Səmərqənddə Qarabağ   geyimlərinın  dəb sərgisi

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi təşkilatçılığı ilə Səmərqənddə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində şəhərin Mərkəzi park-bulvarındaAzərbaycan milli libasları - Qarabağ geyimləri”nin dəb sərgisi keçirilib.

AMM-nin direktoru Samir Abbasov təkrarsız zəngin mədəniyyətimiz haqqında danışıb, Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda azərbaycanlıların yaratdığı zəngin mədəni irs barədə məlumat verib.

Qarabağşikəstəsinin sədaları altında AMM-nin milli geyimlər kolleksiyasına aid Qarabağın qadın kişi libaslarını podiumda Ə.Nəvai adına Səmərqənd Dövlət Universitetinin gənc modelyer qızları nümayiş etdirib, bu geyimlərin özünəməxsusluğu haqqında geniş məlumat verilib.

Geyimlərdə əsasən Qarabağ xanlarının dövrünə aid zəngin qadınların libasları, şənlik geyimləri, gənc Qarabağ bəylərinin mərasim geyimləri, habelə toy libasları nümayiş etdirilib.

Milli ornamentlərlə, daş-qaşlarla bəzədilmiş Qarabağ zadəgan geyimləri, habelə Azərbaycan milli kəlağayıları dəb sərgisinə xüsusi rəng qatıb.

Sərgidə nümayiş etdirilən hər bir geyim haqqında aparıcı xüsusi məlumat verib, onun xüsusiyyətlərini, xalqımızın mədəniyyətini, tarixini özündə əks etdirməsinə dair faktları qeyd edib.

İştirakçılara dəb sərgisi çərçivəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.

Qeyd edək ki, sərginin sonunda Daşkənddəki Qlier adına İxtisaslaşmış Akademik Musiqi Liseyinin tələbə şagirdləri Qarabağa həsr olunmuş musiqilər ifa ediblər.

Sərgidə AMM-nin nəzdindəkiAzərbaycan qızlarırəqs ansamblı milli rəqslərimizi ifa edib, çıxışlar alqışlarla qarşılanıb.

Tədbirə Səmərqənd şəhər Hakimiyyəti, Səmərqənd Dövlət Universiteti, Özbəkistandakı səfirliyimiz bu ölkədəki Azərbaycan Diaspor Təşkilatı dəstək göstərib.

Sərgiyə maraq böyük olub, Özbəkistanın mətbuatı, Səmərqənd şəhərinin yerli televiziya kanalları dəb sərgisindən reportajlar hazırlayıb.

İki sahil.- 2017.- 2 dekabr.- S.22.