Sevgisiz yaşamaq çox çətindir.

Münəvvər Əliyeva: Hər gün onun güzgü qarşısında məşq etməyini, öz-özüylə danışmağını gördükcə, elə bil  bu sənət mənim də qanıma hopmağa başladı

Müsahibimiz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Münəvvər Əliyevadır

- Münəvvər xanım, müsahibəyə hazırlaşarkən sizinlə daha yaxından tanış olmaq üçün vikipedianıza daxil olduq və anadan olduğunuz ili görəndə bir qədər təəccübləndik. Gəncsiniz, amma biz sizi daha gənc bilirdik. Belə gənc qalmağınızın üzərində xüsusi çalışırşınız, yoxsa gendən gələn bir şeydir?

- Xeyr, gənc görünmək üçün xüsusi olaraq heç bir şey etmirəm. Genə borcluyam. Maraqlıdır ki, universitetdə oxuyarkən həmişə mənə çox yaş verirdilər. Bu, görünür bizim ailədən irəli gələn haldır. İndi tələbə yoldaşlarımla rastlaşanda mənə deyirlər ki, səndə sayğac əksinə işləyir (gülür)?  Amma çəkimə diqqət etməyə çalışıram. Çünki köklük də insanı yaşından artıq göstərir. Heç vaxt pəhriz saxlamamışam. Hərdən görürəm kilom artır o dəqiqə yeməyimə nəzarət edirəm, axşamlar yemirəm və s. İdman edirəm, üzürəm... Ümumiyyətlə, qadın gərək özünə baxsın.

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmisiniz. ÖncəYuğ” Teatrında çalışmısınız, indi isə Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərirsiniz. Bu sahənin insanı olmaq arzunuz olub, yoxsa sadəcə bir təsadüf sizi teatra bağladı?

- Xeyr, uşaqlıqda aktrisa olmaq arzum olmayıb. 8-ci sinifə qədər arzum idi ki, ya bağça, ya da ibtidai sinifəllimi olum. Daha çox bağçaəllimi işləmək istəyirdim. Çünki özüm bağçaya getmişəm və Valentina adlı bir bağçaəllimim vardı. O, xanıma böyük simpatiyam olub. Amma o vaxt gərək 8-ci sinifdən çıxıb gələydim Bakıya, burada məktəbəqədər texnikuma qəbul olunaydım. Biz o zaman Sumqayıtda yaşayırdıq. Təbii ki, qardaşım icazə vermədi. Dedi, təkbaşına qız uşağının Bakıda nə işi var?Dayım bu sənəti çox sevib. Təəssüf ki, 4-cü kursu bitirən ili  dünyasını dəyişib. O, dünyasını dəyişəndə yarımçıq qalmış arzusunu bacıma vəsiyyət etmişdi. Dayımın eskizləri, işləri hamısı qaldı. Ona görə bu sənətə gəlməyə bacıma icazə verirdilər, amma mənə yox.  Bacım instituta daxil oldu. Biz onunla bir otaqda qalırdıq. Hər gün onun güzgü qarşısında məşq etməyini, öz-özü ilə danışmağını gördükcə, elə bil  bu sənət mənim də qanıma hopmağa başladı. 8-9-cu sinifdən artıq aktrisa olmaq həvəsi məndə də yarandı.- Qeyd etdiniz ki, bacınıza icazə verirdilər, amma sizə yox. Aktrisa olmağınıza valideynləriniz qarşı çıxırdılar, yoxsa qardaşınız?- Atam aktrisa olmağıma razı idi. Qardaşım isə yox. Mən hətta imtahan verəndə belə çox tərəddüd edirdim. Deyirdim bəlkə mədəni maarifə verim sənədlərimi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunduğumu 2 il gizlətmişəm.

- Bəs sonra necə açıqladınız addımınızı?..

- Elə oldu ki, qardaşım da ali məktəbə Rusiyada qəbul olundu və bir neçə il orada oxudu. Uzun illərdən sonra qardaşım gəlib mənim rol aldığım “Hələ sevirəm deməmişlər” tamaşasına baxdı. Xatırladım ki, tamaşa Qarabağ mövzusunda idi. Məhz o tamaşadan, orada canlandırdığım rolu görəndən sonra qardaşım həm məni bağışladı, həm də mənə bəraət qazandırdı. Gəldi məni təbrik etdi. Demək olar ki, mənim sənətimi qəbul etməyə o tamaşadan sonra başladı.

- Özünüz necə, razı qaldınızmı həmin bəyənilən rolunuzdan?

- “Hələ sevirəm deməmişlər” tamaşası çox sevilirdi.

- Münəvvər xanım, bilirik ki, daha çox müasir və klassik rollar ifa edirsiniz. Ümumiyyətlə, hansı obrazları özünüzə daha yaxın hiss edirsiniz?

- Nədənsə komediyanı özümə yaxın hiss etmirəm. Daha çox faciə və dram janrlarını sevirəm. Amma sözsüz ki, aktrisa hər janrı oynamağı bacarmalıdır. Bilmirəm, bəlkə qarşıma hələ o dərəcədə yaxşı komedik rol çıxmayıb. Bir də bizim sənət dili ilə desək, komediyadaxoltura” etmək mümkün olur. Ancaq faciə ilə sən “xaltura” edə bilmirsən. Yəni faciədə insanları- tamaşaçını aldatmaq mümkün deyil. Birinci, gərək özün-özünü aldatmayasan, ikincisi də qarşındakını.

