YARAT”da Bencamin Britten Sofiya Qubaydulinanın əsərləri səslənib

“YARAT” Müasir İncəsənət Mərkəzində Bencamin BritteninFrenk Bric mövzusunda variasiyalar Sofiya QubaydulinanınFachwerkəsərləri təqdim edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə olub.

YARAT”dan AZƏRTAC-a bildirilib ki, Bencamin Britten “Frenk Bric mövzusunda variasiyalaradlı ən məşhur bəstələrindən birini müəllimi, bəstəkar Bricə həsr edib. İlk dəfə 1937-ci ildə Zalsburq festivalında tamaşaçılara təqdim edilən bu əsər, sonradan daha geniş coğrafiyada ifa olunmağa başlanılıb. Hələ Kral Musiqi Kollecinin tələbəsi olduğu dövrdə özünü uğur qazanmış bəstəkar kimi tanıtsa da, məhzFrenk Bric mövzusunda variasiyalarəsəri Brittenin adına okeanın o tayı daxil, hər yerdə böyük şan-şöhrət gətirib.

Fachwerkəsəri barədə Sofiya Qubaydulinanən sözlərini xatırlamaq yerinə düşər. Bəstəkar deyib: “Bu əsərin adını faxverk (Fachwerk) memarlıq üslubuna olan böyük rəğbətimlə əlaqələndirmək olar. Bu, son dərəcə qeyri-adi, unikal bir üslubdur burada tikilinin konstruktiv elementləri, bina fasadının arxasındagizlənmir”, əksinə, ön plana çəkilir”.

Musiqili gecədə Ukrayna əsilli almaniyalı akkordeon ifaçısı Roman Yusipeyin ifasında təqdim olunan hər iki əsər böyük maraqla qarşılanıb.

Konsertdə ifaçını Xalq Artisti Yalçın Adıgözəlovun bədii rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.

İki sahil.- 2017.- 8 noyabr.- S.3.