Aqrar sektora dövlət dəstəyi gücləndirilir

 

Prezident İlham Əliyevin düşünülmüş ardıcıl siyasəti sayəsində  ölkə iqtisadiyyatında qeyri-neft sektorunun artımı təmin olunub,  makroiqtisadi sabitlik qorunub saxlanıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun regionların inkişafı sürətlənib. İnvestisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Respublikamızın iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasına xidmət edən qeyri-neft sektorunun inkişafı hazırda digər sahələrin tərəqqisi ilə müşayiət olunur. Sahibkarlığın inkişafı ilə bağlı ölkə başçısı tərəfindən imzalanan sərəncam fərmanlar,  görülən tədbirlər özəl sektorun, kiçik orta sahibkarlığın inkişafına güclü təkan verib.  Xüsusilə qeyd etmək lazımdır ki, son 11 ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2 milyard ABŞ dolları məbləğində verilmiş güzəştli kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatına sənaye müəssisələrinin yaradılmasına, kiçik orta biznesin inkişaf etdirilməsinə yönəldilib.

 

Ölkə başçısının 2014-cü ildəSahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqındaimzaladığı Fərman sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması, lüzumsuz tələblərin,  maneələrin aradan qaldırılması baxımından mütərəqqi əhəmiyyətə malikdir. Həmin Fərmanda biznesin qeydiyyatından başlamış, tikintiyə icazələrin alınması, elektrik şəbəkəsinə qoşulma, əmlak hüququnun qeydiyyatı, idxal-ixrac əməliyyatı, kredit resurslarına çıxış imkanları, müqavilələrin bağlanması onların icrası istiqamətində müvafiq işlər görülməsi öz əksini tapır. Dövlətimizin başçısının 19 oktyabr 2015-ci il tarixliSahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi şəffaflığının təmin edilməsi haqqındaFərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmətmərkəzləri vasitəsilə lisenziyaların verilməsi uğurla davam etdirilir.

 

Hazırda dövlət tərəfindən fermerlərə, kənd təsərrüfatı məhsulları istehsalçılarına geniş texniki maliyyə dəstəyi davam edir. Beynəlxalq maliyyə təşkilatları ilə birlikdə regionlarda layihələr həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan vəsaitlərin, dövlət büdcəsindən kənd təsərrüfatına birbaşa yardımların kəndlərdə infrastrukturun yaradılmasına yönəldilən investisiyaların həcmi ildən-ilə artırılır.

 

Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsində dövlət başçısı bildirib ki, biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik: Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığım fərman sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdı. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir. Biz təşviq sistemini tətbiq etməyə başladıq. Mən əvvəlki illərdə bu barədə demişdim. Çünki bir neçə ölkədə təşviq sistemi özünü doğrultmuş ixracın sürətli artımına gətirib çıxarmışdır. Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik Azərbaycanda investisiyanın ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq”.

 

Zahid Rza

Iki sahil.- 2017.- 12 may.- S.12