə (diversifikasiyasına) nail olmaq müstəsna əhəmiyyət kəsb edən bir problem kimi qarşıda dururdu. Bu problemin həlli də Heydər Əliyevin neft strategiyasının ən mühüm tərkib hissələrindən biri idi.Şükürlər olsun ki, çoxsaylı, həm də çox ciddi maniələrə baxmayaraq sonda ulu öndərin bu ideyası da reallığa qovuşdu.Təsadüfi deyil ki,Heydər Əliyev adına Bakı -Tbilisi -Ceyhan (BTC) əsas ixrac neft kəmərinin tikintisionun istifadəyə verilməsi, elə “Əsrin müqaviləsi” kimi çox möhtəşəm tarixi hadisə sayılır. Möhtərəm prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi,BTC-nın tikilib istifadəyə verilməsi təkcə ona görə tarixi hadisə sayılmır ki, o ilk dəfə olaraq Xəzər dənizinin neftini Aralıq dənizinin bazarlarına çıxardı, həm də ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı. Bölgədəki çox çətin geosiyası vəziyyətə baxmayaraq xarici investorlar bu layihəyə də böyük vəsait cəlb etdilər , beynəlxalq maliyyə qurumları isə öz dəstəyini göstərdilər.Bununla da neft kəmərlərinin şaxələndirilməsi ilə bağlı ideya da reallaşdırıldı . Bu gün artıq üç istiqamətdən nəql edilə bilən neftimiz dünya bazarlarına çox etibarlı şəkildə çatdırılır.

BTC-nin reallaşması Heydər Əliyevin neft strategiyasının ikinci böyük təntənəsi idi. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin və bununla həm də siyasi müstəqilliyyinin məhək daşına çevrilərək azad iqtisadi mexanizim-lərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyanı təmin edərək, ölkəmizin inkişafında müstəsna əhəmiyyətə malik rol oynamışdır. Sonrakı mərhə-lələrdə xarici investisiyaların, ən müasir avadanlıq və texnologiyaların , o cümlə-dən idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək kefiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi, dövlətimizin müəy yən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilmişdir. Neftdən gələn gəlirlərin sayəsində maliyələşən daxili investisiyaların artımı hesabına iqtisadiyyatda tarazlı inkişaf təmin edilmiş, yüz minlərlə yeni-yeni yerlərinin açılması mümkün olmuşdur.Ölkə prezidenti möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi məhz bunun nəticəsində Azərbaycanda yoxsulluq səviyyəsində yaşayanların sayı son 7 il ərzində 49 faizdən 9 faizə yenmişbu proses durmadan davam edir. Ölkəmizdə ilbə - il artan büdcə gəlirləri sosial sahələrin ehtiyaclarının qarşılanmasında əhəmiyyətli mənbəyə çevrilmişdir. Təhsilə və səhiyyəyə, eləcə də cəmiyyət həyatının digər sahələrinə yönəldilən vəsaitlər neft gəlirlərindən səmərəli istifadənin göstəriciləridir. Artıq ölkəmiz region dövlətləri arasında istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən ən qüdrətli dövlətə çevrilmişdir. Son illər Azərbaycanın təkcə müdafiə sahəsinə ayırdığı büdcə xərcləri təcavüzkar Ermənistanın bütün xərclərindən yüksək olur. Digər tərəfdən , Qarabağ həqiqətlərinin Dünyaya olduğu kimi çatdırılmasında da “ Əsrin müqaviləsinin” müstəsna rolu olmuşdur. “Əsrin müqaviləsi” həm də Bakının dünyanın neft mərkəzi olmaq şöhrətini bərpa etdi,özünə qaytardı. O, Azərbaycanın bu gününü yaratdı, gələcəyini müəyyən etdi. Həm müasirlərimiz, həm də gələcək nəsillər üçün Neft Fondunu formalaşdırdı.

