Tahir Əmiraslanov: Qədim zəngin mədəniyyətimiz

dünya mədəniyyətinin bir parçasına çevrilib

 

Bəhreyn Krallığının Manama şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan 2019-cu il 30 iyun-10 iyul tarixində bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Şübhəsiz, bu, hər şeydən əvvəl ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafının göstəricisidir.

Ölkəmiz üçün mühüm əhəmiyyətə malik bu tədbirdə dünyanın 180-dan artıq ölkəsindən 2000 nəfərdən çox nümayəndənin iştirakı gözlənilir. Artıq ölkə başçısı YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam da imzalayıb.

Tarix elmləri üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru, YUNESKO-nun Beynəlxalq Xalq Yaradıcılığı Təşkilatının üzvü, Şöhrət ordenli Tahir Əmiraslanov İki sahilə açıqlamasında bildirib ki, belə bir tədbirin Bakıda keçirilməsi ölkəmizin mədəniyyətinin dünya miqyasında daha yaxından tanınmasında mühüm rol oynayacaq: Ümidvaram ki, Azərbaycan bu tədbirdən yetərincə faydalana biləcək yüksək səviyyəli təşkilatçılığı ilə dünyanın diqqətini bir daha özünə cəlb edəcək.

T. Əmiraslanov qeyd edib ki, Ümumdünya İrs Komitəsi dünya mədəni irsinə töhfə verən ən nüfuzlu komitələrdən biri hesab olunur: Ümumdünya İrs Komitəsi dünya xalqlarının kimliyini tarixi yaddaşını ifadə edən maddi təbii irs nümunələrinə dair qərarlar qəbul edir. Yeri gəlmişkən, indiyədək Azərbaycan muğamı, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi YUNESKO-nun dünya mədəni irsi siyahısına, aşıq, xalçaçılıq, tar ifaçılığı hazırlanması sənətləri, Novruz bayramı, dolma, lavaş kəlağayı, Lahıc misgərlik sənəti, çövkən oyunu YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Şübhəsiz, bu, ölkəmizin uğurudur. Unutmayaq ki, hər bir xalq dünya mədəniyyətini öz sərvətləri, nemətləri ilə zənginləşdirir. Bu mənada Azərbaycan da bəşəriyyətə öz töhfəsini verib. Yəni artıq ölkəmizin qədim zəngin mədəniyyəti milli çərçivədən beynəlxalq səviyyəyə qalxaraq, dünya mədəniyyətinin bir parçasına çevrilib.

Bir məsələyə toxunmaq istərdim. Bütün bunlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyətinin nəticəsidir. Amma bu sərvətlərin, nemətlərin məhz ölkəmizə məxsusluğunu sübut etmək heç asan olmayıb. Bir fakta müraciət edək; ərazimizin 20%-ni işğal etmiş ermənilər milli mətbəximizin ən ləziz yeməklərindən sayılan dolmanı bu quruma öz mətbəxlərinin məhsulu kimi təqdim etməyə çalışırdılar. Lakin Mehriban xanım Əliyevanın erməni saxtakarlığına qarşı apardığı davamlı mübarizəsi nəticəsində onlar buna nail ola bilmədilər. Çünki Azərbaycanın mədəniyyət nümunələrinin qəbul etdirilməsi zamanı YUNESKO üzvləri görürdülər ki, Mehriban xanımın hər sözünün arxasında elmi şəkildə əsaslandırılmış gərgin zəhmət ədalət durur. Odur ki, nəticədə ermənilərin bu niyyəti iflasa uğradı.

Onu da deyim ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin əlamətdar hadisələrin yubileylərinin YUNESKO çərçivəsində qeyd edilməsi (Məhəmməd Füzuli, Nəsrəddin Tusi, Mirzə Kazımbəy, Yusif Məmmədəliyev, Lətif Kərimov, Mir Cəlal Paşayev, Səttar Bəhlulzadə, Kitabi-Dədə Qorqud, Leyli Məcnun operası ilə bağlı tədbirlər), həmçinin bu qurumla elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün Bakıda bir sıra beynəlxalq tədbirlərin keçirilməsi Mehriban xanım Əliyevanın işgüzarlığının bəhrəsidir.

 

Qvami Məhəbbətoğlu

 

İki sahil.- 2018.- 21 avqust.- S.13.