Əjdər Tağıoğlunun erməni tarixşünaslığının şah damarını kəsən əsəri İstanbulda nəşr edildi

Bu günlərdə TürkiyədəDoğu Kütüphanesi” (İstanbul) nəşriyyatında Turan Araşdırma Mərkəzinin sədri, filoloq-tarixçi, ictimai-siyasi xadim, türkçü-alim, professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Erməni xalqının saxtatarixiüç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji filoloji tarixidirseriyasından ermənitarixşünaslığı”nın şah damarını kəsən əsəri,  Moisey Xorenatsi anonim keşiş müəllifdiradında kitabı Anadolu türkçəsindəSahte ermeni tarihi ve sahte keşiş yazar Movses Horenatsiadı ilə çapdan çıxıb.Əsərin  tərcüməçisi AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil Ədəbiyyat İnstitutunun  Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Nargis, redaktor, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Elxan Yurdoğlu, baş redaktor tanınmış yazıçı, naşir, jurnalist, tarixçi tədqiqatçı Erol Cihangirdir.Xatırladaq ki, Azərbaycan oxucularına 2016-cı ildə təqdim edilən bu elmi əsər kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni Avropa tarixçilərinə istinad edərək, erməni tarix ədəbiyyatı üçün mötəbər mənbə hesab edilənerməni tarixinin atasıM.Xorenatsinin şəxsiyyətini təkzib etməklə, kilsədə üç türk dövlətinə (Biaini, Arme, Part) aid olan, lakinerməniləşdirilmişmifoloji filoloji ədəbiyyat əsasında tərtib edilmişArmeniya tarixiəsərlərinin, habelə keşiş babalarının ənənələrini davam etdirən erməni tarixçilərinin mənsub olduqları xalqa yazdıqlarıqədim tarixkitablarının saxta uydurma olduğunu elmi əsaslarla sübuta yetirir

İki sahil.- 2018.- 31 oktyabr.- S.7.