Rusiyalı turistlər Azərbaycana üstünlük verirlər

 

Turizm sektorunda aparılan islahatlar Azərbaycanı xarici turistlər üçün daha da cəlbedici edib

 

Azərbaycanın zəngin mədəni tarixi irsi, gözəl təbiəti ildən-ilə daha çox turistin diqqətini cəlb edir. Ərəb ölkələrindən İrandan nəzərəçarpan turist axınına baxmayaraq, qonşu Rusiyadan gələn turistlər birinciliyi əldən vermirlər. Belə ki, 2017-ci ildə ölkəmizə gələn 2 milyon 692 min nəfər turistin 853 min nəfəri məhz Rusiya Federasiyasındandır. Bakı, həmçinin ənənəvi olaraq ruslar arasında bayram günlərində daha çox ziyarət olunan məşhur şəhərlər sırasındadır.

УTurStatФ Analitik Agentliyi 2018-ci ilin birinci rübündə Rusiyadan getmə turizm ölkələrinin reytinqini təqdim edib. Agentliyin məlumatında deyilir ki, Azərbaycana səfərlər edənlərin sayı 147 min nəfər təşkil edib ki, bu da keçən ilin göstəricisindən 6 faiz çoxdur.

Rusiyalı turistlərin istirahət üçün Azərbaycanı seçmələri əlbəttə ki, ölkə turizminin inkişafından xəbər verir. Təkcə paytaxt Bakı ərazisi deyil, eyni zamanda, bölgələrimiz rusiyalı turistlərin marağındadır. Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanın Naftalan şəhəri həmişə rusiyalı turistlərin sevimli istirahət müalicə məkanıdır. Rusiyanın УTurStatФ analitik agentliyinin araşdırmalarına görə, 2017-ci ildə yaxın əcnəbi ölkələr arasında Azərbaycanın istirahət məkanları rusların ən sevimli istirahət yeri olub. Belə ki, rusların Naftalana daha çox neftlə müalicə almaq üçün gəldikləri bəlli olub.

Ümumiyyətlə, son 10 ildə Bakı həqiqətən həddən artıq gözəlləşib, turistlər üçün cəlbedici məkana çevrilib. Yalnız rusiyalı turistlər deyil, eyni zamanda, digər ölkələrin vətəndaşları da istirahət üçün Azərbaycanı seçirlər. Rusiyalı turistlər günəşli məkanlarda istirahət etməyi daha çox sevdiklərindən günü-gündən bu qonşu ölkədən daha çox insan istirahət üçün ölkəmizi seçir.

Turizm sektorunda aparılan islahatlar Azərbaycanı rusiyalı turistlər üçün daha da cəlbedici edib. Məsələ ondadır ki, ümumiyyətlə götürəndə, Rusiya ilə Azərbaycan arasında tarixi ənənəvi əlaqələr var. Ümumiyyətlə, Azərbaycanda turizm sahəsində görülən məqsədyönlü işlər, bu istiqamətdə aparılan islahatlar xaricilər üçün ölkəmizin cəlbediciliyini daha da artırıb.

 

 

Cavid Əkbərov

 

İki sahil.- 2018.- 23 iyun.- S.10.