Azərbaycanın yükdaşımalar üzrə tranzit rolu genişlənir

 

Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, təməli 2007-ci ildən qoyulan  Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Azərbaycanın təşəbbüsü ilə  gerçəkləşən  neft- qaz kəmərlərindən sonra qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edir. Azərbaycan üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan  İpək yolunu əlaqələndirəcək  BTQ   vasitəsilə  Azərbaycanın  beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları artacaq. Uzunluğu 828 kilometr olan “Dəmir İpək Yolu  adlandırılan Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin nəzərdə tutulan vaxtda istifadəyə verilməsi üçün Azərbaycan-Gürcüstan-Türkiyə  arasında aparılan danışıqlarda  qədim  “İpək Yolunun təşəbbüskarı kimi Azərbaycanın əhəmiyyətli rolu daim qiymətləndirilir.  Layihəyə əsasən müəyyənləşdirilən,  Gürcüstanın Marabda yaxınlığındakı stansiyada  təməli qoyulan dəmir yolunun tikintisinə başlanması münasibətilə keçirilən mərasimdə çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, “Dəmir İpək Yolu” tikintidə  iştirak edən, dəmir yolunun inşası üçün iradəsini ortaya qoyan tərəfdaş dövlətlərin birgə səyinin  töhfəsidir.

Qeyd olunduğu  kimi, Çindən gələn və  əsasən Transsibir magistralı ilə daşınan yükləri  Gürcüstandan keçərək İstanbula çatdıracaq, oradan isə  Avropaya istiqamətləndirəcək layihə əsas tranzit mərkəzinə çevrilməklə iqtisadi səmərəlilik baxımından da böyük əhəmiyyətə malikdir.

Layihəyə görə, BTQ dəmir yolu ilə  ilk mərhələdə   1 milyon sərnişin, 6 milyon ton yük daşınması nəzərdə tutulur. Sonrakı illərdə sərnişinlərin sayı 5 milyona, yüklərin həcmi 17 milyon tona çatdırılacaq. Layihənin gerçəkləşməsinə  ilk günlərdən dəstək olan Qazaxıstan və Çin bəyan edib ki,  BTQ ilə bu ölkələrə  ildə 10 milyon ton yük daşınacaq. Bu yolun 68 kilometri Türkiyə, 30 kilometri isə  Gürcüstan ərazisinin payına düşür.  Layihə  maliyyə təminatı baxımından da  fərqlidir. Belə ki, əvvəlki  neft-qaz layihələrinin gerçəkləşməsində beynəlxalq  maliyyə təşkilatlarının dəstəyindən istifadə edən təşəbbüskar dövlətlər böyük geosiyasi inqilab adlandırılan  BTQ-nin çəkilişini yalnız öz  vəsaitləri hesabına reallaşdırırlar. Bu sahədə Azərbaycanın xidmətləri isə  önəmlidir. Belə ki, iqtisadiyyatının dinamik inkişafı sayəsində  maliyyə imkanları artan Azərbaycan  dəmir yolunun Gürcüstan hissəsinin inşası üçün dost ölkəyə  25 il müddətinə  illik  bir faizlə 200 milyon dollar kredit ayırıb.

Son illərdə dünyada baş verən qlobal iqtisadi-maliyyə böhranının davam etməsinə,  maliyyə bazarının dəyişən qiymətləri ilə tənzimlənmə ehtiyacına  baxmayaraq, layihənin tərəfdaşları  dəmir yolunun çəkilişi üçün tələb olunan əlavə vəsaitləri təmin etməklə  tikintini sürətləndirmişlər. Yerləşdiyi əlverişli coğrafi mövqedən,  enerji layihələrindən əldə olunan vəsaitlərdən istifadə edərək  BTQ-nin tikintisi üçün lazımi qədər vəsait  ayıran Azərbaycan bununla bir daha qüdrətli, müstəqil dövlət olduğunu sübuta yetirdi.

Ölkəmizin təşəbbüsü və  başçılığı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (TBNM) kimi ciddi layihələr reallaşdırılmaqdadır. Azərbaycan bu layihələri reallaşdırmaqla, eyni zamanda “Şimal-Cənub” layihəsi çərçivəsində, öz dəmiryol xəttini İran dəmiryol xəttinə birləşdirməklə “İpək Yolunun Cənubi Qafqaz və Xəzər regionunda şaxələndirilməsinə nail olacaq.

Açıqlamalara görə, Şərqlə Qərb arasında il ərzində təxminən 40 milyona yaxın konteyner hərəkət edir. Bu konteynerlərlə müxtəlif yüklər daşınır. Azərbaycan isə artıq həmin yüklərin daşınmasında mühüm halqalardan birinə çevrilir. İlkin hesablamalara görə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə il ərzində 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Bu, təxminən ildə 250-300 milyon dollar deməkdir. Ümumiyyətlə, bu layihələrin reallaşması nəticəsində yüklərin Çin, Hindistan, Fars körfəzindən, Pakistan, İran Azərbaycan, Gürcüstan üzərindən keçməklə, şimalda Rusiyaoradan Avropaya, qərb istiqamətində isə Gürcüstan və Türkiyə üzərindən Avropaya, əksinə yüklərin daşınmasına imkanlar yaradacaq.

Önəmli nəqliyyat layihələrinin reallaşması  ölkəmizin qeyri-neft məhsullarının, “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxarılan keyfiyyətli  ərzaqların  ixracını da sürətləndirəcək. Ən əsası isə  yüklərin mənzil başına qısa yolla,  az müddətdə çatdırılması təmin olunacaq. Belə ki, indi 30- 40 günə  ünvanına çatdırılan  yüklər  BTQ istifadəyə verildikdən sonra bu müddət 7 günə başa gələcək. “Cənub-Qərb” nəqliyyat dəhlizi İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldacaq. Vaxtın belə səmərəli təşkili  yüklərin daşınması üçün lazım olan maliyyə vasaitlərinə qənaət olunmasına da  təminat yaradacaq, marşrutların  rəqabətədavamlılığını, əlverişli tariflərin tətbiqini təmin edəcək.

Cari ilin may ayında  Çində keçirilən “Bir kəmər - bir yol” strategiyası” adlı beynəlxalq Forumda iştirak edən  Azərbaycanın nümayəndə heyəti tədbir çərçivəsində yüklərin daşınması ilə əlaqədar Azərbaycanla Çin arasında sənəd imzalayıb. Sənəd SOCAR-la Çin Milli Neft Korporasiyası (CNPC) arasında imzalanıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi barədə ətraflı məlumatlar verilib. Qeyd olunub ki,  Azərbaycanın ÇininBir kəmər - bir yolstrategiyasının iki istiqamətindən biri olan tarixi İpək yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutanİpək Yolu”nun çəkilməsinə   böyük töhfələr vermək imkanları çoxdur.

Bu layihələrin daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Gürcüstan daha sıx əməkdaşlıq edir. Xatırladaq ki, Azərbaycan Gürcüstan dəmir yolu rəhbərləri arasında dəmir yoluna konteyner daşımalarının daha çox cəlb edilməsi barədə müvafiq sənəd imzalanıb. Həmin sənədə əsasən, Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə konteyner daşımalarına rəqabətə davamlı, eləcə 50 faizə qədər güzəştli tariflər tətbiq olunmuşdur bu qiymətlər  yükdaşımalara tətbiq edilir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2017.-10 iyun.- S.8.