Los Anceles  din xadimləri: Azərbaycan multikulturalizmi bütün dünyaya örnəkdir

 

Kaliforniyanın Los Anceles şəhərinin ən böyük ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində 5 dekabr 2017-ci ildə Azərbaycanın multikulturalizm, müxtəliflik tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.

Kult.az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun sözügedən Kilsə ilə birgə keçirdiyi tədbiri giriş nitqi ilə açan Kilsənin ictimai əlaqələr üzrə direktoru Mət Bol (Matt Ball) Ziyarətçilər Mərkəzinin rəhbəri Lif Erikson (Lief Erickson) qonaqları salamlayaraq, bu cür mühüm tədbirə evsahibliyi etdiklərindən məmnun olduqlarını bildiriblər. Son illərdə Los Ancelesdə keçirilən tədbirlər vasitəsilə Azərbaycan multikulturalizmi ilə yaxından tanış olduqlarını bildirən natiqlər, dünyada mədəniyyətlərarası dialoqa tolerantlığa böyük ehtiyacın olduğu bir dövrdə Azərbaycan nümunəsinin yüksək önəm daşıdığını qeyd ediblər.

Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın tarixi tolerantlıq multikulturalizm ənənələrindən danışaraq, bu ənənələrin artıq ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəldildiyini vurğulayıb. Diplomat Azərbaycanda uzun əsrlərdən bəri dini etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıb. Baş konsul, Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılaraq, daha da inkişaf etdirilməsi geniş təbliğ olunmasına xüsusi diqqət yetirdiyini qeyd edib. N.Ağayev bildirib ki, Azərbaycan “Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün Bakının namizədliyini irəli sürüb bu yaxınlarda Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Parisdə müvafiq təqdimat uğurla keçirilib. Baş konsul öz unikal multikulturalizmi ilə seçilən Azərbaycanın müxtəlifliyin mədəniyyətlərarası əməkdaşlığın sərgilənməsi üçün bir platforma olan “Expo 2025” üçün ən uyğun məkan olduğunu bildirib.

Daha sonra Los Anceles Dinlərarası Şurasının həmsədri, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan Yepiskop Xuan Karlos Mendez (Juan Carlos Mendez), Kaliforniya Zərdüştlük Assosiasiyasının din xadimi, Şimali Amerika Zərdüştlük Assosiasiyaları Federasiyasının üzvü Mobed Zarrir Bhandara, Los Anceles Bəhailərinin Dini Assambleyasının katibi, Kaliforniya Regional Bəhai Şurasının üzvü Randolf Dobs (Randolph Dobbs) Los Ancelesdə fəaliyyət göstərən tanınmış Simon Vizental Mərkəzinin sədr müavini ravvin Abraham Kuper öz çıxışlarında hazırda dünyanın bir çox yerlərində milli dini ayrıseçkiliyin, həmçinin irqçiliyin yayıldığı bir dövrdə Azərbaycanın öz multikulturalizm tolerantlıq ənənələri ilə bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıblar.

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin çəkdiyi Arzu Əliyevanın icraçı prodüseri olduğu, Azərbaycanda yaşayan müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil dini etiqada sahib olan etnik qrupların həyatından bəhs edənBir Günəş Altındasənədli filmi nümayiş etdirilib. Bu, 2016-cı ildə çəkilmiş filmin ABŞ-da ilk nümayişi olub. Film tamaşaçılar tərəfindən böyük maraq sürəkli alqışlarla qarşılanıb.

Nümayişdən sonra amerikalı pianoçunun ifasında Azərbaycan klassik musiqisinin nümunələri tamaşaçılara təqdim olunub.

Azərbaycan multikulturalizmi bütün dünyaya örnəkdir

Iki sahil.- 2017.- 9 dekabr.- S.11.