Arif Babayevin 80 illik yubiley gecəsi keçiriləcək

Aprelin 3-də Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı, professor Arif Babayevin 80 illik yubiley gecəsi keçiriləcək.

Yubiley gecəsində, muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolu töhfələri olan Arif Babayevin tanınmış xanəndələrin ifasında xalq mahnıları, təsniflər muğamlar səsləndiriləcək. Gecədə ustad sənətkarın oxuduğu musiqi mədəniyyətimizin xəzinəsinə daxil olmuş "Şur", "Rast", "Bayatı-Şiraz", "Çahargah", "Mirzə Hüseyn segahı", "Zabul segah", "Segah" muğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları təqdim olunacaq.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Iki sahil.- 2018.- 7 fevral.- S.7.