Belarus televiziyası Azərbaycan mətbəxi haqqında veriliş hazırlayıb

Belarus Azərbaycan İcmaları Konqresinin təşəbbüsü ilə Belarusun Milli Dövlət Teleradio Kompaniyasının (Belteleradiokompaniya) yüksəkreytinqli verilişlərindən biri olanKulinariya diplomatiyası”nın növbəti buraxılışı Azərbaycan mətbəxinə həsr olunub.Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, proqramda Belarus Azərbaycan İcmaları Konqresinin İdarə Heyətinin üzvü Gülnarə İmanova təşkilatın fəal üzvlərindən biri Olesya Kosokina Azərbaycanın zəngin milli mətbəxi haqqında Belarus tamaşaçılarına məlumat veriblər. Bildirilib ki, 2000-ə yaxın xörək növü olan Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin dadlı mətbəxlərindən biridir. Azərbaycan ərazisində olan doqquz iqlim qurşağının, flora faunasının zənginliyinin, eyni zamanda mətbəxin rəngarəngliyinə təsir etdiyi diqqətə çatdırılıb. Azərbaycan kulinariyasının öz tarixinə özünəməxsusluğuna görə digər qonşu xalqların mətbəxindən xeyli fərqləndiyi vurğulanıb, dolma, plov, piti digər Azərbaycan xörəkləri haqqında geniş danışılıb.Verilişdə, eyni zamanda Belarus Azərbaycan İcmaları Konqresinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi milli mətbəxin təbliğinə xüsusi önəm verdiyi vurğulanıb. Bu məqsədlə təşkilat vaxtaşırı beynəlxalq kulinariya festivallarında Azərbaycanın təmsilçiliyini dəstəkləyir, Azərbaycan milli mətbəxinə həsr olunmuş verilişlərin yayımını təşkil edir digər fəaliyyətlər həyata keçirir.

İki sahil.- 2018.- 10 aprel.- S.14.