Leyla Əliyeva müharibə əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşüb .

Heydər Əliyev Fondu Bakının Bilgəh qəsəbəsindəki müharibə əmək əlilləri üçün pansionatın sakinləri ilə növbəti görüş təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, nahar çay süfrəsi arxasında keçən görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Leyla Əliyeva pansionatın sakinləri ilə görüşdü, onlarla səmimi söhbət etdi.

Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla yanaşı, əmək müharibə veteranları ilə ahıllarla daim görüşlər keçirdiyini, onları qayğı ilə əhatə etdiyini vurğulayan pansionat sakinləri bunun mənəvi baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildirdilər.

Heydər Əliyev Fondunun nümayəndələri mütəmadi olaraq Bilgəh qəsəbəsindəki müharibə əmək əlilləri üçün pansionata baş çəkir, buranın şəraiti, sakinlərin qayğıları ilə maraqlanır, onların müxtəlif problemlərinin həllində iştirak edirlər. Eləcə pansionat sakinlərinin asudə vaxtlarının təşkili daim diqqətdə saxlanılır.

Pansionatdan kənar təşkil olunan budəfəki görüş istirahət proqramı sakinlər üçün xoş təəssürat yaratdı.

Tədbirdə Heydər Əliyev Fondu adından hədiyyələr verildi.

İki sahil.- 2017.- 12 may.- S.2