Bütün dinlərə qarşılıqlı hörmət xalqımızın həyat tərzidir

  Bakıda keçirilən, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə, xalqlar dövlətlər arasında dostluq, əməkdaşlıq davamlı inkişafın təşviqinə, milli, dini irqi ayrı-seçkiliyi, dünyada sülh təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılmasına yönələn ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan Forumların hər biri əhəmiyyətli qlobal platformadır.  Elə buna görədir ki, multikultural dəyərlərin təbliği istiqamətində Azərbaycanın  zəngin təcrübəsi həmişə dəstəklənir, təbliğ olunur, nümunə göstərilir.

Qədim İpək Yolunun üstündə yerləşən Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur.  Odlar diyarı kimi tanınan, Şərq ilə Qərb arasında yalnız coğrafi  deyil, həm mədəniyyət körpüsü kimi xalqlararası əlaqələrin yaranmasında rolu artan ölkəmizdə dini dözümlülük multikulturalizm  bütün əsrlərdə mövcud olmuşdur.  Leksikonumuza yeni daxil olan multikulturalizm sözünün mövcud olmadığı keçmiş  zamanlarda belə tolerantlıq  ideyaları mövcud olub, inkişaf edib. Çoxmillətli çoxkonfessiyalı ölkə kimi  müasir dövrümüzdə daha böyük əhəmiyyətə malik ölkəmizdə müxtəlif  dinlərin etnik qrupların nümayəndələri sülh əmin-amanlıq şəraitində yaşayıblar.  Şamaxıda 743-cü ildə inşa edilmiş məscid, qədim Qafqaz Albaniyası dövrünə aid kilsə sübut edir ki, islami dəyərlərinə hər zaman sadiq qalan xalqımız başqa xalqların dininə, adət-ənənələrinə hörmətlə yanaşır.  Respublikamızda  məscidlər kimi  pravoslav katolik kilsələrinin, habelə sinaqoqların inşası təmirinə maliyyə vəsaiti ayırır. Bu bizim siyasətimiz həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi sosial vəziyyətə baxmayaraq bu sərvəti qoruyub saxlamışdırsöyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi multikulturalizm  ideyalarını əks etdirən  bu dəyərlərə sadiqlik  dövlət siyasətimizin aspektləridir. Bu dəyərlərə sadiqliyini  ev sahibliyi etdiyi Mədəniyyətlərarası Dialoq Forumunda, Bakı Beynəlxalq Humanitar Forumunda, Dünya Dini Liderlərinin zirvə toplantısında, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna etdiyi çıxışlarında diqqətə çatdıran cənab İlham Əliyevin bildirdiyi kimi   etnik ya dini zəmində baş verən qarşıdurma toqquşmalar, separatizm  müasir dövrümüz üçün çox təhlükəli meyillərdir.

 

İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının üzvü olan Azərbaycanda  Birinci  Avropa, IV İslam Həmrəyliyi Oyunlarının dostluq, qarşılıqlı anlaşma, şəraitində  keçirilməsi ölkəmizə artan marağın nümunəsidir. İnsanlıq, mərhəmət, həmrəylik sülhü təbliğ edən İslami dəyərlərin qorunması istiqamətində görülən işləri əks etdirən bu kimi nümunələr təsdiqləyir ki,  birgə yaşayış həyat tərzimizin bir nümunəsidir. Eyni zamanda təsdiqləndi ki,  islami dəyərləri özündə ehtiva edən  multikulturalizmin təhlükəli alternativləri olan ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik, diskriminasiya, nifrət münaqişələri yaradan meyillərdir.

 

2017-ci ilinİslam Həmrəyliyi  İlikimi qeyd olunması ilə bağlı sərəncam imzalayan cənab İlham Əliyevin vurğuladığı kimi UNESCO, ISESCO, Avropa Şurası, Ümumdünya Turizm Təşkilatı digər qurumların birgə təşkilatçılığı ilə Bakıda  keçirilən Mədəniyyətlərarası Dialoq Forumları siyasətimizi, niyyətimizi göstərir eyni zamanda, bütün dünyaya göstərir ki, bu gün dünyada multikulturalizmin mərkəzi olan ölkə var, bu ölkənin adı Azərbaycandır.  2008-ci ildən  davam edənBakı prosesidünya miqyasında aparıcı istiqamət olmaqla dinlərarası münasibətlərin birlik , həmrəylik ruhunda yaranmasına  xidmət edir. Avropada, Şərq ölkələrində baş verən münaqişələrin, terrorların,  təhlükəli risklərin artdığı  bir zamanda dinlərarası, sivilizasiyalararası münasibətlərin güclənməsində böyük xidmətləri olan töhfələr verən Azərbaycan təcrübəsinin təbliği  qarşılıqlı anlaşma məsələlərinin tətbiqində müsbət rolunu oynayır. Milli dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan islami dəyərləri qoruyan, müasir, dünyaya açıq olan  Azərbaycanda radikalizm, fundamentalizm,  təhlükə mənbəyi yoxdur. Radikalizmə qarşı ən gözəl sığorta sosial ədalət, maddi rifah, savadlılıq, düzgün siyasətdir. Bu amillər olan yerdə dini ayrı-seçkilik  ola bilməz.   Əsas odur ki, ölkəmizdə milliyyətindən asılı olmayaraq insanların  dini etiqadına hörmətlə yanaşılır.  Paytaxtımızdakı Pravoslav Dini-Mədəni Mərkəzin,  möhtəşəm katolik məbədinin Gəncədə bərpa edilmiş heyranlıq doğuran İmamzadə kompleksinin, Bakıdakı möhtəşəm Heydər məscidinin inşa təmirinə eyni səviyyədə  diqqət yetirilir.

