YAP Ağcabədi rayon təşkilatı ictimai-siyasi proseslərdə fəal mövqe nümayiş etdirir

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı ölkədə gedən ictimai-siyasi proseslərdə fəal mövqe nümayiş etdirir. Partiya üzvləri aparılan quruculuq-abadlıq, yaşıllaşdırma işlərində xüsusilə fərqlənir, rayonun sosial-iqtisadi mədəni inkişafına sanballı töhfələr verirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə YAP Ağcabədi rayon təşkilatının iyunun 7-də keçirilən IX konfransında danışılıb.

Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Rayon Mədəniyyət Mərkəzində YAP Siyasi Şurasının Mərkəzi Aparatının məsul nümayəndələrinin, Milli Məclisin deputatlarının, rayon rəhbərliyinin, qurumun 94 ərazi təşkilatından seçilmiş 298 partiya üzvünün iştirakı ilə keçirilən konfransda öncə partiyanın keçdiyi inkişaf yolundan bəhs edən videoçarx göstərilib. Sonra Dövlət himni səsləndirilib, müasir müstəqil Azərbaycanın memarı qurucusu, YAP-ın banisi ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təşkilatın sədri Rövşən Əhmədovun hesabat məruzəsində qurumun ötən konfransdan keçən dövrdəki fəaliyyəti geniş təhlil edilib, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, rayon təşkilatı VIII konfransdan keçən müddət ərzində daha da təşkilatlanıb, ictimaiyyət arasında kütləviliyi artıb, rayonun ictimai-siyasi, mədəni təsərrüfat həyatında aparıcı qüvvəyə çevrilib. 94 ərazi ilk partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının hazırda 13 min 550 nəfər üzvü var. Təşkilat üzvlərinin 5430 nəfərini gənclər, 6223 nəfərini isə qadınlar təşkil edir. Hesabat dövründə YAP sıralarına 4795 nəfər qəbul olunub.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da sosial-iqtisadi inkişaf uğurla davam etdirilir. Hesabat dövründə rayonda 12 məktəb, 2 uşaq bağçası, qonaq evi, Gənclər Mərkəzi, YAP rayon təşkilatının yeni binası, 205 çarpayılıq xəstəxana kompleksi, Vergilər Nazirliyinin 8 saylı ərazi Vergilər idarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binası, Bayraq Muzeyi, otel kompleksi onlarla sahibkarlıq obyekti tikilib, Tarix-Diyarşünaslıq Muzeyi, 3 məktəb, 3 uşaq bağçası əsaslı təmir edilib. Həmçinin Şəhidlər Xiyabanı yenidən qurulub. Hazırda Olimpiya İdman Kompleksində tikinti, Ağcabədi şəhərinin kanalizasiya sisteminin içməli su təminatının yenidən qurulması işləri davam etdirilir. AzərişıqSəhmdar Cəmiyyəti Ağcabədi elektrik şəbəkəsinin inzibati binasının tikintisi başa çatmaq üzrədir. Ötən dövrdə rayonun 17 yaşayış məntəqəsini birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili kəndlərarası avtomobil yolu yenidən qurulub, Kəhrizli kəndi ərazisindən keçən Qarqar çayı üzərindəki körpü əsaslı təmir edilib, Minəxorlu kənd ərazisində yeni körpü tikilib istifadəyə verilib.

Sonra konfransda təşkilatın nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.

Daha sonra konfransda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov YAP İdarə Heyətinin üzvü Kərim Kərimov partiyanın keçdiyi inkişaf yolundan, respublikanın həyatında oynadığı roldan, ulu öndər Heydər Əliyevin dövlətçilik naminə fəaliyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan danışıblar.

Konfransda təşkilati məsələlərə baxılıb. Rövşən Əhmədov yenidən YAP Ağcabədi rayon təşkilatının sədri, həmçinin təşkilatın 45 nəfərdən ibarət Şurasının, 13 nəfərdən ibarət İdarə Heyətinin üzvləri 9 nəfərdən ibarət nəzarət-təftiş qrupunun tərkibi seçilib.

Zamin Məmmədov.

İki sahil.- 2017.- 8 iyun.- S.13.