Tbilisidə “Son iclasbədii-sənədli filminin təqdimatı olub

Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclasbədii-sənədli filminin Tbilisi şəhərində təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş film Heydər Əliyev Fondunun dəstəyi “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə hazırlanıb.

Filmdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ən fəal rəhbərlərinin yaxından iştirakı ilə əzab-əziyyət, mübarizələr sayəsində əldə olunan müstəqilliklə bağlı respublikanın son dövrlərində verilən çətin qərarlardan bəhs edilir.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma zərurətindən, xalqımızın dövlətçilik tarixindəki rolundan danışıb. Bildirib ki, cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət Şərqin ilk ən demokratik respublikasına çevrilə bilib bu respublika Azərbaycan xalqının milli qürur mənbələrindən biridir.

D.Həsənov Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Gürcüstanda keçirilmiş sərgi, rəsmi qəbul, konfrans digər silsilə tədbirlər barədə məlumat verib. Bildirib ki, bu gün “Son iclasfilminin nümayişi Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdəndir. Filmdə Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs olunur hökumətin son qərarını hansı çətin şəraitdə verdiyi əks etdirilir. Qeyd edilib ki, film bu günə qədər araşdırılmamış ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir. Diplomat bildirib ki, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın rəhbərliyi ilə həyata keçirilmiş işlər sırasındaHədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuşBir günəş altında”, Nobel qardaşlarının Azərbaycanda neft sahəsində fəaliyyəti ilə bağlıMiras digər bədii-sənədli filmlər yer alır.

Daha sonra “Son iclasfilmi ingilis dilində gürcücə subtitrlərlə nümayiş etdirilib. Tamaşaçılar sırasında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, azərbaycanlı gürcü ziyalılar, gənclər tələbələr olublar. Film izləyicilər tərəfindən böyük maraq alqışlarla qarşılanıb.

Ekran əsərinə tamaşa edən gürcü politoloq Tengiz Txilava jurnalistlərə müsahibəsində filmin yüksək peşəkarlıqla hazırlandığını deyib. Bildirib ki, film onda çox güclü təəssürat yaradıb.

Politoloq deyib: “Ekran əsərinə sona qədər demək olar ki, bir nəfəsə tamaşa etdim. Çox emosionallıqla hazırlanan bu ekran əsəri maraqlı faktlarla zəngindir. Təəssüf ki, Gürcüstanda ilk respublikanın yaradılmasının 100 iliyinə həsr olunmuş belə film hazırlanmayıb”.

Xətayi Əzizov

İki sahil.- 2018.-22 dekabr.- S.9