Ulu öndər Heydər Əliyevin xatirəsi Tarsusda anıldı

Xalqımızın böyük oğlu, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsi təkcə respublkamızda deyil, onun hüdudlarından kənarda da anılır. Ulu öndərin anadan olmasının 94-cü ildönümü ilə bağlı bu günlərdə Türkiyənin Tarsus şəhərində keçirilən tədbirlər göstərir ki, qardaş ölkənin ictimaiyyəti ümummilli lider Heydər Əliyevi ehtiramla yad edir. Tədbirlərdə Bakının Tarsusla qardaşlaşmış Xətai rayonunun nümayəndə heyəti iştirak edib.

Ulu öndər Heydər Əliyevlə bağlı birgə tədbirlərin təşkil edilməsi ilə əlaqədar Bakının Xətai rayonu Türkiyənin Tarsus şəhərləri arasında qardaşlaşmış şəhərlər formatı çərçivəsində əməkdaşlıq artıq gözəl ənənəyə çevrilib. 2007-ci ildən başlanan bu əməkdaşlıq çərçivəsində Tarsus şəhərində Xətai parkı salınıb ulu öndər Heydər Əliyevin adına körpü tikilərək istifadəyə verilib. Həmçinin körpünün yaxınlığında yerləşən 2,5 hektar ərazidə Heydər Əliyev adına yeni park salınıb ulu öndərin abidəsi ucaldılıb.

Tarsusda Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş ilk təntənəli tədbir mayın 9-da ulu öndərin adını daşıyan parkda keçirilib. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Xətai rayon bələdiyyəsinin sədri Əliyar Əliyev, Xətai RİH Aparatının şöbə müdiri Pənah İmanov, Türkiyənin Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanəddin Kocamaz, Tarsusun bələdiyyə sədri Şevkət Can, kaymakamı Yüksəl Ünal Tarsusu təmsil edən digər çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbir folklor oyunları, məktəblilərin çıxışları bələdiyyə sədri Şevkət Canın qızı İrem CanınAzərbaycanşeirini oxuması ilə başlandı. Daha sonra çıxış edən Şevkət Can bildirdi: “Heydər Əliyev Azərbaycanda qədər sevilirsə, bizdə o qədər sevilir anılır. Böyük öndər Heydər Əliyev həyatı boyunca Azərbaycan-Türkiyə qardaşlığının daha da güclənməsi üçün əlindən gələni etmiş, İki dövlət bir millətkəlamı ilə bu münasibətlərə əbədilik qazandırmışdır. Mustafa Kamal Atatürk Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdirdemişdir. Biz bu anlayışla yola çıxaraq Türkiyə-Azərbaycan dostluğunun qardaşlığının davamı üçün çalışacağıq.

Tarsus kaymakamı Yüksəl Ünal ulu öndər Heydər Əliyevin Azərbaycanı müstəqilliyə qovuşdurmasından danışdı. Xalqımızın böyük oğlunun türk dünyası üçün olduqca mühüm tarixi əvəzsiz xidmətlərinin olduğunu dedi.

Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanəddin Kocamaz Azərbaycanın Türkiyə üçün bir can olduğunu söylədi. Qardaş Azərbaycanın müstəqilliyindən danışan B.Kocamaz dedi: “Əziz Atatürkün hələ ötən əsrin 30-cu illərində dediyi kimi, bu günlərin gələcəyini, Azərbaycanın müstəqilliyə qovuşacağını səbirsizliklə gözləyirdik. İnsanlarımızın bir araya gəlməsini, qaynayıb-qarışmasını arzu edirdik. Bu gün Allaha şükürlər edirik ki, azərbaycanlı qardaşlarımız, can qan qardaşlarımız artıq heç bir yerdən icazə almadan birbaşa gəlib bizimlə görüşə bilirlər, bizlər eyni şəkildə Azərbaycana gedə bilirik. Mən Tarsusda Heydər Əliyevin adının əbədiləşdirilməsindən həqiqətən qürur duyuram. Çünki məhz Heydər Əliyev bugünkü Azərbaycanın müstəqilliyini təmin etdi, Azərbaycan-Türkiyə münasibətləri üçün əvəzsiz xidmətlər göstərdi”.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxışında qeyd etdi ki, hər bir dövlətin tarixində müstəsna rol oynamış liderlər var. İllər keçsə , nəsillər dəyişsə , həmin liderlər heç zaman unudulmur, əksinə, daha böyük ehtiramla yad olunurlar. Çünki o insanların böyüklüyü illər keçdikcə daha aydın hiss edilir. “Bu insanlardan biri Azərbaycanın ümummilli lideri Heydər Əliyevdir. Sovet İttifaqı vaxtlarından müstəqil Azərbaycanın bu gününə qədər keçən tarixi dövr ərzində həm dünyada, həm Azərbaycanda çox şeylər dəyişmişdir. Amma bizim üçün dəyişməyəcək tək amal Heydər Əliyev şəxsiyyətinə olan sevgi hörmətdir. 1991-ci ildən müstəqilliyini yenidən qazanmış Azərbaycan Respublikası çoxsaylı çətinliklərlə qarşılaşmış, iqtisadiyyatı tamamilə çökmüş, daxili çəkişmələr xarici təzyiqlər nəticəsində 1920-ci ildə olduğu kimi müstəqilliyini yenidən itirmə təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Belə çətin bir dönəmdə yenidən siyasətə qayıdan Heydər Əliyev xalqın ondan gözlədiyi missiyanı uğurla tamamlamış, Azərbaycanı parçalanma təhlükəsindən qurtarmışdır” - deyə Razim Məmmədov bildirdi. Azərbaycan-Türkiyə münasibətlərindən danışan Xətai RİH başçısı ulu öndər Heydər Əliyevin hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm verdiyini diqqətə çatdırdı. Razim Məmmədov bildirdi ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdiyi siyasi xətlə Heydər Əliyev yolunu layiqincə davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı, həmçinin Türkiyə ilə daha da dərinləşən münasibətlər göstərir ki, ulu öndər Heydər Əliyevin ideyaları uğurla reallaşır.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov qeyd etdi ki, əbədiyaşar şəxsiyyətlər olan Atatürk Heydər Əliyev türk dünyasının tarixi liderləridir: “Həm Mustafa Kamal Atatürk, həm Heydər Əliyev dövlətlərimizin özü qədər əbədi olacaqlar. inanın ki, türk dünyası əbədi olacaq. Türk dünyasının dostluğu, qardaşlığı da əbədi yaşayacaq. Gələcək nəsillərimiz bu qardaşlığı hər zaman davam etdirəcəklər”.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da öz çıxışında ortaq dəyərləri bölüşən Türkiyə Azərbaycan qardaşlığının, dostluğunun möhkəm qırılmaz olduğunu diqqətə çatdırdı.

Sonra Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsinin önünə gül dəstələri qoyuldu parkın ərazisində ağaclar əkildi.

TarsusdaKampus Okullarıorta ümumtəhsil məktəbində konfrans mərkəzinə ulu öndər Heydər Əliyevin adının verilməsi münasibətilə tədbir keçirilib. Bununla əlaqədar məktəbə gələn Azərbaycan nümayəndə heyəti məktəblilər tərəfindən gül-çiçəklə qarşılandılar. Əvvəlcə Azərbaycan Türkiyə bayraqları ilə bəzədilmiş meydanda Heydər Əliyevin həyat fəaliyyəti barədə məlumat verildi. Sonra Heydər Əliyevin, Atatürkün vətən yolunda canlarını qurban vermiş bütün Azərbaycan Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edildi. Azərbaycanın Türkiyənin dövlət himnləri səsləndirildi.

Məktəbin direktoru Endər Portakal qonaqları salamlayaraq bildirdi ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının lideridir. Eləcə digər çıxış edənlər - Şevkət Can, Razim Məmmədov, Hüseynbala Mirələmov ulu öndərin fəaliyyətindən, dünya siyasətində yerindən, öz xalqına, millətinə xidmətindən danışdılar. Sonra konfrans mərkəzinə ulu öndər Heydər Əliyevin adının verilməsi münasibətilə qırmızı lent kəsildi. Qərara alındı ki, Xətai-Tarsus qardaşlığının davamı olaraq bu tədris ocağının Xətai məktəblərinin biri ilə qardaşlıq münasibətləri yaradılsın.

Rəşad CƏFƏRLİ

İki sahil.- 2017.- 12 may.- S.8