Azərbaycanlı alim  Birləşmiş Oksford Akademiyasının fəxri professoru seçilib

 

Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, texnika elmləri doktoru, professor Fəqan Əliyev Birləşmiş Oksford Akademiyasının fəxri professoru adına layiq görülüb.

F.Əliyev AZƏRTAC-a bildirib ki, dekabrın 19-20-də Oksford sarayında liderlərin sammiti keçiriləcək. Tədbirdə elm, biznes iqtisadiyyat tibb adamlarına fəxri adlar veriləcək. İki min nəfərin arasından seçiləcək bu adamların arasında professor F.Əliyev var. Azərbaycanlı alimə fəxri professor diplomunu təqdim etmək üçün onu Londona, Birləşmiş Oksford Akademiyasına dəvət ediblər.

Professor F.Əliyev Rusiya Dövlət Memarlıq İnşaat Elmləri Akademiyasının üzvüdür. Yüksək təşkilatçılıq bacarığına malik olan alim 1990-cı ildəGünəşElmi-İstehsalat Birliyini, 1994-cü ildə Beynəlxalq Ekoenergetika Akademiyasını təsis edib. Elmi təşkilati fəaliyyətinə görə Rusiyanın V.Boqoslavski adına qızıl medalı ilə təltif olunub. O, eyni zamanda, akademik Yusif Məmmədəliyev adına qızıl medala layiq görülüb.

Azərbaycan, rus ingilis dilində çoxlu sayda kitab elmi məqalənin müəllifi olan F.Əliyev Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti kimi respublikamızda 25 il ərzində 14 konqres konfransın təşkilatçısı sədri olub. Müxtəlif ölkələrdə, o cümlədən bir sıra Avropa ölkələrində, Amerika, Rusiya Yaponiyada beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.

Alim hazırda Azərbaycan Memarlıq İnşaat Universitetinin ekologiya kafedrasının müdiridir. O, binalarda səmərəli enerji bərpa olunan enerji texnologiyalarının tətbiqi, ekoloji təhlükənin qiymətləndirilməsi radiasiya təhlükəsizliyi kimi mövzularda mühazirələr inkişaf kursları təşkil edir. F.Əliyev Avropa İttifaqı, UNIDO, UNDP, UNEP, USAID, Dünya Bankı digər fondların dəstəyi ilə həyata keçirilən bir sıra beynəlxalq layihələrə rəhbərlik edib. O, BMT-nin Avropa İqtisadi KomissiyasındaRusiya Federasiyasının MDB ölkələrində bərpa olunan enerji sektorunun inkişafı: regionlararası əməkdaşlığın perspektivləriadlı layihədə milli ekspert kimi iştirak edib. Rusiya Memarlıq İnşaat Akademiyasının, Beynəlxalq “AVOK” Assosiasiyasının üzvü, İslam Azad Universitetinin fəxri professoru Beynəlxalq Hidrogen Enerji Assosiasiyasının müşaviridir.

Professor F.Əliyev Türkiyə, ABŞ, Böyük Britaniya, Fransa, Finlandiya, Danimarka, İran, Pakistan, Rusiya MDB ölkələrində keçirilən beynəlxalq elmi forumlarda iştirak edib mühazirələr oxuyub. Azərbaycanlı xarici alimlərin iştirakı ilə "Enerji, Ekologiya, İqtisadiyyat" adlı 10 beynəlxalq Bakı Konqresi keçirilib bu beynəlxalq forumların ingilis dilində nəşr olunan 15 cildlik materiallarının baş redaktorluğunu F.Əliyev edib.F.Əliyev Azərbaycan, ABŞ, Finlandiya, Böyük Britaniya Rusiyada nəşr olunan çoxlu sayda sənədlərin, ixtiraların, dərsliklərin monoqrafiyaların müəllifi, "Enerji, Ekologiya, İqtisadiyyat" "Kainatelmi-populyar jurnallarının, “Ekoenergetikaelmi jurnalının təsisçisi baş redaktoru, eyni zamanda, "Biomedicine" jurnalının redaksiya heyətinin üzvüdür.

İki sahil.- 2017.- 27 dekabr.- S.11.