Türkiyə-Azərbaycan dostluğu

möhkəm təmələ əsaslanır

 

Dövlət başçısı İlham Əliyevin Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitində Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyənin tədbirdə təmsil olunmamasından sui-istifadə edərək dost ölkənin ünvanına səsləndirdiyi əsassız fikirlərə verdiyi tutarlı cavab bir daha iki qardaş dövlət arasında birliyin, həmrəyliyin sarsılmazlığını dünyaya nümayiş etdirdi

Böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın dərdi bizim dərdimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi fikirləri iki dost, qardaş ölkənin əlaqələrinin dünəninə, bu gününə və gələcəyinə işıq salmaqla yanaşı, dövrün çağırışlarına uyğun yeni prioritetlərin müəyyənləşdirilməsinə stimul verir.

Məlum olduğu kimi, Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətdir. Bölgədə sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən bu birlik ayrı-ayrı sahələr üzrə əlaqələrin inkişafında özünü təsdiqləyir. Nəzərə alsaq ki, bir ölkənin beynəlxalq aləmdə yerirolunun möhkəmlənməsində iqtisadi amilin rolu inkaredilməzdir, iki dövlətin siyasi iradəsi nəticəsində reallaşdırılan layihələrin əhəmiyyəti özünü qabarıq şəkildə büruzə verər. Dövlət başçısı İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın xarici siyasəti olduqca aydın və proqnozlaşdırılandır. Bütün ölkələrlə səmərəli, ikitərəfli münasibətlərin tərəfdarı olan Azərbaycan qarşılıqlı maraqlar, ortaq dəyərlər, qarşılıqlı hörmət, daxili işlərə müdaxilə etməmək prinsipinə əsaslanır və tərəfdaşlıq ruhunda olan münasibətlərin qurulmasına önəm verir.

Avropaya açılan üçüncü qapı kimi dəyərləndirilən, qitələri birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu siyasi, iqtisadiregional əhəmiyyətinə görə enerji layihələrindən heç də geridə qalmır. Tarixi İpək yolunun bərpası kimi böyük önəm verilən, Çindən başlanan bu yol Xəzər regionunun əsas strateji əhəmiyyətli şəhərləri sayılan Bakı və Tbilisidən keçməklə İstanbula istiqamətlənəcək, Londonu, bütün Avropa ölkələrini birləşdirəcək. BTQ layihəsinin reallığa çevrilməsində aparıcı rol dəmir yolunun çəkilməsinin əsas maliyyə məsələsini üzərinə götürən Azərbaycana məxsusdur.

Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfələrini verən ARDNŞ-in dost ölkədə əsas sərmayə yatıran şirkət kimi tanındığını türkiyəli mütəxəssislər də təsdiqləyir. İnamla demək olar ki, hər iki ölkənin iqtisadiyyatına önəmli təsir edən enerji sahəsində əməkdaşlıq əlaqələrin inkişafının təməli olmaqla əsas istiqmətlərdəndir. ARDNŞ 2008-ci ildə Türkiyədə “Petkim” şirkətinin əsas səhmdarlarından biri oldu.

Enerji sahəsində əməkdaşlığın davamı olan 2012-ci ildə Azərbayanla Türkiyə arasında Transanadolu qaz boru kəməri layihəsi barədə saziş imzalandı. Razılaşmalara görə TANAP layihəsində iştirak paylarının 80 faizi ARDNŞ-ə, qalan 20 faizi isə Türkiyənin BOTAŞ və TPAO şirkətlərinə məxsusdur. Bu kəmərin tikintisinin 2018-ci ilin əvvəllərində başa çatacağı nəzərdə tutulur. TANAP BTC neft kəmərindən sonra regionda ən böyük layihə adlandırılır. Bu kəmərin Türkiyəni önəmli enerji dəhlizinə çevirəcəyi qeyd olunur. “TANAP-ın üstünlüyü ondan ibarətdir ki, bu layihəni biz ikimiz icra edəcəyik. Üçüncü tərəfələr üçünbu layihə açıqdır” söyləyən Prezident İlham Əliyevin sözləri ilə həmrəyliyini bildirən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli hər iki dövlətin həmrəyliyinin bariz nümunəsidir.

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun Azərbaycanın Avropanın gələcəyi üçün böyük əhəmiyyət kəsb etdiyini önə çəkərək, TANAP layihəsinin perspektivlərini diqqətə çatdırmışdır. Dövlət başçısı İlham Əliyev bu faktı qeyd edir ki, Xəzərin karbohidrogen ehtiyatlarının Avropadünya bazarlarına nəqlini təmin etmək üçün enerji dəhlizini ilk açan məhz ölkəmiz olub. Bu gün Azərbaycan nefti Avropa İttifaqının bəzi üzv dövlətlərinin enerji balansının təqribən 30 faizini təşkil edir. Bu, o deməkdir ki, Azərbaycan Avropadakı tərəfdaşlarının da enerji təhlükəsizliyini təmin edir.

Türkiyə-Azərbaycan birliyinin möhkəm təmələ əsaslandığı digər sahələrdə də özünü təsdiqlənir. Azərbaycan müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün Azərbaycan qədər əzmkarlıq göstərir. Rəsmi dövlət nümayəndələrinin, eyni zamanda güclü diasporanın Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi səy qardaş dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyliyi yolunda atılan ciddi siyasi addımlar hesab olunur. Hər iki dövləti təmsil edən yüksək səviyyəli nümayəndə heyətinin iştirakı ilə Bakıda və Ankarada keçirilən görüşlər xalqlarımız arasında dostluq və qardaşlığının əbədi, sarsılmaz simvolu kimi yüksək dəyərləndirilir.

Dünyanın ikili siyasətinin yaratdığı problemləri yaşayan iki qardaş ölkə ədalətsiz yanaşmalara cavab olaraq daim birlik, həmrəylik nümayiş etdirib. Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, haqqın tərəfdarı olaraq dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından işğalçı dövlətə dəstək olan ölkələri, qurumları ədalətli qərar qəbul etməyə çağırırlar.

“Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi- bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var. Gərək elə edək ki, maraqlarımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın, xalqlarımız rahat yaşasın” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə sübut edir. Türkiyə -Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması və eyni zamanda ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. “Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları azad olunmayınca sərhədlərin açılması mümkün deyilkimi qərarında israrlı olan rəsmi Ankaranın bu güneyni mövqe nümayiş etdirməsi bu qardaşlığın digər xalqlara xas olan əlaqələrindən fərqli olduğunu bir daha bəyan etdi.

Dövlət başçısı İlham Əliyevin Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavabı da bu dostluqdan, həmrəylikdən qaynaqlandı. Ermənistan prezidentinin Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edərək qardaş ölkəni əsas tənqid hədəfi kimi seçməsi dövlət başçısı İlham Əliyevin sərt reaksiyasına səbəb oldu: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən burdayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm.” Ermənistan prezidentini fakt qarşısında qoyan dövlət başçısı İlham Əliyev bu bəyanatı ilə eyni zamanda təsdiqlədi ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Birinin ünvanına deyilən əsassız fikirlər o biri tərəfindən də özünə aid hesab olunur və dərhal cavabını alır.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2015.- 17 yanvar.- S.2.