İtaliyanın Kinetic Technology International Şirkəti BANM ilə əməkdaşlıq edəcək

İtaliyanın Kinetic Technology International şirkətinin vitse-prezidenti Qaetano İaquaniello, şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Heilpern Nikkolo şirkətin sədri Cianni Bardazzi Bakı Ali Neft Məktəbində olub (BANM) Ali Məktəbin rəhbərliyi ilə görüş keçiriblər.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, BANM-nin rektoru Elmar Qasımov qonaqları Ali Məktəbin hazırkı gələcək fəaliyyət istiqamətləri, yeni kampusu beynəlxalq əlaqələri haqqında məlumatlandırıb. Azərbaycan İtaliya arasında əlaqələrinin yüksək səviyyəndə olduğunu bildirərək BANM-in İtaliya universitetləri şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Tədris prosesinin beynəlxalq proqramlar əsasında ingilis dilində həyata keçirildiyini qeyd edən rektor BANM- tədrisin ən müasir texnologiyalar vasitəsi ilə istehsalatla sıx əlaqədə təşkil olunduğunu deyib. Elmar Qasımov Kinetic Technology International Şirkəti BANM arasında əməkdaşlıq potensialının yüksək olduğunu bildirib bu istiqamətdə işlərin aparılmasına hazır olduğunu deyib.

Qonaqlar təmsil etdikləri şirkət haqqında geniş məlumat veriblər. Kinetic Technology International şirkətinin karbohidrogenlər sənayesi, emal mühəndisliyi, proses mühəndisliyi, sintetik qazlar, hidrogen istehsalı istifadəsi sahəsində ixtisaslaşdığını qeyd edən vitse-prezident Qaetano İaquaniello şirkətin, həmçinin İtaliya ali təhsil müəssisələrinin inkişafına elmi tədqiqat layihələrinin həyata keçirilməsinə dəstək olduğunu bildirib. Dünyanın 36 ölkəsində, Azərbaycanda isə SOCAR Polymer layihəsi çərçivəsində fəaliyyət göstərdiklərini nəzərə çatdıran Q.İaquaniello BANM- elmi tədqiqatlar, tələbə mübadiləsi ömürboyu təhsil proqramları, eləcə Avropa İttifaqının elm təhsil proqramları çərçivəsində əməkdaşlıq etməyi təklif edib.

Q.İaquaniello rəhbərlik etdiyi şirkət adından BANM-in İtaliya universitetləri ilə təhsil əlaqələrinin yaradılması, şirkət mütəxəssislərinin BANM- mühazirələrinin təşkili, tələbələrin şirkətin Milan Romada yerləşən müəssisələrində praktika keçmək orada elmi işlərin hazırlanmasına dəstək göstərilməsi istiqamətində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Sonda rektor Elmar Qasımov Kinetic Technology International şirkətinin vitse-prezidenti Qaetano İaquanielloya Ali Məktəbin "Fəxri qonaq" diplomunu təqdim edib.

İki sahil - 2016.-4 iyun.- S.21