Naxçıvanda keçirilən növbətiKətəfestivalı maraqla qarşılanıb

NaxçıvanqalaTarix-Memarlıq Muzey Kompleksində aprelin 7-də start verilən iki gün davam edən növbətiKətəfestivalı başa çatıb.AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festivalın sonuncu günüƏn dadlı kətənominasiyası üzrə müsabiqənin qalibləri elan olunub. Münsiflər heyətinin qərarı ilə Şərur rayonundan Mirqasım Eminov birinci, Şahbuz rayonundan Aygün Mahmudova Naxçıvan şəhərindən Nazilə Allahverdiyeva ikinci, Babək rayonundan Rahilə Cəlilova Kəngərli rayonundan Pakizə İsmayılova üçüncü yerlərə layiq görülüblər. Qaliblər diplomlarla mükafatlandırılıblar.Budəfəki festival da sakinlər tərəfindən maraqla qarşılanıb. Sədərək rayonundan olan Ruhiyyə Zamanova AZƏRTAC-ın Naxçıvan bürosunun müxbiri ilə söhbətində bildirib ki, festivala rayon ərazisindən yığılmış müxtəlif çeşiddə pencərlər gətirib. Bölgəyə aid stenddə həm pencərlərin satışı təşkil olunur, həm onlardan kətələr hazırlanır. Bunun üçün ərazidə təndir qurulub, kətələrin içliyinin hazırlanması üçün lazımi mətbəx ləvazimatları gətirilib. Müsahibimizin sözlərinə görə, festivala gələnlərin mətbəximizin ləziz yemək növlərindən sayılan kətəyə marağı böyükdür.Ordubad rayonunun Ələhi kəndindən gələn Yaşar Həbibov isəKətəfestivalında artıq ikinci dəfədir təsərrüfat sahibi kimi iştirak edir: “Ötən il ailə üzvlərimizlə birlikdə festivalda iştirak etmişdik. Bu dəfə əliboş gəlməmişik, yaz mövsümündə torpaqlarımızın bərəkəti olan müxtəlif pencər çeşidlərindən yığıb gətirmişik. Həyat yoldaşım isə burada qurulan təndirdə kətə bişirir. Bişirdiyimiz kətələrə , topladığımız dağ pencərlərinə maraq böyükdür. Ümid edirik ki, gətirdiyimiz bişirdiyimiz məhsulların hamısını sata biləcəyik. Yaradılan şəraitə belə bir tədbirin təşkilinə görə zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm”.Festivalda Şahbuzun təbii nemətləri ilə bizi tanış edən Biçənək kənd sakini Mədinə Sarıyeva da tədbirin gedişindən razı idi. O deyib: “Şahbuzun əsrarəngiz təbiəti haqqında hamının məlumatı var. Rayon ərazisindəki başıqarlı dağların ətəklərində, dəniz səviyyəsindən minlərlə metr yüksəklikdə yerləşən ərazilərdə çöl-çəmənin hər bir otu, gül-çiçəyi dərdlərin dərmanıdır. Uzaq keçmişdən üzübəri ulularımız hər bir otun, bitkinindilinibilib, ondan faydalanmağın yolunu öyrəniblər. Buna görə yaz gələndə hər kəs xıncılovuz, çiriş, kəvər, quzuqulağı adını sadalamadığım onlarla belə bitkini yığıb bunlardan kətə hazırlayar, müxtəlif yeməklərdə istifadə edərdilər. İndi belədir. Elə ki yaz gəldi, burnumuza kətə iyi gələr”. Həmsöhbətimin sözlərinə görə, keçənilki festivalda olduğu kimi, bu dəfə xeyli pencər gətirib. Artıq məhsulların böyük bir qismi alıcılar tərəfindən alınıb.Culfa rayon sakini Mənsur Süleymanov, Kəngərli rayon sakini Samirə Məmmədova, Babək qəsəbə sakini Nəzakət Zeynalova burada mənalı istirahət etdiklərini, belə mədəni tədbirlərin onlarda xoş ovqat yaratdığını vurğulayıblar.Nəzakət Zeynalova təəssüratlarını bölüşüb: “Belə tədbirlərin keçirilməsi milli mətbəx nümunələrimizin tanıdılması, yaşadılması baxımından faydalıdır. Digər tərəfdən artıq bu gün şəhər sakinləri muxtar respublikamızda yaz dövründə bitən hər hansı pencəri buradan tapa bilərlər. Qiymətləri münasibdir”.Samirə Məmmədova isə qeyd edib ki, Naxçıvanda yaz dövründə ən çox müxtəlif göyərti növlərindən olan yeməklər hazırlanır. Naxçıvan təbiətinin bizə verdiyi çeşidli nemətlər bu gün süfrələrimizin bəzəyidir. Kimisi bu pencərləri qovurmaqla, kimisə kətə hazırlamaqla ondan istifadə edir. Festivalda satılan kətələrin dadı həm ondadır ki, bu kətələr təndirdə odunla bişirilir.

İki sahil.- 2018.- 10 aprel.- S.14