Ölkəmizdə , eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən möhtəşəm quruculuq işləri də məhz “ Əsrin müqaviləsinin” imzalanması ,Ulu Öndərin neft strategiyasının reallaşması sayəsində mümkün olmuşdur (təkcə son on ildə respublikamızda həyata keçirilən quruculuq işləri bütün Sovet dövründə olduğundan daha çoxdur, desək, zənnimcə yanılmarıq).

Qeyd etmək lazımdır ki, bu gün respublikamızda qeyri-neft sektorunun inkişafı da sürətlə gedirbuna təkan verən də məhz neft siyasəti, neft strategiyası olmuşdur. Onu da qeyd etmək vacibdir ki, “ Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin daha bir xidmətinin parlaq şəkildə üzə çıxmasına səbəb oldu. Belə ki, vaxtıilə -1970-ci illərdə Heydər Əliyev tərəfindən göstərilən təşəbbüslər nəticəsində yaradılmış infrastruktur kontraktın sürətlə icra olunmasına xidmət göstərdi. Əgər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə ( sovet dövründə) dərin özüllər zavodunu tikdirməsəydi, müqavilənin icrası çox yubana bilərdi. Həmin dövrdə ulu öndərin Bakıda neft avadanlıqları zavodunu, neftayırma və neft emalı zavodlarını və.s tikdirməsi ,neftlə zəngin yataqların istismarını ləngidərək gələcək nəsillərə saxlaması da kontraktın imzalanmasına təkan verən amillərdən sayılmalıdır.

Beləliklə, müstəqillik əldə etdikdən sonra Azərbaycanın qazandığı bütün uğurlarda ulu öndər Heydər Əliyev siyasi kursununonun tərkib hissəsi olan neft strategiyasının əvəzedilməz rolu olmuşdur . Bu strategiya beynəlxalq birliyin Azərbaycana inamını, etimadını formalaşdıran əsas amildir. Bu, həm də iqtisadi amildən siyasi təsir vasitələrinə çevrilərək ölkəmizin geosiyasi maraqlarını təmin edən, qlobal məkana inteqrasiyanı reallaşdıran , Cənubi Qafqazda , eləcə də digər bölgələrdə enerji təhlükəsizliyini qoruyansabitliyi mühafizə edən , əhalinin sosial təminatını, dövlətin iqtisadi rifah və tərəqqisini stimullaşdıran vacib faktördür.

Bu gün ölkəmizin dinamik sosial-iqtisadi inkişaf yolunda inamla irəliləməsi, iqtisadi inkişaf tempinə görə böyük uğurlar qazanması, öz milli maraqlarını müvəffəqiyyətlə təmin etməyə qadir bir dövlət kimi müstəqil siyasət yürüdə bilməsi , Bakı-Tblisi-Ərzurum qaz kəməri, Bakı-Tblisi-Kars dəmir yolu kimi iri tutumlu layihələri həyata keçirə bilməsi, büdcə gəlirlərini ildən- ilə əhəmiyyətli dərəcədə artıra bilməsi, müdafiə qüdrətini artırması və.s Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu neft strategiyası sayəsində mümkün olmuşdur. Şübhə yoxdur ki, bu siyasət bundan sonra da Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdiriləcəkdir. Avropanın enerji təhlükəsizliyinin təminində xüsusi rol oynayacaq “Cənub qaz dəhlizi”nin genişləndirilməsi, TANAP (Trans Anadolu projesi), TAP (Trans Adriatik projesi) kimi nəhəng layihələrin həyata keçirilməsinin yaxın vaxtlarda reallaşdırılmasının artıq tam razılaşdırlıması yuxarıdakı fikirlərimizi bir daha təsdiq edir.

 

Tofiq Əliyev,

Naxçıvan Dövlət Universitetinin kimya kafedrasının müdiri,

kimya elmləri doktoru, professor, “Tərəqqimedallı

 

İki sahil.- 2015.- 13 yanvar.- S.20.