Qeyri-neft sektorunda inqilabi dəyişikliklərə start verilib

Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində irəli sürdüyü fikirlərdən ilk olaraq belə bir nəticəyə gəlmək mümkündür ki, ölkə başçımız Azərbaycanın qeyri-neft sektorunun daha da şaxələndirilməsi istiqamətində inqilabi dəyişikliklər, yeniliklər etmək qətiyyətini ortaya qoyub”. Bu fikirləri SİA-ya siyasi ekspert Bəhruz Quliyev sözügedən müşavirədə Prezident İlham Əliyevin irəli sürdüyü tezisləri şərh edərkən deyib.

Bəhruz Quliyevin sözlərinə görə, məhz ölkədə aparılan məqsədyönlü uğurlu iqtisadi siyasət nəticəsində qeyri-neft sektoru sahəsində canlanma müşahidə olunmaqdadıdr. “Bu görüşdən əvvəl ölkə başçımız Xaçmazda keçirdiyi müşavirədə qeyri-neft sektorunun daha da genişləndirməsi ətrafında önəmli tapşırıq tövsiyələrini vermişdi”-deyə qeyd edən siyasi ekspertə görə, buradan eyni zamanda belə qənaətə gəlmək lazımdır ki, cənab İlham Əliyev qeyri-neft sektorunda aparılan işləri diqqətində saxlamaqdadır: “Çünki burada yalnız iqtisadi faktorlar cəmləşmir əsas məsələlərdən biri ölkə rəhbərinin sahibkarlara göstərdiyi diqqət qayğısıdır ki, bunun nəticəsində həm yüngül, həm ağır sənayelərdə, həm kənd təsərrüfatında yeni-yeni yerləri açılır, insanlarımız bu amildən sosial rifahları naminə faydalanırlar. Ona görə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun şaxələndirilməsi kontekstindən yanaşarsaq, bu bu kimi digər amilləri bir arada cəmləşdirə bilərik”.

Bəhruz Quliyev qeyri-neft sektorunun inkişafında ölkənin ixrac potensialının artırıldığını da diqqətə çatdıraraq deyib ki, Prezident İlham Əliyev sahibkarlara şərait yaratmaqla yanaşı, onlar qarşısında Azərbaycan brendinin dünya bazarına layiqli şəkildə çıxarılması tələbini qoyub. Ölkə başçımız bununla bağlı vurğulayıb ki, Azərbaycan yeni iqtisadi modelə keçmiş, bundan sonrakı dövrdə ölkə  iqtisadiyyatı islahatlar, innovasiyalar, texnologiyalar qeyri-neft sektoru hesabına inkişaf etdiriləcəkdir: “Ona görə Azərbaycanda biznes mühitinin inkişafına sahibkarların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək verilir. Bu böyük dəstək sahibkarların fəaliyyətlərində inam stimul yaradır. Əlbəttə ki, sahibkarlarımız da onlara göstərilən qayğıdan diqqətdən doğru şəkildə yararlanmalı, dövlətin ayırdığı güzəştli kreditləri səmərəli şəkildə istifadə etməlidirlər. Çünki inkişafa doğru atılan hər bir addım, eyni zamanda dövlətin güclənməsinə doğru atılan addım kimi qiymətləndirilir”.                       

Siyasi ekspert hesab edir ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən düşünülmüş siyasət, nümayiş etdirilən güclü iradə yorulmaz, ardıcıl fəaliyyət regionların sürətli inkişafını da şərtləndirən əsas amillərdən biri kimi qəbul olunmalıdır: “Əslində, sahibkarlığın inkişaf təməlinin hələ illər öncə məhz regionlarımızdan başlandığını da deyə bilərik. Bu inkişafın təməlində isə məhz qeyri-neft sektorunun dayandığını göstərə bilərik. Artıq şaxələnmiş qeyri-neft sektorunun iqtisadiyyatımızdakı dərəcəsi 65 faizi təşkil edir ki, bütün bunların arxasında ötən illərdə əldə edilmiş davamlı nailiyyətlərlə əlaqələndirmək olar burada daha bir məqsəd Azərbaycanda tələbatın daxili istehsal hesabına ödənilməsi ixrac potensialının yüksəldilməsidir. Çünki dünyada mövcud olan öncül təcrübələrə əsasən, ölkəmizdə investisiyanın ixracın təşviqi sistemlərinin tətbiqinə başlanmışdır. Bu barədə dövlət başçımız Yevlaxdakı müşavirəsində öz önəmli fikirlərini bildirib. Bəli, məhz münbit investisiya mühitinin mövcudluğu sonradan əldə edilən gəlirin ölkənin inkişafına yönəldilir. Ölkə başçımız da vurğulayıb ki, “Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Son illər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulmuşdur”.

Beləliklə, biz burada yekun olaraq deyə bilərik ki, aparılan əsaslı islahatlar, qeyri-neft sektoru s. sahələrdə sahibkarlığın inkişafına hərtərəfli dövlət dəstəyi Azərbaycanımızın inkişafına təkan verən əsas amil kimi yaxın gələcəkdə inqilabi iqtisadi uğurların əldə edilməsi ilə nəticəsini tapacaq. Azərbaycan öz uğurları ilə dünyanın siyasi-iqtisadi xəritəsinə yeni bir model təqdim edərək hansı gücə potensiala malik olduğunu sübuta yetirmək əzmində olduğunu kifayət qədər göstərməkdədir”.

İki sahil.- 2017.-20 aprel.- S.5.