Sənətimə sonsuz sevgim var

  Nuriyyə İsmayıl qızı Hüseynova 1969-cu ildə anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında muğam ixtisası üzrə təhsil alıb. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir. Nuriyyə Hüseynova ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış edib. 2002-ci ildə Fransanın Paris Strasburq şəhərlərində UNESCO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmiş, ansamblın ifasında UNESCO tərəfindən kompakt-disk buraxılıb. O, ansambl ilə birgə 2005-ci ildə Düşənbədə keçirilənQəlblərin səsifestivalında, İstanbul şəhərində “İslam ölkələrinin mədəniyyət həftəsiçərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış edib.

Beləliklə, müsahibimiz respublikanın Əməkdar artisti Nuriyyə Hüseynovadır.

- Nuriyyə xanım, artıq dekabr ayındayıq 2017-ci ilin son günlərini yaşayırıq. Bu il hansı əlamətdar anlarla yaddaşınızda qalacaq?

- 2017-ci il yaddaşımda uğurlu, düşərli bir il kimi qaldı. Sənətimdə uğurlarım oldu. Bir sıra konsertlərə, layihələrə imza atdım. Vyanada təşkil olunan iki hissəli solo konsertim xüsusilə yaddaşımda dərin izlər buraxdı. Dünyanın bir çox ölkələrində səfərlərdə olduq, mədəniyyətimizi, milli musiqimizi, muğamımızı təbliğ etdik.

- Özünüz qeyd etdiniz ki, səfərlər, konsertlər çox olur. Ən güclü stimulunuz nədir ki, illərdir bu ardıcıllıqdan yorulmursunuz?

- Sənətimə sevgim o qədər böyükdür ki. Düşünürəm istər başqa ölkələrdə, istərsə ölkəmizdə tamaşaçıların sevgisi, dövlətimizin əməyimizə göstərdiyi diqqət sənət adamı üçün ən böyük stimuldur.

- Bu qədər işin-gücün arasında çox vaxt zamanın necə keçdiyini anlamırıq. Dəyişən illər, fəsillər Nuriyyə xanımın daxili dünyasında nələri dəyişir?

-Bilirsiniz, istəsək istəməsək zaman gedir. İnsan yaşlanır, qocalır. Bəzən düşünürsən ki, kaş heç bu dünyaya gəlmiyəydim, kaş bu olanları görməməydim. Amma bütün hallarda həyat yaşamağa dəyər. Bir indiki həyatıma, bir keçmişə baxıram. Uşaqlığımda, gəncliyimdə çətinliklər yaşadığım üçün indi özümü çox xoşbəxt hiss edirəm. O çətinliklər qətiyyən madiyyatla bağlı deyildi. Uşaq ikən evimizdən ayrı düşmüşəm. Sənətimlə əlaqədar Bakıya gəlmişəm, çox stress, həyəcan yaşamışam, göz yaşı tökmüşəm. Daha sonra ailə qurmuşam. Yəni elə bir uşaqlıq, gənclik həyatı yaşamadığım üçün hərdən dönüb baxmaq belə istəmirəm keçmişə.

- Məşhur mahnılarımızdan birində deyilir ki, ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim...

- Heç vaxt elə fikirləşə bilmirəm. Mənim üçün ötən gün ötəndə qaldı. Təbii ki, keçmişini bilməyən, ona dəyər verməyən insan qabağa gedə bilər, yüksələ bilər. Keçmişi qoru, gələcəyini qur. Bu, bir aksiomadır. Amma mən gələn günlərimi daha çox yaşamaq, övladlarımın gözəl günlərini görmək istəyirəm.

- Görünür ki, çətinliklərə baxmayaraq, məqsədlərinizə nail oldunuz. Bəs o çətin günlərdə ümid işığınız idi?

 

- Düşünürük ki, zaman ən gözəl dərmandır. Amma güclü olmaq həm insanın xarakteridir. Düşünürəm hər bir çətinliyə sinə gərmək üçün insanın ruh sağlığı yerində olmalıdır. Əgər ruh sağlığı yerindədirsə, onda yaşamaq eşqi varsa, güclü olacaq çətinliklərin öhdəsindən gələcək. Hər bir dərdin dərmanı var. Yetər ki, həll etmək istəyi olsun. Sonda hər şeyə nail olacaqsan. Bir ki bütün hallarda insanın içində sevgi, inam olmalıdır. İnamsız, dinsiz adamdan heçnə gözləmə. Bu ikisi olan yerdə insan hər şeyə nail ola bilər.

