AMEA-nın Naxçıvan Bölməsində

yeni monoqrafiyalar

 

AMEA-nın Naxçıvan Bölməsində bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın “Hüseyn Cavid dilinin leksikası” və filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Hüseynzadənin “Naxçıvan Folklor mətnlərində yaşayan tarix” adlı monoqrafiyalarının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev təqdim olunan monoqrafiyaların nəşrini yüksək qiymətləndirib. Akademik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şairdramaturq Hüseyn Cavid dilinin leksikası və Azərbaycan folklorunun tərkib hissəsi olan Naxçıvan folklor mətinlərində adların, xüsusi əhəmiyyətli sözlərin mənasından bəhs edən kitabların önəmini qeyd edib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz QuliyevinOrtaq türk diliHüseyn Cavid”, həmin institutun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Naxçıvan folklorutariximiz” mövzularında məruzələri dinlənilib.

Məruzə ətrafında Folklorşünaslıq şöbəsinin elmi işçisi Elxan Məmmədov və Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi Əli Həşimov çıxış edərək hər iki mînîqrafiyanın üstün cəhətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Məlumat üçün onu da qeyd edək ki, “Hüseyn Cavid dilinin leksikası” və “Naxçıvan folklor mətnlərində yaşayan tarix” adlı monoqrafiyalar bölmənin Mərkəzi Elmi Kitabxanasının “Yeni kitabların daimi sərgisi”ndə nümayiş olunur.

 

İki sahil.- 2016.- 5 noyabr.- S.9.