Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb

  Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundaƏzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrimövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə son zamanlar özbək dilində nəşr edilmiş kitabların sərgisi ilə tanış olublar.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ilə Özbəkistan arasında mədəni-ədəbi əlaqələrin tarixindən, ümumi dil, din, mədəniyyətlərin oxşarlığından danışıb. Bildirilib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun böyük xidmətləri olub. Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycanın Özbəkistanın sıx əlaqələrindən söhbət açılıb, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Əmir Teymur, Qafur Qulam, Səməd Vurğun başqalarının bu əlaqələrdəki rolu vurğulanıb. Hər iki ölkənin ədəbiyyatı mədəniyyətinin bir-biri ilə qarşılıqlı vəhdətdə zənginləşdiyi inkişaf etdiyi diqqətə çatdırılıb.

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəni-humanitar istiqamətdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. Özbəkistanda Azərbaycan mədəniyyətinə ədəbiyyatına böyük maraq olduğu qeyd edilib.

TədbirdəAzərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri: həyata keçirilən layihələr, perspektivlər”, “Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son iki ildə Daşkənddə özbək dilində çap olunan kitablar haqqında digər mövzularda məruzələr dinlənilıb. HəmçininƏzəli dostluq riştələrisənədli filmi nümayiş olunub.

Konfrans çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili Ədəbiyyatı Universiteti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb.

İki sahil.- 2017.- 9 dekabr.- S.15.