- Nuriyyə xanım, həm ailəyə, həm sənətə vaxt ayıran xanım sənətçilərimizdənsiniz. Belə görünür ki, istəsək bunu da bacarmaq mümkündür..

- Türklərin bir gözəl sözü var: uzaqdan davulun səsi çox gözəl gələr. İşin içinə varmadan, onu görmədən, kənardan baxıb fikir söyləmək çox asandır. Sənət dünyasında tanınan bir sima olmaq asan deyil. Türk, müsəlman xanım üçün isə bu, daha çətindir. Cəfakeşlik, keşməkeşli yollar s. İzahatını tam verə bilmirəm. Arif insanlar başa düşərlər ki, demək istəyirəm. Bu qədər çətinliyin içində həm ailənin nüfuzunu qorumaq, ona layiq olmağa çalışmaq da asan deyil. Hərdən fikirləşirəm ki, başqa cür ola bilməzdi. Yəqin ki, sənətimdən uzaq dura bilməzdim. Çünki sənətimə sonsuz sevgim var. Bu sevgi mənə ancaq güc verir. Elə bir gün olur ki, bir işin arxasınca gündə 3-4 dəfə gedib gəlirəm. Təbii ki, işimiz çətindi, insanı yorur. Ev gedəndə heçkimlə danışa bilmirəm. Gün ərzində bir tələbəyə iki üç, bəzən daha çox dəstgah muğamı oxumaq, efirin öz qaydaları var ki, ona uyğun hazırlaşmaq, həmişə formada olmaq, digər tərəfdən ailə qayğıları ilə maraqlanmaq s. Evə necə çatım ki, həyat yoldaşım işdən gəlməmiş onun qabağına isti yemək qoya bilim fikiri. Təbii ki, bunların hamısını bir arada edə bilmək çətindir, məsuliyyətlidir. Evdə yeməyi hər dəfə özüm bişirirəm. Köməkçim var. Amma elə işlər var ki, onlara ancaq özüm baxıram. Ümumilikdə bu yorğunluğu sözlə ifadə etmək çox çətindir. Hamısının kökündə həm ailəmə, həm sənətimə olan sevginin gücünün verdiyi dayanıqlıqdır.

- Nuriyyə xanım alın yazısına daha çox inanır, yoxsa şansa?

- Məncə, ikisi var. Şanslı insanın şansı elə onun alın yazısıdır. Rəmətlik nənəmin bir sözü var idi. İndi yeri gəldi onu demək istəyirəm. Deyirdi ki, Allah bəzi insanları yaradıb ki, dünyada boş qalmasın, çoxluq olsun deyə. Bəzi insanları isə yaradıb ki, onlarla həyat davam etsin, irəli getsin. Həqiqətən nənəmin uşaq vaxtı dediyi bu sözün fərqinə varıram ki, dünyada seçilən insanlar var. Elə insanlar var ki, onlar həyat baxımından şanslı olurlar, elələri var ki, karyera baxımından. Mən hazırda əminəm ki, kariyeramda mən daha güclü ola bilərəm. Çünki potensialıma bələdəm. Amma bunu tam göstərə bilmirəm.

- mane olur sizə?

- Çox şeylərdən keçməlisən, tam sərbəst olmalısan. Səhnə bunu tələb edir. Güclü reklam olmalıdır. Bu gün qadın olub dünya səviyyəli bir müğənni olmaq, sənətini bütün dünyaya təqdim etmək çox çətindir. Milli dəyərlərə, mentalitetə dəyər verən, hörmət edən xanım üçün isə bu, ikiqat çətindir. İllərdir bunun əziyyətini ödəyə-ödəyə gəlirəm. İstədiyim hələ o deyil.

- Amma qarşısınızda o məqsəd var, eləmi?

-Bilirsiniz, gücüm hara qədər yetirsə, təbii ki, çalışacam. Mən bütün konsertlərimi öz gücümlə edirəm. Məsələn, Amerikada, Kanadada konsertlərim olub. Fransanın bir neçə şəhərində, eləcə Türkiyənin dümək olar ki, bütü şəhərlərində mənim konsertlərim olub. Şərq ölkələrinin adlarını saysam yəqin ki vaxt çatmaz. Qətərdən tutmuş Hindistanda, Ruminyadan ta Kuveytə qədər konsertlərim olub. Amma mən hələ razı deyiləm. Bilirəm ki, mənim sənətimin potensialımın qarşısında çox azdır bunlar.

 

Şəfiqə Dadaşova

Iki sahil.- 2017.- 6 dekabr.- S.12.