Azərbaycanın turizm potensialı Rusiya regionlarında təqdim olunacaq

  Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin Rusiya nümayəndəliyi “Tour a vent” şirkəti “road show” – ölkəmizin turizm potensialı ilə tanışlıq kampaniyasına başlayır. İlk belə təqdimat Azərbaycanın Moskvadakı səfirliyində keçirilib.

Təqdimat mərasiminə Rusiyanın turizm agentliklərinin 100-dən çox nümayəndəsi qatılıb. Tədbir iştirakçılarına Azərbaycana ən müxtəlif turlar, o cümlədənİpək yolu turu”, “Şərab turu“, “Həftə sonu turu”, “Qastronomik tur digər səyahət növləri, otellər, istirahət zonaları barədə məlumat verilib.

“Tour a vent” şirkətinin rəhbəri İqor Şaulov AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycana səyahətlərin rusiyalılar arasında populyarlığının getdikcə artdığını bildirib: “Bakının bölgələrin müasir infrastrukturu, otellər, müalicə istirahət obyektləri yerli turistlər üçün olduqca cəlbedicidir. Lakin Rusiya regionlarında Azərbaycanın turizm potensialı barədə məlumat çox azdır. Bu təqdimat turunda məqsədimiz məhz Rusiya regionlarının turizm operatorlarını məlumatlandırmaq, onlarla əməkdaşlıq əlaqələri qurmaqdır”.

İ.Şaulov vurğulayıb ki, təqdimat turu Yekaterinburq, Kazan Sankt-Peterburqda davam edəcək.

Ölkəmizin iri otel şəbəkələri turizm mərkəzlərinin, o cümlədənŞahdağTurizm Mərkəzi, “QafqazAbsheron Hotel Group”, “Fairmont”, “Rixosotellərinin, “Gilan Holding”in məxsusi olaraq tanışlıq turunda iştirak etmək üçün gəlmiş nümayəndələri Azərbaycanda istirahətin üstünlüklərindən danışıblar, görüş iştirakçılarının suallarına cavab veriblər.

Tədbir çərçivəsindəTour a vent “TBS Groupsəyahət agentlikləri şəbəkəsi arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.

AZAL-ınButaaşağı büdcəli aviaşirkətinin nümayəndəsi yeni loukosterin açılması ilə Azərbaycanda istirahətin daha da sərfəli olduğunu qeyd edib, turizm operatorlarının nümayəndələrinə yeni sərfəli tariflər barədə məlumat verib.

Sonda tədbir iştirakçıları arasında keçirilən lotereya oyununun qalibləri elan olunub, onlara hədiyyələr, “Pullman Baku”, “Qafqaz Baku Sport”, “Rixos Quba”, “Naftalan Hotel Qashaltiotellərində pulsuz qalmaq imkanı verən vauçelər təqdim edilib.

Iki sahil.- 2017.- 11 oktyabr.- S.12.