Kənd təsərrüfatı sürətli inkifaş yolunda

 

Ölkəmizdə digər sahələrilə yanaşı, kənd təsərrüfatının inkişaf etdirilməsi dövlətin əsas hədəflərindən biridir. Son bir neçə ildə pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq digər aqrar sahələrin inkişafı istiqamətində görülən işlərin uğurlu nəticələri göz önündədir. Aqrar sahənin inkişafına diqqətin digər nümunəsi kimi Prezident İlham Əliyevin aprel ayında kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi aqrar sahəyə investisiya qoyuluşlarının təşviq edilməsi məqsədi ilə imzaladığı Sərəncamı göstərmək olar.

Təbii ki, son illərdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın sürətli inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilib. Eləcə ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı emalı sahəsində fəaliyyət göstərən kiçik orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı emalı prosesində intensiv metodların geniş tətbiqində istehsalçı, emalçı istehlakçı arasında inteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılıb. Yuxarıda qeyd edilənlərlə yanaşı, dayanıqlı inkişafın gələcəkdə maliyyə resurslarının təmin edilməsi, rəqabət qabiliyyətinin artırılması məqsədilə istehsalçıların maliyyə resursları ilə təminat səviyyəsinin yüksəldilməsi bu sahədə qarşıya çıxacaq risklərin düzgün qiymətləndirilməsi üzrə mexanizmlərin təkmilləşdirilməsi vacib məsələlərdəndir. Aprel ayında imzalanan sərancəmda isə məhz bu məsələlərin həll edilməsi nəzərdə tutulur.

Adlarını çəkdiyimiz kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi sözsüz ki, ilk olaraq ölkədə həm məhsuldarlığın artrılmasına, həm insanların, kəndlilərin, fermerlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edəcək. Çünki ölkəmizə ən çox gəlir gətirən sahələrdən biri məhz yuxarıda adları çəkilən kənd təsərrüfatı məhsullarıdır. Ötən il fındıq məhsulunun ixracından ölkəmizə 105 milyon, pomidordan isə 94 milyon dollar valyuta daxil olub. Üçüncü yerdə 68 milyon dollarla xurma, dördüncü yerdə isə 62 milyonla şəkərdir. Beşinci yerdə pambıqdır. Pambıq keçən il ölkəmizə 24 milyon dollar valyuta gətirib. Göründüyü kimi, qeyd etdiyimiz beş məhsul üzrə ölkəmizə keçən il 350 milyon dollara yaxın valyuta daxil olub. Şübhəsiz, bütün bunlar başlanğıcdır. Qarşıdakı illərdə sözsüz ki, bu digər məhsulların istehsalı daha da artırılacaq.

 

Taleh Bağırov.

 İki sahil.- 2017.- 8 iyun.- S.13.