Uğurlu brend strategiyası ixracı stimullaşdırır

Prezident İlham ƏliyevinXarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqındaFərmanı respublikamızın qeyri-neft məhsullarının ixracının stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Xarici ölkələrdə ölkəmizin yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədi ilə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi bu sahədə həyata keçirilən tədbirlərin effektliyinin artırılmasının davamı kimi qiymətləndirilməlidir.Bu günlərdə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsinin təyin olunması Prezident İlham Əliyevin 2017-ci il 26 yanvar tarixliAzərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqındaFərmanı ilə  bağlı verilmiş tapşırıqların icrasının uğurla davam etdirilməsinin əyani sübutudur. Artıq ixracın təşviqi məqsədi ilə bir sıra ölkələrdə diplomatik nümayəndəliklərin tərkibində Azərbaycanın ticarət-iqtisadi nümayəndələri fəaliyyət göstərir. Bu prosesə öncə Azərbaycan şirkətlərinin daha çox maraq göstərdikləri, böyük idxal potensialı olan ölkələrdən başlanıb. Bu məqsədlə Rusiya, Çin Birləşmiş Ərəb Əmirliklərində ticarət-iqtisadi nümayəndələr təyin olunub. Xaricdə ticarət nümayəndələrinin təyin olunması ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafinda, qeyri-neft ixracının genişləndirilməsində, “Made in Azerbaijanbrendinin, əlverişli biznes investisiya mühitinin təşviqində xarici investisiyaların cəlb olunmasında mühüm əhəmiyyət kəsb edir.  Təbii ki, bütün bunlarla bağlı bir sıra ölkələrin qabaqcıl təcrübəsi öyrənilir, müxtəlif  dövlətlərin bu sahədəki mütəxəssisləri ilə fikir mübadiləsi aparılır. Made in Azerbaijanbrendinin xarici bazarlarda təşviqi marketinq fəaliyyətinin dəstəklənməsi məqsədilə sahibkarların beynəlxalq sərgi yarmarkalarda vahid ölkə stendi ilə ya fərdi qaydada iştirakı təmin edilir.Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, “Made in Azerbaijanbrendini dünyada tanıtdırmaq üçün atılan praktiki addımlar artıq öz müsbət nəticələrini verir: “Artıq bu brend bu gün dünyada şöhrət qazanır. Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır. Mənə verilən məlumata görə, bir neçə sərgidə artıq kontraktlar da imzalanıb. Əgər biz bu sərgilərdə iştirak etməsəydik, kontraktlar da imzalanmazdı. Yəni, biz gördük ki, sahibkarlara əlavə kömək göstərilməlidir”.

Rza Zahid

Iki sahil.- 2017.- 9 iyun.- S.14.