Fövqəladə hallar uşaqların gözü ilə” VII Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in təşkilatçılığı Təhsil Nazirliyinin dəstəyi iləFövqəladə hallar uşaqların gözü iləmövzusunda məktəblilər arasında keçirilmiş VI Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi onların mükafatlandırılması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər idman nazirinin müavini İsmayıl İsmayılov, FHN-in müvafiq strukturlarının rəhbərləri, KİV-lərin ictimaiyyətin nümayəndələri, valideynlər iştirak ediblər.

Əvvəlcə məktəblilər ulu öndər Heydər Əliyevin FHN-in Akademiyasının həyətindəki abidəsi önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları müsabiqəyə qatılmış məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Mərasimdə bildirilib ki, oktyabrın 18-dən dekabrın 14-dək keçirilmiş müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, fövqəladə hal probleminə ictimaiyyətin diqqətinin yönəldilməsi olub.

Ölkənin bütün şəhər rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib.

Rayon şəhər müsabiqələrinin yekunları üzrə təşkilat komitəsinə 498 rəsm, 250 plakat, 222 əl işi, 215 yanğın qəza-xilasetmə texnikasının modeli 149  yumşaq oyuncaq təqdim olunub. Bu işlər təşkilat komitəsi tərəfindən qiymətləndirilib qaliblər müəyyənləşdirilib. Ümumilikdə, 40 rəsm, 38 plakat, 33 əl işi, 20 yanğın qəza-xilasetmə texnikasının modeli 13 yumşaq oyuncaq mükafata layiq bilinib.

Sonra müsabiqədə ilk üç yeri tutmuş uşaqlara fəxri fərmanlar qiymətli hədiyyələr təqdim olunub. Həmçinin bütün iştirakçılara həvəsləndirici mükafatlar verilib.

Mükafatları fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər idman nazirinin müavini İsmayıl İsmayılov digərləri təqdim ediblər.

Tədbir bədii hissə ilə davam edib.

Iki sahil.- 207.- 15 dekabr.- S.7.