Yunus Oğuzlaİmzalı görüş

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik FondununMədəni maarifləndirməproqramı çərçivəsində keçirilənİmzalı görüşlayihəsi üzrəOlaylarİnformasiya Agentliyinin baş direktoru eyniadlı qəzetin baş redaktoru, yazıçı Yunus Oğuzla görüş keçirilib.Qonaqları salamlayan Fondun nümayəndəsi Oktay SəmədovMədəni maarifləndirməproqramı çərçivəsində görülən işlər barədə məlumat verib, “İmzalı görüşlayihəsi çərçivəsində gənclərin yazarlarla təşkil edilmiş görüşlərindən danışıb.O. Səmədov deyib ki, yeniyetmələrin gənclərin mütaliəyə marağını stimullaşdırmaq üçün onların çağdaş dövrün tanınmış simaları ilə görüşlərinin təşkili vacibdir.Görüşdə akademik Nizami Cəfərov Yunus Oğuzun roman yaradıcılığı barədə söhbət açıb, tələbələr qarşısında onun əsərlərini analiz edib. N. Cəfərov bildirib ki, Yunus Oğuz əsasən tarixi romanların müəllifi kimi tanınır. Onun romanları bədii üsulla olsa da həm tariximizin öyrənilməsində, həm vətənpərvərlik hisslərinin aşılanmasında mühüm təsirə malikdir.Sonra söz Yunus Oğuza verilib. Yazıçı tarixi mövzuda roman yazmağın zərurətindən danışaraq, müəllifi olduğu əsərlər barəsində ətraflı məlumat verib.

Görüş sual-cavab formatında davam edib. Sonda müəllifin imzalı kitabları iştirakçılara hədiyyə olunub.

Qeyd edək ki, Bilik Fondu tərəfindən təşkil edilənİmzalı görüşlayihəsi çərçivəsində Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas, yazıçı-publisist Rəşad Məcid, Xalq yazıçısı Çingiz Abdullayev, şair-tərcüməçi Səlim Babullaoğlu, uşaq yazarları Sevinc Nuruqızı, Aygün Bünyadzadə Mehriban Nağıyeva ilə görüşlər keçirilib.

 

Taleh Turqut

İki sahil.- 2018.- 3 mart.- S.13.