Kod adı: Reykitabının təqdimatı olub

Noyabrın 24-də “Azərkitabkitab təbliğat mərkəzində Qarabağ qazisi, jurnalist Rey KərimoğlununKəşfiyyatçının xatirələriadlı yazıları əsasında hazırlananKod adı: Rey” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov kitab haqqında fikirlərini bölüşüb. Bildirib ki, kitabda müəllifin 2012-2013-cü illərdə “lent.az” saytında çıxan xatirələri yer alıb. Xatirələr müəllifin 1991-92-ci illərdə Qarabağ müharibəsi zamanı gördüyü hadisələrdən bəhs edir.

Kitabın redaktoru, şair-publisist Səhər Əhməd nəşrdə yer alan yazıların hər sətrinin alov saçdığını bildirib. Deyib ki, 250 səhifəlik kitabın illüstrasiyalarının müəllifi Əfqanıstan Qarabağ müharibəsi iştirakçısı, rəssam Tərlan Eyvazovdur.

Tədbirdə Milli Məclisin deputatları Aqil Abbas, Hadi Rəcəbli, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə, şair Ramiz Rövşən jurnalist kəşfiyyatçı kimi Qarabağ müharibəsində iki dəfə yaralanan müəllifin bu kitabını gənclər üçün örnək adlandırıblar.

Çıxış edənlər 1991-93-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olmuş Rey Kərimoğlunun bu kitabını cəbhə gündəliyi kimi yüksək dəyərləndiriblər. Onun yazdığı kitabda ölkəmizi ərazi bütövlüyü uğrunda gedən bir çox döyüşlərin iştirakçısı olmuş igid döyüşçülərin qəhrəmanlıqları öz əksini tapıb.

Sonda hərbi jurnalist Şəmistan Əlizamanlının ifasında əsgər mahnıları təqdim olunub.

İki sahil.- 2017.- 25 noyabr.- S.6.