Sabir Rüstəmxanlının "Akademikin son əsəri" kitabının təqdimatı keçirilib

Azərbaycan Yazıçılar Birliyində (AYB) xalq şairi Sabir Rüstəmxanlının "Akademikin son əsəri" kitabının təqdimat mərasimi keçirilib.

 APA-nın xəbərinə görə, xalq şairi Fikrət Qoca çıxışında deyib ki, S. Rüstəmxanlı həm yaxşı şair, həm yaxşı yazıçıdır.

 AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, S. Rüstəmxanlı bədii yaradıcılıqda "Ömür kitabı" ilə yüksəlişə nail olub: "Sabir bəyin xalq hərəkatında iştirakı, mitinqlərdə çıxışı yaddaşlarda unudulmaz iz buraxıb. Əsərdə bəzi obrazlar elə öz adları ilə verilib. Düşünürəm ki, "Akademikin son əsəri" kitabını hamı, xüsusən gənc nəsil oxumalıdır. Çünki əsərdə yeni informasiyalar var".

 "Kaspi" Mətbuat Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya Radio Şurasının sədr müavini Sona Vəliyeva qeyd edib ki, əsər maraqlı materiallarla zəngindir: "Bu kitab məktəblərə paylanmalıdır. Burada söz verirəm ki, əsərin "Kaspi" liseyində müzakirə təqdimatını təşkil edəcəyik. Mən ümumiyyətlə? Sabir bəyin qələmindən çıxan bütün əsərləri oxumağa çalışıram. Kitabda Turan ideyası ilə bağlı da məqamlar var. Bu əsərlə Sabir bəy sanki bugünkü nəsli daha ayıq-sayıq olmağa səsləyib. Azərbaycanın başına gətirilən bəlalar əsərdə dolğun formada işlənilib".

 Rejissor Rövşən Almuradlının fikrincə, əsərdə müəllifin vətəndaş mövqeyi, keçmiş gələcəklə bağlı vətəndaş narahatlığı var. Millət vəkili Fəzail İbrahimli deyib ki, "Akademikin son əsəri" təkcə bədii yox, həm tarixi əsərdir əsərin qəhrəmanı tarixçi-alim Ziya Bünyadovdur.

 Təqdimat mərasimi müzakirələrlə davam etdirilib.

 Qeyd edək ki, "Akademikin son əsəri" Azərbaycan xalqının üzləşdiyi yeni fiziki mənəvi repressiyaya - genetik savaşa həsr edilib.

İki sahil.- 2017.- 12 oktyabr.- S.13.