Abuzər Xələfovun 85 illik

yubileyi qeyd olunub

 

Dünən Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, pedaqoq, tarix elmləri doktoru, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Əməkdar Elm Xadimi, Prezident təqaüdçüsü, BDU-nun fəxri professoru Abuzər Xələfovun 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov professor A.Xələfovun mənalı ömür yolundan, səmərəli elmi, pedaqoji fəaliyyətindən, bu ali məktəbdə kitabxanaçılıq fakültəsinin yaranmasında, yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rolundan danışıb, alimin elmi tədqiqatlarının əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycanda kitbnşünslıq elminin təşəkkül tapmasında inkişafında A.Xələfovun mühüm xidmətləri olub. Alim kitabxanaşünaslığa aid onlarla monoqrafiya, dərslik dərs vəsaitinin, çoxlu sayda elmi məqalənin müəllifidir. Azərbaycanda kitabxanaşünaslıq elmi sahəsində xüsusi məktəb yaradan professor A.Xələfov təkcə respublikamızda deyil, bir sıra xarici ölkələrdə bacarıqlı, istedadlı bir alim kimi tanınır.

Professor A.Xələfov Şöhrət ordeni digər ali dövlət mükafatlarına layiq görülüb.

Sonra BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Knyaz Aslan Bakı Dövlət Universitetinin fəxri professoru Abuzər Xələfovun elmi-pedaqoji ictimai fəaliyyəti mövzusunda məruzə ilə çıxış edib.

Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu qeyd edən məruzəçi professor A.Xələfovun bu sahədəki rolundan söz açıb, onun novator alim olduğunu vurğulayıb.

Xarici işlər nazirinin müavini Xələf Xələfov, akademiklər Əhliman Əmiraslanov, Vasim Məmmədəliyev, Vasif Babazadə, Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Azad Qurbanov başqaları A.Xələfovun elmi yaradıcılığından, kitabşünaslıq elminə verdiyi töhfələrdən danışıb, alimi təbrik edib, xoş arzularını bildiriblər.

Sonda professor A.Xələfov çıxış edərək Heydər Əliyev siyasətinin əhəmiyyətini vurğulayıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən bəhs edən professor Azərbaycanın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Alim tədbirin təşkilatçılarına iştirakçılarına təşəkkürünü bildirib.

 

İki sahil.- 2016.- 21 dekabr.- S.9.