Kamal Abdullayev: Multikulturalizm tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub

Dördüncü Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələn ABŞ rəsmilərindən ibarət nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.

Mərkəzdən bildiriblər ki, nümayəndə heyətinə Los-Anceles Xristian Dini Mərkəzinin rəhbəri, yepiskop Xuan Karlos Mendez, Aydaho ştatının senatoru Marv Hagedorn, Los-Ancelesdəki Kral Fahad Məscidinin dinlərarası proqram direktoru Mahomed Xan, Kolumbiya ştatının Vaşinqton Hüquq Assosiasiyasının məsləhətçisi Janna Skot, ABŞ Prezidentinin təyin etdiyi Milli Yerli Könüllü Cəmiyyətlər Xidmətinin səlahiyyətlisi Hyepin İm, Arizona ştatının keçmiş senatoru Karlayl Beqay, Pakistan-Amerika Məsələləri Şurasının nümayəndəsi Adnan Xan daxil olub.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev amerikalı qonaqları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində görməkdən məmnunluğunu ifadə edib.

Dövlət müşaviri görüşdə Azərbaycanın multikultural durumu çoxəsrlik tolerantlıq ənənələrindən söz açaraq deyib: Multikulturalizm tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Dünyanın bir çox universitetlərindən Azərbaycan multikulturalizmi fənninin tədrisi ilə bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciətlər olur müvafiq təkliflər dəyərləndirilir”.

Akademik Kamal Abdullayev Prezident İlham Əliyevin müvafiq fərmanları ilə yaradılan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri xidməti BBMM-in fəaliyyətindən danışıb. Dövlət müşaviri BBMM-in yaradıldığı vaxtdan bəri ölkəmizdə yaşayan etnik dini icmalar arasında əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan multikulturalizminin öyrənilməsi təbliği istiqamətində çoxsaylı regional beynəlxalq tədbirlərin keçirilməsi, beynəlxalq multikulturalizm yay qış məktəblərinin təşkili, “Multikulturalizm terrora qarşı”, Azərbaycanın Gənc Dostları Klubunun təsis olunması, ölkənin 40, dünyanın 15 nüfuzlu universitetindəAzərbaycan multikulturalizmifənninin tədrisi, multikulturalizmlə bağlı kitabların dərsliklərin hazırlanması nəşri kimi önəmli layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Dövlət müşaviri ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam inkişaf etdirildiyini diqqətə çatdırıb.

Senator Marv Hagedorn Azərbaycanın multikulturalizm modelinin təbliği təşviqi ilə bağlı görülən işləri təqdir edərək bu istiqamətdə gələcək əməkdaşlıqların perspektivlərindən söz açıb.

Xanım Janna Skot Azərbaycanın multikulturalizm təcrübəsini alqışalayiq dəyər kimi qiymətləndirib gələcəkdə bu təcrübənin bölüşülməsi istiqamətində əməkdaşlıqların hər iki ölkə üçün faydalı olacağına inandığını deyib.

Görüşdə ABŞ universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisinin perspektivləri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondununqardaşlaşmış məktəblərlayihəsində Amerika məktəblərinin iştirakı, hər iki ölkənin multikulturalizm təcrübəsinin qarşılıqlı mübadiləsi məsələləri müzakirə olunub.

Qonaqlara BBMM-in yeni nəşrləri Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlarıkitabının ingilis dilində nəşri hədiyyə edilib.

Iki sahil.- 2017.- 5 may.- S.17