DPU-da professor Nizami Xudiyevin 70 illik yubileyi qeyd edilib

 

Aprelin 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli dilçi-alim, tanınmış ictimai-siyasi xadim, filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor, Əməkdar elm xadimi Nizami Xudiyevin 70 illik yubileyinə elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Mərasim iştirakçıları əvvəlcə professor N.Xudiyevin əsərlərinin təqdim edildiyi sərgi ilə tanış olublar.

 

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov professor N.Xudiyevin elmi-pedaqoji fəaliyyətindən danışıb. Rektor dövlətimizin başçısının N.Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında 2019-cu il 4 aprel tarixli Sərəncamını universitetin kollektivinə verilən yüksək qiymət kimi dəyərləndirib.

 

Qeyd olunub ki, N.Xudiyev hələ pedaqoji institutda təhsil aldığı illərdəNizami Gəncəviadına fərdi təqaüdə layiq görülüb. O, 1978-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edib, 1994-1996-cı illərdə ADPU-nun rektoru olub. 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Şirkətinə rəhbərlik edib. Milli Məclisin deputatı olduğu dövrdə dövlət quruculuğu, iqtisadi islahatlar, mədəniyyət təhsil sahəsində qanun layihələrinin müzakirəsində tutarlı təklif mülahizələri ilə həmişə seçilib. Dövlət, hökumət parlament nümayəndə heyətlərinin tərkibində dəfələrlə xarici ölkələrdə respublikamızı ləyaqətlə təmsil edib.

 

Dövlət strukturunda məsul vəzifə tutduğu dövrdə N.Xudiyev elmi fəaliyyətini davam etdirib, ədəbi dil sahəsində sanballı tədqiqatları ilə Azərbaycan dilçilik elminin inkişafına töhfələr verib. O, 60-dan çox monoqrafiya, dərslik dərs vəsaitinin, 50-dən artıq sənədli televiziya filminin ssenari müəllifidir. Elmi-kütləvi nəşrlərdə, qəzet jurnallarda 400-dən çox elmi məqaləsi dərc edilib. Gərgin elmi araşdırmaların məhsulu olanAzərbaycan ədəbi dilinin təşəkkülü”, “Òərñümə ədəbiyyatı ədəbi dilimiz”, “Azərbaycan ədəbi dili tarixi”, “Azərbaycan ədəbi dilinin sovet dövrü”, “Heydər Əliyev Azərbaycan dili”, “Xalq dövlət naminə”, “Yazıçı dili üslubu”, “Radio, televiziya ədəbi dil”, “Xalqın tarixi haqqı: dilimiz, varlığımız”, “Zamanın axarı ilə” (I-II), “Şəxsiyyət zaman”, “Uğurlu yolun layiqli davamçısı”, “ҮÀÐ dünənin, bu günün, sabahın partiyasıdır digər fundamental əsərləri N.Xudiyevin Azərbaycan elminə sanballı əvəzolunmaz töhfəsidir.

 

N.Xudiyev görkəmli dilçi-alim Əbdüləzəl Dəmirçizadənin 110 illiyinə həsr olunmuş “Professor Ə.Dəmirçizadə dünyasıadlı monoqrafiya hazırlayıb.

 

Görkəmli alimin bir sıra kitab məqalələri xarici ölkələrdə - İran, Türkiyə, Rusiya, Almaniya, İraq, İsveçrə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan digər ölkələrdə nəşr edilib. O, türkoloq-alim kimi respublikamızda xaricdə keçirilən türkoloji tədbirlərin - qurultay, beynəlxalq simpozium elmi konfransların nümayəndəsi olub bu mötəbər toplantılarda elmi məruzələrlə çıxış edib. Alim Azərbaycan Respublikasının ictimai-siyasi mədəni həyatında fəal iştirakına görə orden medallarla təltif edilib, bir çox beynəlxalq mükafatlara layiq görülüb.

 

Tədbirdə N.Xudiyevə 70 illik yubileyi elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə ADPU-nun fəxri fərmanı təqdim olunub.

 

Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilovun “Professor Nizami Xudiyevin elmi-pedaqoji ictimai-siyasi fəaliyyətimövzusunda məruzəsi dinlənilib.

 

Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, N.Xudiyev həm elm sahəsində, həm ideoloji işçi kimi öz missiyasını layiqincə yerinə yetirib, Azərbaycanın ictimai siyasi həyatında yaxından iştirak edib.

 

Sonra Ə.Əhmədov yubilyara YAP adından hədiyyə təqdim edib.

 

Akademiklər İsa Həbibbəyli, Kamal Abdulla, Nizami Cəfərov, Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, professorlar Zahid Xəlil, Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoy çıxış edərək N.Xudiyevin xeyirxah, nəcib, qayğıkeş insan, dəyərli ziyalı, yorulmaz, fədakar alim, yüksək səviyyəli peşəkar mütəxəssis, bacarıqlı elm təhsil təşkilatçısı, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən əsl vətəndaş olduğunu, dövlətə dövlətçiliyə sədaqətlə xidmət etdiyini bildiriblər ona uğurlar arzulayıblar.

 

Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə N.Xudiyevə komitənin yubiley medalını təqdim edib.

 

Sonda N.Xudiyev çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib bundan sonra da xalqa, dövlətə sədaqətlə, vicdanla xidmət edəcəyini vurğulayıb.

 

Yubiley tədbiri Azərbaycanın tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edib.

 

 

 

Ceyhun Piriyev

 

İki sahil..- 2019.-11 aprel.- S.6