Qızıl KəlməƏdəbi Mükafatı təqdim edilib

Mayın 1-də Beynəlxalq Muğam MərkəzindəQızıl KəlməƏdəbi Mükafatının 2017-ci il üzrə qaliblərinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlki illərdə mükafatın təqdimat mərasimlərini əks etdirən videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev mükafatın cəmiyyətdə nüfuzlu ödüllərdən biri olduğunu söyləyib.

Qeyd edilib ki, mükafatın təqdimatı Mədəniyyət Turizm Nazirliyi tərəfindən 2009-cu ildən etibarən, iki ildən bir olmaqla keçirilir. Ənənəyə uyğun olaraq, ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində təqdimatı baş tutan sayca beşinciQızıl KəlməƏdəbi Mükafatına əsərlərin qəbulu 2016-cı ilin noyabr ayında başlanıb cari il aprelin 10-da başa çatıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 100 əsər təqdim edilib.

Bütün əsərlərQızıl KəlməƏdəbi Mükafatı Komissiyasının üzvləri tərəfindən oxunub ən yaxşıları seçilib. Beş əsas mükafatla yanaşı, daha iki əsəri fərqləndirənŞansödülünün verilməsi məqsədəuyğun sayılıb.

Ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti barədə danışan nazir Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətimizin dünyada tanıdılması təbliği istiqamətində gördüyü işləri xüsusi vurğulayıb. Bildirib ki, dünya miqyasında mədəniyyətimizin rəğbətlə qarşılanması, qiymətləndirilməsi Azərbaycan mədəniyyətinin səviyyəsinin göstəricisidir.

Ölkəmizdəki gedən ədəbi proses haqqında söhbət açan Ə.Qarayev nazirlik tərəfindən ədəbi mühitin görkəmli ədiblərimizin tanıdılması istiqamətində layihələr həyata keçirilidiyini, Türkiyədə Rusiya onların əsərlərinin tərcümə olunaraq nəşr edildiyini söyləyib. Ədəbiyyat xadimlərimizin əsərlərinin beynəlxalq müsabiqələrdə mükafata layiq görüldüyünü vurğulayıb.

Sonra beş nominasiya üzrə mükafatlar sahiblərinə təqdim edilib.

Nəsr əsərləri nominasiyası üzrəİşığa gedən yolkitabına görə Sona Vəliyeva, “Sənsizlik, mənsizlik, onsuzluqromanına görə Vaqif Nəsib Talelər kəsişəndəkitabına görə Əkrəm Qaflanoğlu, poeziya əsərləri nominasiyası üzrəSeçilmiş əsərlərikitabına görə Firuzə Məmmədli Hər iki dünyanın ən gözəlisilsilə şeirlərinə görə Vaqif Bayatlı Odər, ədəbi tənqid publisistika əsərləri nominasiyası üzrəİkinci mətnkitabına görə Bəsti Əlibəyli Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatıkitabına görə Nərgiz Cabbarlı, orijinaldan bədii tərcümə əsərləri nominasiyası üzrə Svetlana AleksiyeviçinMüharibənin qadın olmayan üzüromanını tərcümə etdiyinə görə Əyyub Qiyas Orxan KamalınNazim Hikmətlə 3 il yarıməsərinin tərcüməsinə görə Fərid Hüseyn, uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə leyləklərkitabına görə Zahid Xəlil Çiçəkli xalçakitabına görə Qəşəm NəcəfzadəQızıl KəlməƏdəbi Mükafatına layiq görülüb.

Qızıl KəlməƏdəbi Mükafatı çərçivəsindəŞansödülü isə Mirmehdi Ağaoğlu (“Alman malıkitabı) Şəhriyar del Geraniyə (“Darıxmağın adıkitabı) verilib.

Mükafata layiq görülən qaliblər Azərbaycan çağdaş ədəbiyyatına verilən qiymətə görə minnətdarlıqlarını bildiriblər

Iki sahil.- 2017.-2 may.- S.9.