BSU-da “Azərbaycan plovu günü” .

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Ukrayna, Çexiya, Belarus Rusiyanın ölkəmizdəki səfirliklərinin nümayəndələri, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, Azərbaycan Memarlıq İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Hesablama Palatasının auditoru Mehriban Alışanova, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Gülarə Məmmədova Qəmər Kərimova, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə digər rəsmi şəxslər iştirak ediblər.Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva aprelin 11-də keçirilmiş prezident seçkilərinin Azərbaycan xalqının milli dövlətçilik ideyasına sədaqətini, onun siyasi aktivliyini dövlət rəhbərinə dərin məhəbbətini bir daha nümayiş etdirdiyini bildirib. N.Əliyeva deyib ki, seçkilər Azərbaycanda demokratiyanın, söz azadlığının, insan haqlarının tam bərqərar olunduğunu, xalqın müstəqil seçim hüququna hörmətlə yanaşıldığını göstərdi. O, Ümummilli Liderin müəyyən etdiyi azərbaycançılıq siyasətinə söykənən milli dövlətçilik ideyasının ölkəmizin bütün tədris müəssisələrində gənclərə aşılanmasını qarşıda duran ən vacib məsələ olduğunu bildirib. Rektor qeyd edib ki, milli ideologiyanın tərkib hissələrindən biri xalqın mətbəx mədəniyyətidir. Mətbəx ölkədəki ictimai-siyasi durumu, sosial-iqtisadi vəziyyəti, ölkənin rifah halını, xalqın həyat şəraitini həyat fəlsəfəsini göstərən başlıca faktorlardandır. Dövlət başçısının xüsusi qayğı göstərişi ilə ilboyu təşkil olunan yarmarka kənd təsərrüfatı məhsulları sərgisi insanlarımızın keyfiyyətli sağlam ərzaq məhsulları ilə təminatına yönəlmiş real addımlardandır.

Rektor Azərbaycan mətbəxini xalqımızın mənəvi dəyərlərinin, qonaqpərvərliyinin, insanpərvərliyinin əsas xüsusiyyətlərindən biri kimi dəyərləndirərək deyib: “Azərbaycan xalqının tarixən çox zəngin mətbəx mədəniyyəti, incə ləziz süfrə açmaq qabiliyyəti olub. Əsirlərin dərinliklərindən gələn bu zənginlik həm bizim qonaqpərvərliyimizin, dostsevərliyimizin açıqürəkliyimizin göstəricisidir. Bu gün dövlətimizin yürütdüyü səmərəli iqtisadi siyasət bu zənginliyi nəinki qoruyub saxlamağa, həm onu artırmağa, onun növ çeşidlərinin üzərinə yenilərini əlavə etməyə imkan verib. Xalqın yüksələn rifahı həmişə onun mətbəx mədəniyyətinin keyfiyyət kəmiyyət göstəricilərinin yüksəlişi ilə müşayiət olunub bu gün olunmaqdadır”.N.Əliyeva Azərbaycan xalqının yaradıcı təxəyyülünün bu sahədə heç bir sərhəd tanımadığını qeyd edib: “Adicə bir plovun görün neçə növü var - “Səbzi plov”, “Şah plov”, “Döşəmə plov”, “Fisincan plov”, “Lobya plov başqaları. Bu sıranı mən istənilən qədər artıra bilərəm. Dünyada Azərbaycan plovu qədər dadlı bir nemət tanımıram. Əgər bu sahədə hər hansı bir beynəlxalq müsabiqə keçirilsə, inanıram ki, Azərbaycan plovu birinci yeri tutar”.

O, BSU-daAzərbaycan plovu günü”nün qeyd edilməsinin gənclərimizdə milli mətbəximiz haqqında fikir yaratmaq, onlara milli mətbəximizi sevdirməklə yanaşı, həm Azərbaycan mətbəxini slavyan ölkələrinin xalqlarına ümumiyyətlə, bu zəngin mədəniyyəti dünyaya tanıtmaq məqsədi daşıdığını bildirib.

Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişşenko ombudsman Elmira Süleymanova çıxışlarında bu tədbiri Azərbaycan mədəniyyətinin təbliği istiqamətində atılan mühüm addım kimi dəyərləndiriblər.

İki sahil.- 2018.- 18 aprel.- S.8.