Pirallahıda Beynəlxalq

Tolerantlıq Günü qeyd edildi

 

Məqsədi dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırış olan, 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilmiş 16 noyabr Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar Pirallahı rayonunda geniş tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, YAP Siyasi Şurasının Mətbuat Şurasının üzvü, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin RİH-nin əməkdaşları, Pirallahının dini milli icmalarının nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə təşkilatların kollektivlərinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

 

Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov Prezident  İlham Əliyevin 2016-cı ilin 11 yanvar tarixli 1673 nömrəli Sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ilielan olunduğunu qeyd edərək, əsrlər boyu müxtəlif millətlərin dinlərin nümayəndələrinin Azərbaycanda sülh şəraitində layiqli həyat sürmələrini, onların azadlıq, dostluq mühitində yaşadığını vurğuladı. Diqqətə çatdırıldı ki, Azərbaycanda hökm sürən etnik dini tolerantlıq dünyaya nümunədir. Ölkəmizdə istər dini, istərsə milli irqi zəmində ayrı-seçkilik yoxdur. Azərbaycan indi bütün dünyada həm tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunu göstərir. Prezident dindarlarla görüşlərində islam dininə elmi yanaşmanı, islam elminin fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirir. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.

Bildirildi ki, Azərbaycan dövləti artıq dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilib. Heydər Əliyev FondununTolerantlığın ünvanı: Azərbaycanlayihəsi çərçivəsində həyata keçirdiyi nailiyyətlər hamımızı sevindirir. Biz əminik ki, ölkəmizdə dini, milli zəmində heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq olmayıb olmayacaq. Bu baxımdan tolerantlıq dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bütün dünyada bir çox millətlərin dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərilir. Azərbaycanda tolerantlıq dövlət siyasətinin tərkib hissəsidir. Bu səbəbdən Azərbaycan bu istiqamətdə çoxlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Misal olaraq, 2016-cı ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən Qlobal Forumu, oktyabr ayında Azərbaycan Rusiya prezidentlərinin təşəbbüsü ilə keçrilən “XXI əsr: ümidlər çağırışlardevizli Beynəlxalq Humanitar Forumu, Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festifalını s. göstərmək olar. Keçirilən bu tədbirlərin hər birinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən iştirak etmişdir.

YAP Siyasi Şurasının Mətbuat Şurasının üzvü, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Pirallahı qəsəbə məscidində dini ayinlərin icraçısı Elçin Baxşıyev, Azərbaycan Rus İcmasının Pirallahı rayon Təşkilatının sədri Yelena Aşurova öz çıxışlarında bildirdilər ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması ölkə başçısının bu istiqamətdə apardığı dövlət siyasətinin nəticəsidir. Belə ki, dinindən, dilindən milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətlər bəslənilir. Azərbaycanda dini milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu öz inancına görə azaddır. Azərbaycan öz multikultural tolerant yaşam tərzi ilə dünyaya nümunə olmaqdadır. Multikulturalizm Azərbaycanda həyat tərzi dövlət siyasətidir. Multikulturalizmin tolerantlığın dünyada, ölkəmizdə alternativi yoxdur. Bu siyasətdən imtina etmək antisemitizmə, ksenofobiyaya, islamafobiyaya qucaq açmaq deməkdir.

Dinindən, dilindən irqi mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının vicdan azadlığı hüququ Konstitusiyamızda "Dini etiqad azadlığı haqqında" qanunda parlaq ifadəsini tapıb. Qanunda təsbit edilmiş müddəalar, həmçinin tolerantlığın inkişafı üçün möhkəm hüquqi baza yaradılaraq bu sahənin dövlətin nəzarəti qayğısı altına keçirilməsi ulu öndər Heydər Əliyevin tarix qarşısında ən böyük xidmətlərindən biri kimi dəyərləndirilməlidir. Bu günədək Dini Qurumlarla üzrə Dövlət Komitəsində 336 islam, 31 qeyri-islam təmayüllü dini icma qeydiyyata alınıb. Bunlardan 20-si xristianlığı, 7-si yəhudiliyi, 3-ü bəhailiyi, 1-i krişnaidliyi təmsil edir. Bu gün respublikamızda 40-a yaxın rus pravoslav, alban-udin kilsələrinin, yəhudi sinaqoqlarının, xristian-malakan xristian-babtist icmalarının onlara aid bir çox dini tədris müəssisələrinin maneəsiz fəaliyyəti dünyəvi dövlət olan Azərbaycanda tolerantlıq mühitinin günbəgün möhkəmlənməsinə, dinlərarası dialoqun genişlənməsinə əyani sübutdur.

Prezident İlham Əliyev vurğulayır ki, "Azərbaycan Qafqazın işıq saçan mayakıdır, tolerant ölkədir onun nuru dünyanın hər bir tərəfinə yayılır, insanlığa yol göstərir." Cəmiyyətin inkişafı üçün başlıca şərt sabitlik sülhdür. Bunlar olmadan nəyəsə nail olmaq qeyri-mümkündür. Pirallahı rayonunda dini milli dəyərlərə dərin ehtiram hissi vardır. Son illərdə bu dəyərlərin qorunması zənginləşdirilməsi istiqamətində rayonumuzda çoxlu işlər görülmüş, müxtəlif tədbirlər keçirilmişdir. Bu gün Pirallahı rayonunda  mövcud olan ictimai-siyasi sabitlik, milli mənəvi həmrəylik, etnik-dini tolerantlıq Azərbaycanda mütərəqqi tarixi ənənələrdən qaynaqlanan uğurlu siyasətin nəticəsidir.

 

İki sahil.- 2016.- 3 noyabr.- S.5.