Azərbaycanda kino sənəti

böyük inkişaf yolu keçib

 

Fransada keçirilmiş ilk kinoseansdan iki il yarım sonra Bakıda xarici filmlər nümayiş olunub. 1898-ci il avqustun 2-də isə Bakı elmi-foto dərnəyinin katibi, naşirfotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi” xronikal sənədli, “Qafqaz rəqsi” film-konsert və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirib. Həmin gün milli kinomuzun yaranma günü sayılır. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

 

Qeyd edək ki, Azərbaycan kinosunun dəqiq tarixini öz araşdırmaları ilə üzə çıxaran Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadə olub. O, “İki sahil” qəzetinə bildirib ki, Azərbaycan kinosunun tarixi üç dəfə dəyişib: “Əvvəllər SSRİ kinosu günü, yəni avqustun 27-si, həm də Azərbaycan kinosu günü idi. Bu tarix Leninin kinematoqrafiyafotoqrafiya müəssisələrinin milliləşdirilməsi ilə əlaqədar dekreti ilə bağlı idi. Sonradan isə  kinomuzun tarixi 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında çəkilmiş “Neftmilyonlar səltənəti” filminin ekrana çıxması əsasında qəbul edilib. Lakin mənim sonrakı araşdırmalara əsasən belə qənaətə gəlindi ki, neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır”.

Tanınmış kinoşünasın fikrincə, Azərbaycan kino sənəti təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçib, ancaq həmin yol heçhamar olmayıb: “Belə ki, sovet dövrünün ideologiyası kino xadimlərimizin fəaliyyətini məhdudlaşdırıb, belə demək mümkünsə, Damokl qılıncı rolunu oynayıb. Buna rəğmən, onlar müəyyən mənada öz sözlərini deməyi bacarıblar. Qənaətimə görə, sovet dönəmində Azərbaycan kinosu tarixinin əsl yetkinlik dövrünü 1960-1980-ci illərdə yaşayıb. Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” və başqa bədii filmlərimiz, o cümlədən “Sevil  film-operamız həmin illərin məhsuludur”.

Aydın Kazımzadə o illərdə, daha doğrusu, 1969-cu ildə Xalq artisti Eldar Quliyevin lentə aldığı “Bir cənub şəhərində” filmini Azərbaycan kinosunun dönüş nöqtəsi hesab edir: “Dövrün problemlərini də özündə əks etdərən bu filmin ekranlara yol tapmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Belə ki, məhz o, “Bir cənub şəhərində” filminionun yaradıcı heyətini təhlükədən qurtarıb. O, bu addımı atmasaydı, kim bilir həmin filmi ərsəyə gətirənlərin taleyicür olardı. O zamanBakinskiy raboçiy” yazırdı: “Nəhayət ki, otağın nəfəsliyi açıldı və Azərbaycan kinosuna təzə nəfəs gəldi”. C.Cabbarlı adına “Azərbaycanfilm”də çəkilmiş, lakin sovet ideoloqlarının qəbul etmədiyi “İstintaqda Ümummilli Liderin təkidi ilə ekran üzü görüb. Həmin filmdə sovet ölkəsində mafiyanın varlığından bəhs olunur. Üstəlik, mafiyada fəaliyyət göstərən cinayətkarlar xüsusi orqanlar tərəfindən dəstəklənirlər.  O zaman belə həqiqətləri ekrana gətirmək böyük risk idi. Lakin Ulu Öndər maneələri dəf edə bildi. Onu da deyim ki, bu film 1980-ci ildə Düşənbədə keçirilən Ümumittifaq kino festivalında ən yaxşı filmə görə baş mükafat aldı, 1981-ci ildə isə yaradıcı qrup SSRİ Dövlət mükafatına layiq görüldü. Yeri gəlmişkən, Azərbaycanda yalnız iki film bu yüksək mükafata layiq görülüb: 1945-ci ildə çəkilmiş “Arşın mal alan” və “İstintaq”. Yeri gəlmişkən, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin döyüş yolundan bəhs edən “Uzaq sahillərdə” filminin çəkiliş ideyası da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Aydın Kazımzadə bildirdi ki, Azərbaycan müstəqilliyini qazandığı kimi, müstəqil kinosunu da qazanıb: “Bu gün istədiyimiz filmi çəkə bilirik. Bu illərdə bizim ən böyük qazancımız “Cavad xan”, birİlyas Əfəndiyevin əsəri əsasında çəkilmiş “Hökmdarın taleyi” filmləri oldu. Hansı ki, sovet dönəmində Cavad xanın adını belə çəkməyə icazə vermirdilər. Sovet vaxtında “Fətəli xan”ı çəkdilər. Kəsib-doğradılar, sovet ideologiyasına uyğun şəkildə illərdən sonra efirə buraxldılar”.

“Unutmamalıyıq ki, biz müharibə şəraitində yaşayırıq” sözləri ilə söhbətini davam etdirən Aydın Kazımzadə dedi ki, indi bizə milli vətənpərvərlik ruhunda çəkilən seriallar, filmlər daha çox lazımdır: “Onu da deyim ki,  son illər Aqil Abbasın ssenarisi əsasında rejissor Elxan Cəfərovun çəkdiyi Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Dolu  ən yaxşı filmlərimizdən biridir. Hətta deyərdim ki, bu, böyük hərbi vətənpərvərlik filmidir. Bu gün bizə belə filmlər lazımdır. Son illərdə çəkilmiş filmlər sirasında beynəlxalq kino aləmi ilə ayaqlaşan “Nabat”ı (rejissoru Elcin Musaoğludur) və “Çölçü (rejissoru Şamil Əliyevdir) qeyd etmək lazımdır. Həmin filmlərin hər biri xarici ölkələrdə keçirilən beynəlxalq kino festivallarında 50 dəfədən çox  ölkəmizi təmsil edib və 20-dən artıq beynəlxalq mükafata layiq görülüb.

Aydın Kazımzadə söhbət zamanı son illər çəkilmiş bəsit, bayağı seriallara, komediyalara da münasibət bildirdi: “Şübhəsiz, bütün bunlar qazanc məqsədilə atılan addımlardır. Qoy qazansınlar. Qoy çəksinlər. Bu sahənin inkişafı üçün belə filmlər də lazımdır. Yəni olan yerdə belə şeylərin olması təbiidir. Amma unutmayaq ki, onlar belə filmlər çəkməklə həm də təcrübə toplayırlar. Mən düşünürəm ki, onlar da axırda relslər üstünə çıxacaqlar. Bununla da kinomuza öz töhfələrini verəcəklər”.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülür. Məlumat üçün bildirək ki, cənab İlham Əliyev tarixi-mədəni irsin, əxlaqi-mənəvi dəyərlərin təbliğində mühüm rolunu nəzərə alaraq cari ilin əvvəlində “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında”  Sərəncam da imzalayıb.

Bu gün münasibətilə bütün kino xadimlərini, həmçinin xalqımızı təbrik edirik.

 

Qvami Məhəbbətoğlu,

 

İki sahil.- 2018.- 2 avqust- S.13.