BSU-da “Fitnə”
filmi nümayiş olunub
-
Bakı Slavyan Universitetində (BSU) Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin
sifarişi ilə hazırlanan, dini radikalizm və bu cərəyanın qurbanlarından bəhs edən
“Fitnə”
sənədli filminin təqdimatı
keçirilib.
BSU-nun mətbuat xidmətindən APA-ya verilən
məlumata
görə,
filmin nümayişindən sonra çıxış
edən
Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin
sədri,
millət
vəkili
Mübariz Qurbanlı bu sənədli filmin gəncləri dini radikalizmin təsirlərindən qorumaq sahəsində
böyük maarifləndirici əhəmiyyət daşıdığını qeyd edib.
Komitə sədri
bildirib ki, Dövlət
Komitəsi
“Fitnə”
sənədli filmini gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və dini radikalizmin fəsadlarını
cəmiyyətin bütün təbəqələrinə
çatdırmaq məqsədilə
hazırlayıb. Radikalizmlə mübarizə
istiqamətində gənclərə bir sıra tövsiyələr verən M. Qurbanlı radikalizmin dini, psixoloji, hüquqi, siyasi və
mənəvi tərəflərindən
söz açıb.
O, filmin davamı olaraq “Şəhadət”
adlı filmin çəkiləcəyini bildirib,
tələbələri
maraqlandıran sualları
cavablandırıb.
BSU rektoru,
professor Nurlana Əliyeva isə
bu tipli maarifləndirici
filmlərin
çəkilməsinin və
istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin
önəmini
vurğulayıb. Rektor Azərbaycanda hökm sürən sabitlik, dinc yaşayışı vurğulayaraq
Vətənimizi düşmən
tapdağı altında
qoyub yad ölkələrə döyüşə gedən
gəncləri öz vətəninin keşiyində
durmağa səsləyib.
Sonda tələbələrin
“Fitnə”
filmi ilə bağlı
fikirləri
dinlənilib,
ən
yaxşı çıxış
edən
tələbəyə
“Quran” hədiyyə edilib.
Iki sahil.- 2017.- 11 aprel.- S.13