 

Bu kimi humanist dəyərlərin təməl prinsipləri multikulturalizmdir. Buna görə ölkəmizdə dinlərarası münaqişə mümkün deyil.

 

Qazaxıstanda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm texnologiyalar üzrə  birinci Sammitində iştirak edən Prezident İlham Əliyev vurğuladı ki, İslam aləminin üzvü kimi  müsəlman  dövlətləri ilə əməkdaşlığa böyük önəm verən Azərbaycan  dünyanın müxtəlif bölgələrində baş verən  islamofobiyaya qarşı mübarizədə fəal iştirak edir. Qərəzli dairələrin bilərəkdən yaratdığı islamofobiya üçün heç bir əsasın olmadığını ölkəmizdəİslam  Həmrəyliyi İli”nin elan olunması, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi ilə bildirən  Azərbaycan  multikulturalizm tolerantlıq nümunəsi olduğunu  da təsdiqləyir. Ötən aylarda Myanmada  Rohingiya müsəlmanlarına, Suriyada, İraqda  dinc əhaliyə qarşı törədilən terrorları, qətliamlar, Misirdə, Əfqanıstanda baş verən hadisələr  İslama qarşı  aparılan təxribatlardır.

 

İslam aləmi ilə münasibətlərin qurulması inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlamış, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilmişdir. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı olmuşdur. Azərbaycanın dinc vətəndaşlarına qarşı  törətdikləri terrorları vəhşilik adlandırıb, qətiyyətlə  pisləməklə  İƏT-in Türkiyədə keçirilən Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı  təcavüzü ilə əlaqədar  yaradılan Təmas Qrupunun təşkili  müsəlman ölkələrinin birlik rəmzidir. Eləcə ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli çoxtərəfli əməkdaşlıq formatları qurmuş, bu çərçivədə həyata keçirilən bir çox layihələr qarşılıqlı münasibətlərin möhkəmlənməsinə yönəlmişdir.  Pakistan Səudiyyə Ərəbistanının Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə rəsmən tanımaqdan imtina etməsi, Türkiyənin bu ölkə ilə  əlaqəsini dayandırması, beş müsəlman dövlətinin Xocalı soyqırımını rəsmən tanıması İslam həmrəyliyinin  xəfif addımları olsa da  qardaşlıq  münasibətinin,  real dəstəyin nümunəsidir. Ölkəmiz 2013-cü ildəQüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı”na, eləcə Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılmasıadlı konfransa ev sahibliyi etmiş bu məqsədlər üçün ciddi məbləğdə ianə ayırmışdır. Qüdsdə baş verən son hadisələr  müsəlman aləminin bir üzvü olan Azərbaycan xalqını da narahat edir. Multikulturalizm mərkəzi kimi tanınan Azərbaycan  dini-mənəvi dəyərlə sıx bağlı olduğunu  mədəni müxtəlifliyin, etnik dini tolerantlıq mühitinin təmin olunmasına verdiyi töhfələrlə   bildirir.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi zamanı soydaşlarımıza amansız işgəncələr  verən erməni faşizminin bu gün davam etməsinə seyrçi qalan  Qərbin, Avropa ölkələrinin, beynəlxalq təşkilatların    müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşması təhlükələri artırır. Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil, həm ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur. Ermənistanın işğal etdiyi ərazilərdə İslam mədəniyyətinə aid yüzlərlə abidə, məscid, ibadətgah, qəbiristanlıq s. dağıdılmış, bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyaları tərəfindən təsdiq olunmuşdur.

 

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə 50 ölkəni təmsil edən nümayəndənin iştirakı ilə  Qüdslə həmrəylik üçün birlikdə hərəkətdevizi altında keçirilən  fövqəladə Zirvə toplantısı da İslam ölkələrinin birlik həmrəyliyini göstərir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında Prezident İlham Əliyevin iştirakı  Azərbaycanın islami dəyərlərə sadiqliyinin nümunəsidir.

 

Xuraman İsmayılqızı

İki sahil.- 2017.- 15 dekabr.- S.13.