Turizmin inkişafı yeni mərhələdə

Fransız  dilindən tərcümədə “tour” gəzinti, səyahət mənasını verən turizm hazırda bütün dünyada iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindəndir. Turist sözü 1772-ci ildən, turizm sözü isə 1811-ci ildən işlədilir. Ədəbiyyatlarda kütləvi turizmin ilk təşkilatçısı ingilis Tomas Kuk adlı şəxs hesab olunur. O, hələ 1841-ci ildə dəmir yolu ilə 570 nəfərin kütləvi gəzintisini təşkil edib. Beləliklə, bu hadisə ilə Tomas Kuk müasir turizmin əsasını qoyub.

Azərbaycan turizm sektorunda istənilən ölkə ilə rəqabət apara biləcək qədər imkanlara malik olub olacaq. Azərbaycanın hələ qədim dövrlərdə Böyük İpək Yolu üzərində mühüm dayanacaq kimi tanınması ölkəmizdə əcnəbi tacirləri karvanları qəbul edən onlara xidmət göstərən müvafiq infrastrukturların -karvansaraların formalaşmasına səbəb oldu. Beləliklə, İpəkYolu üzərində yerləşən Təbriz, Marağa, Ərdəbil, Gəncə, Naxçıvan, Ordubad, Nuxa (Şəki) şəhərləri tarixi inkişaf nəticəsində mühüm beynəlxalq ticarət mərkəzlərinə çevrildilər. Bu gün isə zəngin təbii sərvətlərimiz, əsrarəngiz təbiətimiz, əsrlərdir qorunub saxlanılan mədəni irsimiz, tarixi özündə yaşadan abidələrimiz s. turizmin inkişafı üçün zəmin yaradan mühüm amillərdəndir.

Azərbaycanda turizm bazarının formalaşması inkişaf tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 27 iyul 1999-cu ildə Ulu ÖndərTurizm haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaFərman imzaladı. 2001-ci il sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Dünya Turizm Təşkilatının (DTT) XIV Baş Assambleyasında Azərbaycan  bu beynəlxalq turist təşkilatına üzv oldu. DTT- üzvlük  öz növbəsində, respublikamıza turizm fəaliyyəti üzrə tövsiyələr praktiki kömək edilməsinə imkan yaratdı. Bu ya digər tədbirlərin qlobal layihələrin, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dairDövlət proqramlarının qəbul olunması  uğurlu icrasının nəticəsi olaraq XXI əsrin əvvəllərində artıq Bakıda, Gəncədə, Naxçıvanda ölkənin digər şəhərlərində xarici qonaqları yüksək səviyyədə qəbul edə bilən müasir mehmanxana hotellər fəaliyyət göstərirdi.  Əlbəttə, bütün bunlar məqsədyönlü siyasətin nəticəsi idi. Mədəniyyət Turizm Nazirliyi tərəfindən Avropa Şurasının təcrübəsi çərçivəsində bir çox rayonlarımızın turizm imkanlarının tanıdılması üçün layihələr həyata keçirildi. BunlarBöyük İpək yolu”, “Şərab yolu”, “Xalçaçılıq”, “Aleksandr Düma QafqazdaAzərbaycanda alman məskənlərilayihələri idi.

2011-ci il  AzərbaycandaTurizm ilielan olundu. Bu addım bir daha ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin   turizmin inkişafını  diqqətdə saxladığını təsdiqlədi.  Eləcə Prezident İlham Əliyevin  IX Beynəlxalq Turizm Sərgisində I Ümumrespublika Daxili Turizm Sərgisində iştirakı  bu sahənin inkişafını şəxsən nəzarətdə saxladığının sübutu idi. Bütün sadalanan tədbirlərin nəticəsi idi ki, 2012-ci ilin 2013-cü ilin birinci yarısının nəticələrinə əsasən, turistlərin sayında artım dünya Avropa üzrə 5% təşkil etdiyi halda, Azərbaycanda turist axınının artımı 10% səviyyəsində müşahidə olundu.

Son illər xarici turistlərin ölkəyə cəlb edilməsi üçün beynəlxalq tədbirlər, forumlar, sammitlər idman oyunları keçirilir. Əcnəbi turistlərin Azərbaycanda rahat təhlükəsiz istirahət etmələri üçün tam şərait yaradılıb. Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel digər turist yerləşdirmə obyektinin təməli qoyulur. Bu faktı aprel ayının 10-da Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı: “Bakıda bölgələrdə gözəl otellər tikilibdir. Bakıda dünyanın demək olar ki, bütün aparıcı otel şəbəkələri öz otellərini idarə edirlər. Bütün bölgələrdə müasir otel infrastrukturu, müalicəvi turizm inkişaf edir. Biz ənənəvi turizm bölgələrini bərpa etdik. Vaxtilə - Sovet dönəmində Naftalana 70 min turist gəlirdi. Verilən son məlumata görə, hər il təxminən 30-35 min insan buraya müalicə almağa gəlir”. Daha sonra bərpa olunaraq istifadəyə verilən Qalaaltı yeni açılan turizm infrastrukturlardan danışan Prezident bildirdi ki, biz Qalaaltı kurortunu bərpa etmişik, özü yüksək səviyyədə: “Sovet vaxtında orada olan vətəndaş indi görür ki, burada yerlə göy qədər fərq var. Biz digər müalicəvi turizm zonalarını yaratdıq, yeni turizm obyektləri istifadəyə verildi. Qusarda Şahdağ, Qəbələdə Tufandağ xizək kompleksləri ən müasir turizm infrastrukturudur. Bunlar olmasaydı, ölkəmizə kim gələrdi? İkincisi, ölkəmizdə mövcud olan sabitlik. İndi turistlər baxırlar ki, hara getsinlər, riskli yerlərə getmək istəmirlər. Bilirlər ki, Azərbaycanda onların təhlükəsizliyi qorunacaq. Bilirlər ki, Azərbaycan sabit ölkədir. Bu da önəmli amildir”.Göründüyü kimi, Azərbaycanda  digər  sahələr kimi, turizm sektoru da inkişaf edir. Təbii ki, bu inkişaf ölkəmizin iqtisadi imkanlarının günbəgün artmasına əsaslanır.

Günel Eyyubova.

İki sahil.- 2017.- 19 aprel.- S.9