Əflatun AmaşovaFəxri mədəniyyət işçisidöş nişanı təqdim olundu

25-4-2017 20:08 Mədəniyyət, Xəbər Oxunma Sayı: 22

 

Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mədəniyyət turizm naziri Əbülfəs Qarayevlə görüşüb.

Şuradan Publika.az-a verilən məlumata görə, Mədəniyyət Turizm Nazirliyində keçirilmiş görüşdə nazir Ə.Qrayevsədrini 60 yaşının tamam olması münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb.

Nazir bildirib ki, rəhbərlik etdiyi dövlət qurumu mətbuat orqanları ilə əməkdaşlığa hər zaman böyük önəm verir, mədəni irsimizin, incəsənətimizin, ölkəmizin turizm imkanlarının təbliğində, dünyaya tanıdılmasında medianın rolunu yüksək qiymətləndirir. Nazirliyin mövcud xüsusda Mətbuat Şurası ilə əlaqələrindən, birgə layihələrinin cəmiyyət üçün faydalı tərəflərindən söz açan Ə.Qarayev vurğulayıb ki, Azərbaycan jurnalistikasının inkişafında, peşəkarlıq səviyyəsinin artmasında Şuranın müstəsna rolu var: “2015-ci ildə Milli Məclisin üzvü seçildikdən sonra Azərbaycan mətbuatının inkişafına xidmət edən prioritet məsələlərin parlamentdə gündəmə gətirilməsi ilə bağlı təşəbbüsləriniz, qanunverici orqanda aktual mövzu problemlərlə bağlı çıxışlarınız təqdirəlayiqdir. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi fəaliyyətiniz məmnunluq doğurur. Hər dəfə Gürcüstana səfər edərkən orada yaşayan soydaşlarımızın problemləri ilə maraqlanır, qonşu ölkədəki tarixi-mədəni irsimizin qorunması bərpası ilə bağlı narahatlığınızı dilə gətirir, rəsmi qurumlarla səmərəli görüşlər keçirirsiniz”.

Ə.Qarayev əlavə edib ki, MŞ sədri 30 ildən artıq müddətdə Azərbaycanda mətbu ictimai fikrin, jurnalistikanın inkişafına xidmət etməklə mənalı ömür yolu keçib: “14 ildir Azərbaycan Mətbuat Şurasının sədri olaraq milli mətbuata, azad sözün, fikir plüralizminin daha da möhkəmləndirilməsinə töhfənizi verirsiniz”.

Əbülfəs Qarayev ölkə mədəniyyətinin təbliği sahəsində xidmətlərinə görə Əflatun Amaşova Mədəniyyət Turizm NazirliyininFəxri mədəniyyət işçisidöş nişanını təqdim edib.

Əflatun Amaşov bildirib ki, bundan sonra da ölkəmizin ictimai, siyasi, mədəni digər sahələrin təbliği istiqamətində yorulmadan fəaliyyət göstərəcək.

Görüşdə Gürcüstanın müxtəlif bölgələrində Azərbaycanın mədəni irsini yaşadan abidələr, muzeylər ətrafında fikir mübadiləsi aparılıb, onların qayğıları dilə gətirilib, problemlərin aradan qaldırılması mümkün yolları müəyyənləşdirilib. Tiflis Azərbaycan Teatrının Cəlil Məmmədquluzadənin ev muzeyinin təmiri bərpası məsələləri xüsusi vurğulanıb.

Zamin  Məmmədov

İki sahil.- 2017.- 26 aprel.- S.15.