- O zaman uzun illərdir bu sənətdə olan bir aktrisa kimi düşünürsünüz ki, tamaşaçını güldürmək daha asandır, nəinki ağlatmaq?

- Mənim üçün bəlkə də güldürmək asan deyil. Bəlkə mən öz peşəmi daha dəqiq bilirəm deyə, bu cür düşünürəm. Şəxsən mənə faciə janrında olan rolu ifa etmək daha çətindir. Amma indiki zamanda insanları ağlatmaq daha asandır.

- Rol seçimində hansısa kriteriyalarınız varmı? Yoxsa, rejissor nəyi həvalə etsə o, rolu da qəbul edirsiniz?

- Elə xüsusi kriteriyalarım yoxdur. Lakin rol mənə təklif olunanda fikir verirəm ki, o insanlara nəyi çatdıracaq, nə deyəcək? Mən onu səhnədə oynayanda tamaşaçı oradan nəyisə özünə götürə biləcəkmi? Ümumiyyətlə, hər bir rolu işləməyə başlayanda gərək o rolda özümü axtarım, tapım. Bəzən ani olaraq hər hansı bir sözün özü belə mənituturvə deyirəm hə, mən, bu rolu artıqbişiribözümünkü edəcəm.

- Fransız aktrisa, rejissor, müğənni Janna Moro deyib :Mən varlı deyiləm. Çox pulum olsun deyə də heç nə eləmirəm. Tez-tez təmənnasız olaraq filmlərə çəkilirəm. Əsas odur ki, rollarım mənim əhval-ruhiyyəmə cavab versin”. Həmkarınızın sözləri sizə nə qədər səmimi təsir bağışlayır?

- Yəqin o, aktrisa kifayət qədər yüksək maaş alır ki, hərdən də təmənnasız filmlərə çəkilir.  Biz, aktyorlar, aktrisalar bu gün hansısa bir problemimizi filmlərdən əldə etdiyimiz qonorarla həll edirik. Hansısa xarici ölkəyə getmək istəyirəmsə, özümə kiçik nə isə bir şey alıramsa bunların hamısını filmlərdən qazandığım pullarla edirəm.

- Filmlərdən söz düşmüşkən, indi yerli telekanallarımızda bir çox seriallar, kinoteatrlarda son dövrlər çəkilmiş filmlərimiz nümayiş olunur. İzləyirsinizmi, bəyənirsinizmi? Ümumiyyətlə, illərin aktrisası kimi həmin ekran əsərlərinin səviyyəsi sizi qane edirmi?

- Yox, qane etmir. Yalnız Rövşən İsaxın çəkdiyi serialları bəyənirəm. İndiVicdan haqqınümayiş olunur. Baxıram və bəyənirəm.

- Münəvvər xanım, fatalistsiniz, yoxsa fikirləşirsiniz ki, hər şey insanın öz əlindədir?

- 50-50-yə. İnsan bəzən özü-özünü uçuruma da apara bilər. Amma şans adlanan bir məfhum var. Bax, onu insana Allah verməlidir. Şansdır, istedaddır- bunlar artıq Allah vergisidir. Yəni sən özün dəridən, qabıqdan çıxsan da heç nə alınmayacaq. Quyuda su yoxdursa, oraya su tökməklə quyu dolmayacaq.

- Bəs, özünüzü şanslı bəndə hesab edirsiniz?

- O qədər də yox!

- Z.Freyd deyirdi ki, yaşamağın kökündə duyğulanma, duyğuların kökündə isə eşq dayanır. Bu gözəl xanımın eşqə münasibəti...

-Eşq...

Mənim məhəbbətim, eh mənim eşqim,

 

Qərib taleyimin ögey övladı

 

Sevdim insanları dəlicəsinə,

 

Məni dəli kimi sevən olmadı.

 

Bilirsiniz, əslində yaradıcı adam üçün sevgisiz yaşamaq çox çətindir. Şair, müğənni, rəssam, aktrisa, heykəltaraş - bu insanların içində mütləq sevgi qığılcımı olmalıdır. Biz özümüzü sevgisiz çox dəyərsiz, lazımsız hiss edirik. Düzdür, sevgi bizə böyük əzablar da verir. Sevginin bizə verdiyi o ağrıdan biz nəyi isə yaratmağa başlayırıq. Sevgini yaşayarkən və ya xülyalarda uçarkən yox! Məhz sevgini itirərkən ki, o ağrını, əzabı yaşayırsan, bax o zaman başlayırsan bir-bir muncuq kimi düzürsən, işləyirsən, yaradırsan. Sevgi çox qorxulu şeydir. Amma onun ağrısı da insana xoş gəlir.

 

- Sevirsiniz, yoxsa sevilirsiniz? Və ya hansını daha üstün tutursunuz, sevməyi, ya sevilməyi?

 

- Mən sevilməsəm, o münasibət çox uzun çəkə bilməz. Həyatda hər şey qarşılıqlı olmalıdır.

 

- İndi hansı repertuar üzərində işləyirsiniz və yaxud hansı təklifləri dəyərləndirirsiniz?

 

- Teatrda səhnəyə qoyulan yeni tamaşamız Hüseynbala MirələmovunVəsiyyətnaməpyesidir. Filmdən təklif gəlməlidir. Hal-hazırda onu gözləyirəm. Hələ filmin adı və ssenarisi barəsində konkret heç nə deyə bilmərəm.

 

Şəmsiyyə Əliqızı.

Iki sahil.- 2017.-8 mart.- S.12