Azəri-Çıraq-Günəşli – 25” kitabı ictimaiyyətə təqdim olunub

 

BP və onun “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsindəki tərəfdaşları dekabrın 16-da Azərbaycanın yeni neft dövrünün 25 illik tarixinin əsaslı tədqiqatını özündə əks etdirən kitabın təqdimatını keçirib. Kitab 1994-cü il sentyabrın 20-də imzalananƏsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə dərc edilib AÇG səhmdarlarının Azərbaycanın yeni tarixindəki bu əlamətdar hadisənin qeyd olunmasına töhfəsidir.

 

AZƏRTAC xəbər verir ki, kitabın təqdimat mərasimində çıxış edən “BP Azerbaijanşirkətinin əlaqələr, xarici işlər strategiya üzrə vitse-prezidenti Bəxtiyar AslanbəyliAzəri-Çıraq-Günəşlilayihəsinin əhəmiyyətindən onun Azərbaycanın iqtisadi inkişafındakı rolundan söz açıb. Qeyd edib ki, 25 il əvvəlXəzər dənizinin Azərbaycan sektorundaAzəri-Çıraq-Günəşliyataqlar blokunun birgə işlənməsi neft hasilatının pay bölgüsü haqqındaDövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında imzalanan müqavilə sonradanƏsrin müqaviləsiadını alıb. Bununla da müstəqil dövlətimizin neft strategiyası doktrinasının əsası qoyulub.

 

B.Aslanbəyli diqqətə çatdırıb ki, bu vaxtadək AÇG yataqlar blokundan 3,6 milyard barrel neft hasil olunub. “Azəri-Çıraq-Günəşliblokunda ilk neftin çıxarıldığı gündən ötən müddətdə həyata keçirilən kompleks tədbirlər hasilatın sürətli templərlə inkişafına güclü təkan verib. Belə ki, son 25 ildə ölkəmizdə illik neft hasilatı 4 dəfədən çox artaraq iqtisadiyyatın bütün sahələrində böyük canlanmaya səbəb olub, yeni yerləri yaradılıb, respublikaya investisiya axını güclənib.

 

BP-nin rəsmisi kitabla bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, jurnalist İlham Şabanın müəllifi olduğuAzəri-Çıraq-Günəşli – 25” kitabı AÇG yataqları haqqında etibarlı informasiya mənbəyi olacaq: “Ötən 25 il ərzində AÇG haqqında məlumatlar Azərbaycanda xaricdə dərc edilib, neft sənayesi ilə bağlı, demək olar ki, bütün nəşrlərdə öz əksini tapıb, amma ilk dəfədir ki, bu möhtəşəm uğur hekayəsinin bütün aspektləri bir kitabda toplanıb. 1994-cü ildən bu vaxtadək əldə olunmuş nailiyyətlər ölkəmiz, Azərbaycan xalqı regiondakı digər dövlətlər, BP AÇG müqaviləsindəki digər tərəfdaş şirkətlər üçün, layihədə işləmiş işləməyə davam edən minlərlə yerli əməkdaş, eləcə layihəyə cəlb edilmiş yüzlərlə Azərbaycan şirkəti üçün müstəsna əhəmiyyət kəsb edib. Bu nəşri dəstəkləməklə biz - BP AÇG-dəki tərəfdaşlarımız həmin müqavilənin bizim həyatımızda bütün ölkənin inkişafına gətirib çıxarmış hər bir sahədə oynadığı mühüm rolu bir daha vurğulamaq istəmişik”.

 

SOCAR-ın kadr, rejim informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik MəmmədovƏsrin müqaviləsi”nin imzalanmasının Azərbaycana verdiyi töhfələrdən danışıb. Vurğulayıb ki, Azərbaycanın sosial-iqtisadi inkişafıƏsrin müqaviləsi”nin imzalanmasından başlayıb. Həmin dövrdən etibarən Bakıda, o cümlədən respublikanın bütün regionlarında böyük dəyişikliklər baş verib, şəhər kəndlərimiz gözəlləşib, işsizlik minimuma endirilib.

 

O, kitabın Azərbaycan ictimaiyyəti üçün əhəmiyyətini xüsusi qeyd edib.

 

Məlumat verilib ki, kitab 500 nüsxədə dərc edilib bu nüsxələrin hamısı universitetlərə, tədqiqatçılara, kitabxanalara biznes icmasının üzvlərinə təqdim olunacaq.

 

İki sahil.- 2019.- 17 dekabr.- S.6