Heydər Əliyev Fondu uşaqları növbəti dəfə sevindirdi

İyunun 4-də sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin sakinləri IDEA Heyvanlara Qayğı Mərkəzində olublar.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.Tədbirdə uşaqlar ev heyvanları üçün yaradılan şəraitlə IDEA Heyvanlara Qayğı Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Uşaqlar üçün müxtəlif əyləncəli proqramlar nahar təşkil edilib, Heydər Əliyev Fondu adından onlara hədiyyələr verilib.IDEA İctimai BirliyininAzərbaycan. Ceyranların xilasısənədli filminin uşaqlar üçün surdotərcümə ilə nümayişi olub. Filmin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi təşkil edilib.

Tədbirin məqsədi uşaqların maraqlı əyləncəli gün keçirmələri ilə yanaşı, onlara erkən yaşlarından təbiətimizə, onun sərvətlərinə qayğının, eləcə ev heyvanlarına rəğbətin humanist yanaşmanın aşılanmasından ibarətdir.Qeyd edək ki, gənclərin ekoloji məsələlərə cəlb edilmələri onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-də fəaliyyətə başlayıb.

İki sahil.- 2017.- 6 iyun.- S.2